İstifadəçi müzakirəsi:Musa Səmədov Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Musa Səmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anasəhifə

Müzakirə

Məqalələr

Qaralama

Mükafatlarım



Şəhid məqalələri redaktə

Salam. Şəhid məqalələrinə nə üçün M5 şablonu əlavə edirsiz ? Həmin məqalələrin silinməsi ilə bağlı konsensus varmı ? — Baskervill (müzakirə) 13:32, 28 fevral 2024 (UTC)Cavabla

Salam. Konsesusa ehtiyac var? qeyri-ensiklopedik məqalələrdi. Moses :) 13:40, 28 fevral 2024 (UTC)Cavabla
Əlbəttə var. Həmin məqalələrin silinməsinə kifayət qədər qarşı olan vikipediyaçı var. Kənd meydanında yazılanları oxumursuz ? — Baskervill (müzakirə) 13:52, 28 fevral 2024 (UTC)Cavabla
Xeyr, içi siz qarışıq hamı köklənib ikinci Qarabağ müharibəsi şəhidlərinə. Özünüzdə KM-də yazmısınız, Birinci Qarabağ müharibəsi şəhidlərin siyahı formasında ayrıca məqaləyə köçürülməyin. Həm də ki, kənd meydanında hazırda bu haqqda iki aktual müzakirə var, birini mən başlatmışam. Müzakirəni başladana baxmamısınız? Moses :) 14:04, 28 fevral 2024 (UTC)Cavabla

Bloklama redaktə

Salam Turkmen. burada işlətdiyim ifadə VP:N qaydasını məncə pozmur. Mən orda qərəzli deyə ifadədən sonra loru dildə "yanıqlı qalma" (nə tənqiddir, nə də ki, təhqir) ifadəsini işlətmişəm, yəni bir başa istifadəçiyə bu sözü ünvanlamamışam axı. Moses :) 19:05, 4 mart 2024 (UTC)Cavabla

Moses, təəssüf ki pozur. @Sortilegus-a qarşı hörmətsizlikdir. Atakhanli (müzakirə) 19:11, 4 mart 2024 (UTC)Cavabla
Mən də bloklanmasına qarşıyam. Özü də inzibatçı namizədidir, oradakı seçkidə şərhlərə cavab yazmaq imkanını indiki halda məhdudlaşdırmaq doğru deyil. Bir də özü yazır ki, "loru dildə" deyib dediyini. Niyə düşmüsünüz üstünə ki? Loru dildə hər şey demək olar, adamın nəsil-nəcabətini də söymək olar. Loru dil sayılmır. Xahiş edirəm bloku qaldırın.— Sortilegus (müzakirə) 19:41, 4 mart 2024 (UTC)Cavabla
nƏ? Atakhanli (müzakirə) 19:47, 4 mart 2024 (UTC)Cavabla
Sortilegus, mənim sizinlə heç vaxt mübahisəm olmayıb, hörmət etdiyim istifadəçilərdənsiniz. İşlətdiyim ifadə ola bilərki VP:N qaydasını poza bilər, mən elə düşünmürəm. Dediyim sözdə sizi tənqid və ya təhqir olsun deyə yazmamışam, əgər elə başa düşmüsünüzsə yanılmısınız. Moses :) 19:48, 4 mart 2024 (UTC)Cavabla
Moses, mən o biri müzakirə səhifəsində də yazdım, son vaxtlar bəzi inzibatçı və istifadəçilər tərəfindən mənə ünvanlanan qaba sözlərin yanında sizin mənə yazdığınızı kompliment kimi qəbul edirəm. Blok da birbaşa mənimlə bağlı tətbiq edildiyi, mən isə sizin yazdığınıza etiraz etmədiyim üçün, həm də inzibatçı namizədi olduğunuzu nəzər alaraq blokunuzu qaldırıram. Seçkilərdə sizə uğurlar arzulayıram.— Sortilegus (müzakirə) 19:52, 4 mart 2024 (UTC)Cavabla

Geri qaytarma redaktə

Salam. Siz mənim redaktəmi niyə geri qaytarırsız? Xahiş edirəm bu Birinci Qarabağ müharibəsi şəhidləri (R) səhifədəki son redaktəniz tipli redaktələri geri qaytarın. Və bu xəbərdarlığı da son hesab edin. — Araz Yaquboglu (müzakirə) 17:24, 9 mart 2024 (UTC)Cavabla

Salam bəy. Kateqoriyaya əlavə edilən hərflərin nəsə mahiyyəti varki? Moses :) 17:34, 9 mart 2024 (UTC)Cavabla
İndi gördüm, Kateqoriyaları əlifba sırası ilə qaydaya salır. Düzəliş edirəm indi. Moses :) 17:38, 9 mart 2024 (UTC)Cavabla

