İstifadəçi müzakirəsi:Patriot Kor Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Patriot Kor Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
 • Müzakirə arxivi 2013
 • Müzakirə arxivi 2015-2018
 • Müzakirə arxivi 2019
 • Müzakirə arxivi 2020

Zaur Rzayev (general) redaktə

General Zaur Rzayev haqqında bir də saxta məlumatlar əlavə etsəz, sizi cəzalandırmalı olacam.— Azerifactory (müzakirə) 21:37, 12 fevral 2021 (UTC)Cavabla

  • Hörmətli həmkarım Azerifactory, əvvəla məsələyə münasibət bildirdiyiniz üçün təşəkkür edirəm. Daha sonra bildirmək istəyirəm ki, siz kimsiniz ki, məni cəzalandırasınız? Siz yalnız mənə vikiqaydalar çərçivəsində iradlarım əsasında xəbərdarlıq edə və buna əməl etməzsəm, fəaliyyətimə davam edərsəm, yenə də vikiqaydalar çərçivəsində müəyyən cəza uyğulaya bilərsiniz. İrad tərzinizə müəyyən düzəliş etməyinizi tələb edirəm! Hamının Zaur kimi tanıdığı Zadir Rzayev haqqında məlumata gəlincə isə, siz Zadir Rzayevi tanıyırsınız, yoxsa onun haqqında yalnızca haradansa oxumusunuz? Yoxsa ANS-dəki verilişdən adı belə xatirinizdə qalıb? Mən Zadir Rzayevin ailəsini sizdən fərqli olaraq şəxsən tanıyıram. Zadir Rzayevin bütün rəsmi sənədlərdə, hərbi vəsiqələrində və ən nəhayət məzarı üzərində belə adının Zadir olaraq keçdiyini bilirsiniz? Bu məsələyə münasibət bildirmələri üçün idarəçilərin müzakirəyə qoşulmağını xahiş edirəm; hörmətli həmkərlarım, Sortilegus, Araz Yaquboglu, Eldarado, Toghrul R, NMW03 xahiş edirəm Azerifactorynin saxta adlandırdığı əslində isə doğru məlumatları yerləşdirməkdə dəstək olasınız. Hörmətlə — Patriot Kor (müzakirə) 05:25, 15 iyun 2021 (UTC)Cavabla
Hörmətli Azerifactory, zəhmət olmasa istifadəçilərə daha nəzakətli və vikiqaydalar çərçivəsində müraciət edin. İlk öncə mövzu ilə bağlı müzakirə bölməsi açılmalı və müzakirə olunmalıdı. İstifadəçilər qayda pozduqları və ya qaydaları təkrar pozduqları halda onlara vikiqaydalar çərçivəsində xəbərdarlıq edə bilərsiniz. İndiki halda qayda pozuntusu yoxdur istifadəçi məlumat daxil edib və bu məlumatın doğruluğu müzakirə olunmalıdır. Hörmətli Patriot Kor, şəxsi tanışlıqlar əsasında məqalələrə müdaxilələr doğru deyil. Əgər qeyd etdiyiniz məlumatlarla bağlı etibarlı mənbələrdən istinadlar göstərə bilirsinizsə təbii ki, düzəlişlər edə bilərsiniz. Əgər ciddi dəyişikliklər edirsinizsə çalışın həmin redaktədə mənbəni də qeyd edin. Hörmətlə — eldarado 11:12, 15 iyun 2021 (UTC)Cavabla
Azerifactory, hədə-qorxu gəlmək yerinə nəzakətlə xəbərdarlıq verin zəhmət olmasa. Patriot Kor, şəxsi tanışlığın vikipediyada heç bir əhəmiyyəti yoxdur. Əgər etibarlı mənbələrdə Zadir yazılıbsa bizdə Zadir yazabilərik. NMW03 (müzakirə) 11:18, 15 iyun 2021 (UTC)Cavabla
Hörmətli istifadəçilər EldaradoNMW03 fikir bildirdiyiniz üçün təşəkkür edirəm. Hər ikinizlə müəyyən qədər razılaşıram. Lakin, siz etibarlı mənbə dedikdə konkret olaraq nəyi nəzərdə tutursunuz? Bu şəxs hərbçidir və hər hansı sənədinin mediada tapılması bir qədər qeyri-realdır və ya təltif sənədləri həmçinin. Qeyd etdiyim ki, şəxsin məzarı üzərində Zadir Rzayev yazılıb. Hesab edirəm ki, hansısa sənədinin şəkilini vikipediyaya yerləşdirsəm etibarlı mənbə olacağına razılaşacaqsınız. Bundan əlavə redaktələrin son variantına qayıtsaq bəzi etibarlı mənbələr görə bilərsiniz. Eyni zamanda aşağıdakı linkləri izləməyinizi xahiş edirəm:

Və xahiş edirəm ki, ən son düzəliş və redaktəm geri qaytarılsın. Azerifactory isə bir daha idarəçi kimi hansısa istifadəçiyə qarşı danışıq tərzində səhvlərə yol verməsin!— Patriot Kor (müzakirə) 11:36, 15 iyun 2021 (UTC)Cavabla

Salam. Hörmətli @Patriot Kor, göstərdiyiniz mənbələri məqaləyə əlavə edərək məqalənin adını dəyişə bilərsiniz. Onları əlavə etməyib hansısa məlumatı dəyişəndə mübahisələrə səbəb ola bilər. İdarəçinin bu üslubda müraciəti, əlbəttə, xoş deyil. Başqa istifadəçilər də Azerifactory-dən bu məsələyə görə narazıdırlar. Toghrul RM/F 11:59, 15 iyun 2021 (UTC)Cavabla
Məndən öncə fikir bildirən idarəçi yoldaşların fikirləri ilə fikrim üst-üstə düşür. — Araz Yaquboglu (müzakirə) 14:04, 15 iyun 2021 (UTC)Cavabla
Toghrul R, xahiş edirəm mənə qarşı burada mənfi kampaniya aparmayasınız. Vikidə elə admin yoxdur ki, bütün istifadəçilər onlardan razı olsun. İstifadəçi dəfələrlə səhv edib, xəbərdarlıq edilib və mən zəruri olduğunu qeyd etmişəm.— Azerifactory (müzakirə) 15:02, 15 iyun 2021 (UTC)Cavabla
Azerifactory, mən sizə qarşı heç bir kampaniya aparmıram. Eyni anda bir neçə yerdə haqqınızda müzakirə var. Burada isə açıq şəkildə təhdid etmisiniz. Bəzi haqlı redaktələri geri qaytarıb həmin məlumatları özünüzün əlavə etdiyinizin şahidi olmuşam, sadəcə bildirməmişəm. Məsələni böyütməyə ehtiyac yoxdur, lakin xahiş edirəm, istifadəçilərə qarşı biraz təmkinli davranasınız. Hörmətlə, Toghrul RM/F 15:34, 15 iyun 2021 (UTC)Cavabla
Azerifactory, İstifadəçi dəfələrlə səhv edib, xəbərdarlıq edilib dedikdə yəqin ki, söhbət hazırda müzakirəsi gedən məqalədən getmir. Çünki, bu məqalə üzrə dəfələrlə səhv etdiyinizi gec də olsa anladınız. Bilmək istəyirəm ki, siz hansı məqaləni və ya müzakirəni nəzərdə tutdunuz! Mənə siz tərəfndən heç vaxt dəfələrlə xəbərdarlıq gəlməyib!— Patriot Kor (müzakirə) 10:09, 16 iyun 2021 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Patriot Kor.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 20:57, 28 may 2021 (UTC) Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Patriot Kor.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Surə 🗯 19:23, 14 iyul 2021 (UTC) Cavabla

Dəvət redaktə

Salam hörmətli Patriot Kor. Sizi bubu səhifələrdə keçirilən səsvermələrdə iştirak etməyə dəvət edirəm. Lavici mesaj? 12:54, 4 yanvar 2022 (UTC)Cavabla

Dəvət redaktə

Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 12:58, 8 yanvar 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Patriot Kor.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 17:43, 4 iyul 2022 (UTC) Cavabla

Koroba kənd orta məktəbi redaktə

salam həmkar. bu fotonun müəllifi sizsiz bildiyim qədəri ilə qeyd etdiyinizə görə. yəni fotonu siz çəkmisiz. belə halda fotonu commonsa ixrac edib və mail ilə commonsa mail göndərsəniz fotonun silinmə riski olmayacaq artıq və müəllifi siz olduğunuz təsdiqlənəcək. istəsəniz dəstək ola bilərəm. Atakhanli (müzakirə) 16:47, 1 oktyabr 2022 (UTC)Cavabla

Şəkilin müəllifi özüdürsə, Commons-a mail atmağa nə ehtiyac var ki? Birbaşa yükləyə bilər. Şiroi Akuma 17:03, 1 oktyabr 2022 (UTC)Cavabla
mail ilə müəllifi özü olduğunu və s. şeyləri həll edir, silinmə ehtimalı olmur. commonsda elə fayllar olub ki, müəllifi özüm qeyd etsəm də, (özüm olsam da) silinib. mail ilə həll etmişəm. Atakhanli (müzakirə) 17:05, 1 oktyabr 2022 (UTC)Cavabla
Lokaldan Commons-a ixrac edəndə siliblər? Şiroi Akuma 17:29, 1 oktyabr 2022 (UTC)Cavabla
Hörmətli həmkar @Atakhanli, bu işdə mənə dəstək olacağınız təqdirdə sizə minnətdar olaram. Bir çox müəllifi olduğum fotoların silinmə təhlükəsi var. Təşəkkürlər. Patriot Kor (müzakirə) 18:04, 1 oktyabr 2022 (UTC)Cavabla
@Patriot Kor həmkar, istifadəçi səhifəmdəki mail vasitəsi ilə lütfən mənimlə əlaqə saxlayın. hamısın həll edək. Atakhanli (müzakirə) 08:20, 3 oktyabr 2022 (UTC)Cavabla