Giriş redaktə

Bu nədi? — Bikar müzakirə 20:28, 9 mart 2024 (UTC)Cavabla

Bu səhifə üçün yaratmışam. Moses :) 21:40, 9 mart 2024 (UTC)Cavabla
Səhifə əlavə eliyində niyə SNS-ə gedib çıxır?— Bikar müzakirə 20:18, 10 mart 2024 (UTC)Cavabla
✔  Həll edildi Moses :) 20:32, 10 mart 2024 (UTC)Cavabla

Xahiş redaktə

Hörmətli Moses bəy! Mən Emil Rəhimov Dünya Alpagut Federasiyasının əməkdaşıyam. Bildiyiniz kimi, Dünya Alpagut Federasiyası səhifəsi müzakirələrdən sonra qalınmasına qərar verildi. Biz bu səhifələrin məlumatlarının redaktə olaraq daha yaxşı şəkildə olması və azad mənbələr ilə zənginləşdirdik. Ancaq buna baxmayaraq Sura Shukurlu adlı şəxs bizim səhifəni türk dilli vikipediyada silinməsi üçün namizəd çıxardı. Həmin ərəfədə səhifə mühafizə altında olduğu üçün biz yeni istinadlar əlavə edə bilmədik. İndi biz rus dili vikipediyada Всемирная федерация Алпагут adında səhifə yaratmışıq və kifayət qədər iş görərək məlumat və istinadlar əlavə etmişik. Yadınızdadırsa hətda başqa dillərdə eyni adlı təşkilatın səhifələrinin yaradılmasında Sizdən kömək istəmişdik. Hal hazırda Sura Shukurlu adlı şəxs yenidən rus dilli vikipediyada bizim səhifəni silinməyə qoyub. Hansı ki, bu şəxs özü həmin səhifədə qeyd etdiyi kimi rus dilində bilmir. Bundan əlavə o mənim profilimi kukla hesabı kimi bıoka salmaq üçün Nemoralis bəyə müraciət edir. Məqsəd nədjr? bu şəxs bizdən nə istəyir? Bu şəxs məhs rus dilli vikipediyaya bizim səhifəni silmək üçün gəlib. Araşdırsaz görərsiniz ki, O, rus dilli vikipediyada 4 il əvvəl hansısa redaktə edib. Bu şəxsin bizdən alıb verəcəyi nədir. Biz kimə müraciət edək ? KülTegin.Alp (müzakirə) 23:46, 9 mart 2024 (UTC)Cavabla

Sura Shukurlu zəhmət olmasa fikir bildirərdiniz. Moses :) 05:50, 10 mart 2024 (UTC)Cavabla
Mən Sizdən artıq dərəcədə xahiş edirəm. Bu şəxsin mövcud olan Azərbaycan dilli səhifənin rus dilli versiyasını nə üçün silinməyə çıxardığını araşdırasınız. Bunun üçün rus dilli redaktorlar və inzibatçılar var. Nə üçün bu şəxs bizim səhifələrə hücum edir nə üçün türk dilində və rus dilində yaratdığımız səhifələri silinməyə çıxarır. Və məqsədiinin alınmayacağını gördükdə digər adminə mənim kukla hesabdan istifadə etdiyimi bildirərək məni bloklamağa çalışır. Mən Emil Rəhimov Dünya Alpagut Federasiyası əməkdaşıyam lazımdır şəxsiyyət vəsiqəsini göstərim. Ancaq artıq dərəcədə xahiş edirəm bu şəxsin hərəkətlərini nəzarətə götürün. Bu adam bizdən nə istəyir, nə verib ala bilmir? KülTegin.Alp (müzakirə) 06:17, 10 mart 2024 (UTC)Cavabla

Şəhidlər ilə bağlı xəbərdarlıq redaktə

salam. deyildi axı ki, şəhidlər, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri ilə bağlı konsensus əldə edilənə qədər heç bir şəhid məqaləsinə toxunulmasın. siz yenilikcə yenə də SNS-yə məqalələr namizəd göstərmisiniz. bu icmanı narahat etməkdir. Atakhanli (müzakirə) 20:00, 10 mart 2024 (UTC)Cavabla

salam. Köçürülməsini təklif etmişəm, silinməsini yox. Moses :) 20:11, 10 mart 2024 (UTC)Cavabla
bir-bir məqalələri namizəd göstərib silinməsini və ya köçürülməsini təklif etməyin. konsensusdan sonra uyğun addımlar atılacaq. xahiş edirəm SNS-ni boş yerə məşğul etməyəsiniz. Atakhanli (müzakirə) 20:16, 10 mart 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Moses. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə11:38, 13 mart 2024 (UTC)Cavabla

İnzibatçı namizədliyiniz ilə bağlı redaktə

Salam, həmkar. İnzibatçı namizədliyiniz uğursuz yekunlaşdığına, inzibatçı seçilə bilmədiyinizə görə həvəsdən düşməməyinizi və eyni tempoda fəaliyyətinizə davam etməyinizi diləyirəm. Sadiq bir vikipediyaçı kimi özünüzü daha da təkmilləşdirərək bir müddət sonra təkrar namizəd olduğunuzda seçilməməyiniz üçün heç bir səbəb olmayacağını düşünürəm. Fəaliyyətlərinizdə uğurlar! Hörmətlə, Gadirmüzakirə 18:07, 14 mart 2024 (UTC)Cavabla

Salam Gadir. Xoş sözləriniz üçün çox sağolun, minnətdaram :) Moses :) 18:39, 14 mart 2024 (UTC)Cavabla

Cəfər Cabbarlı redaktə

Salam. C.Cabbarlı səhifəsində etdiyim düzəlişləri nə üçün silmisiniz? Nərmin Həsənova Tərlan (müzakirə) 19:59, 20 mart 2024 (UTC)Cavabla

Salam. Mənbəsiz əlavələr etdiyiniz üçün. Zəhmət olmasa məqaləyə məlumat əlavə edərkən onun mənbəsinidə əlavə edin. Moses :) 20:02, 20 mart 2024 (UTC)Cavabla
İstinaddan istifadə etmişdim və hələ məqaləni yekunlaşdırmamışdım. Məqalədə kifayət qədər səhvliklər mövcuddur. Onları düzəltmək üçün vaxt lazımdır. Nərmin Həsənova Tərlan (müzakirə) 20:14, 20 mart 2024 (UTC)Cavabla
Ola bilərki gözümnən yayınıb, ancaq əlavə etdiyiniz məlumatların çoxunda mənbə yox idi. Birdə ki, əgər işiniz uzun çəkəcəksə, məqaləyə {{iş gedir}} şablonu əlavə edə bilərsiniz. Moses :) 21:07, 20 mart 2024 (UTC)Cavabla
O zaman başlıqdan istifadə edib, yenidən geri qaytaracam əlavə etdiklərimi. İstinadları da mütləq hər dəfə qoyuram. Nərmin Həsənova Tərlan (müzakirə) 12:16, 21 mart 2024 (UTC)Cavabla
Tamam edə bilərsiniz. Fəaliyyətinizdə uğurlar. Moses :) 12:48, 21 mart 2024 (UTC)Cavabla

Məhəmməd Tağı Sidqi redaktə

Salam, Məhəmməd Tağı Sidqi ilə bağlı vikipedia da məlumatlar azlıq təşkil etdiyindən məqalənin əsaslı redaktəyə ehtiyacı vardır. Siz mənim etdiyim redaktələri silmisiniz, həmçinin istinad qoyduğum ədəbiyyat siyahısı da silinib. Bunun səbəbi nədir? Seyidnisə (müzakirə) 17:11, 24 mart 2024 (UTC)Cavabla

Salam. İki mənbə əlavə etmisiniz və başqa heç bir yerdə istifadə etməmisiniz. Əlavə etdiyiniz məlumatların yarısı mənbəsiz idi, həm də ki, "nowiki"dən istifafə etdiyiniz üçün redaktələr geri qaytarıldı. Moses :) 18:02, 24 mart 2024 (UTC)Cavabla
Məhəmməd Tağı Sidqi. Əsərləri. Bakı, Çaşıoğlu, 2004, s.28 adlı mənbədən müəllifin şeirini əlavə etmişdim və istinad qoymuşdum, o da silinib. Həmçinin hələ səhifədə iş davam edirdi. Bununla yanaşı başlıqlara uyğun məlumatlar düzgün yerləşdirilmədiyinən, onları da yenidən yerləşdirmişdim. (məsələn:Məzarı Naxçıvan şəhərindədir. məlumatı ədibin "Yaradıcılığı" başlığı altına yerləşdirilib.) Bundan əlavə nəzərinizə çatdırmaq istəyirəm ki, məndən öncə məqalədə yer alan bir çox fikirlərə istinad qoyulmayıb. Seyidnisə (müzakirə) 18:17, 24 mart 2024 (UTC)Cavabla
Hər əlavə etdiyiniz ümumi mətnin sonunda məlumat edindiyiniz mənbəni əlavə edin, əks halda yenidən geri qaytarmalı olacam. Yenidən düzəlişlər edin və qeyd etdiyim nüanslarıda gözdən keçirin. Son cümlənizədə fikir bildirmək istəyirəm. Əgər qeyd etdiyiniz kimi məqalədə istinadsız məlumatlar varsa çıxarın getsin, mənbəsiz məlumatlara vikipediyada yer yoxdur. Fəaliyyətinizdə uğurlar. Moses :) 18:48, 24 mart 2024 (UTC)Cavabla

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023