Elmir Hüseynov səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Elmir Hüseynov səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Elmir Hüseynov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Atakhanli (müzakirə) 10:02, 11 oktyabr 2022 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Mənim idariçiliyimə aid burada keçirilən səsvermədə sizi iştirak etməyə dəvət edirəm. Moses 15:34, 27 aprel 2023 (UTC)Cavabla

VusalaNabisoy istifadəçisinin sualı (04:43, 10 may 2023) redaktə

Salam. Məqalə yazıb təsdiqlətməkdə çətinlik çəkirəm. Mənə kömək edə bilərsinizmi ? --VusalaNabisoy (müzakirə) 04:43, 10 may 2023 (UTC)Cavabla

Salam hörmətli həmkar @VusalaNabisoy. Müzakirə səhifənizdə, Vikipediya qaydalarını özündə əks etdirən "Xoş gəldin" şablonu yerləşdirilib. Xahiş edirəm nəzər yetirin və ilk öncə müəyyən qaydalarla tanış olun. Hər hansı bir sual yaranarsa yenidən müraciət edə bilərsiniz. Hər hansı çətinlik olsa sizə kömək etməyə hazıram. Hörmətlə, Patriot Kor (müzakirə) 21:18, 10 may 2023 (UTC)Cavabla

Sual redaktə

Hörmətli Elçin müəllim, bu şəxsin məqaləsinin bərpası istiqamətində nə fikir bildirə bilərsiniz? Patriot fikirli olduğunuz üçün sualı sizə yönəltmək qərarına gəldim. E.Imanverified Verified  12:37, 29 may 2023 (UTC)Cavabla

Youtubefanı89 istifadəçisinin sualı (07:06, 1 iyul 2023) redaktə

Salam. Mən CN Just~(Huseyn)~ kanalı haqqında məqalə hazırlamaq istəyirəm. --Youtubefanı89 (müzakirə) 07:06, 1 iyul 2023 (UTC)Cavabla

Dünyanı yaşadanlar istifadəçisinin sualı (11:14, 16 iyul 2023) redaktə

xeyirli günlər. Bu gün Qax rayonu şairələrindən biri olan Solmaz Elqızı adına məqalə əlavə etdim. Bildirim ki, vikipediyada Solmaz Elqızı adına məqalənin yazılmasını şairə xanım özü xahiş edib. Amma bildiriş gəlib ki, səhifə silinə bilər. Bunun səbəbi nədir və səhifənin silinməməsi üçün nə etməliyəm. Öncədən sayqılarımı yetirirəm. --Dünyanı yaşadanlar (müzakirə) 11:14, 16 iyul 2023 (UTC)Cavabla

  •   Cavab: Salam hörmətli həmkar, VP:SS qaydalarını diqqətlə oxuyun və Silinmə səbəbləri bölməsinə nəzər yetirin. Eyni zamanda VP:ŞEƏ qaydaları ilə tanış olmalısınız. Əgər adı çəkilən şəxs həqiqətən də ensiklopedik əhəmiyyətə malik şəxsdirsə, etibarlı mənbələrə əsaslanaraq, səhifənin saxlanılmasına qərar verilə bilər. — Patriot Kor (müzakirə) 20:24, 16 iyul 2023 (UTC)Cavabla

White Demon ulduzu redaktə

  White Demon ulduzu
Uzun illərdir vikipediyaya verdiyiniz töhfələrə görə və müzakirələrdə aktiv iştirakınıza görə öz şəxsi mükafatımı təqdim edirəm. Uğurlar! Hörmətlə, — Şiroi Akuma 03:43, 27 avqust 2023 (UTC)Cavabla
Hörmətli @White Demon. Fəaliyyətimə verdiyiniz dəyər və qiymətləndirməyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizi AzWikinin ən adekvat və ən tərəfsiz istifadəçilərindən biri kimi tanımışam. Təşəkkürlər! Fəaliyyətinizdə uğurlar! Hörmətlə, Patriot (müzakirə) 06:30, 28 avqust 2023 (UTC)Cavabla

GizlindəQalmış Faktlar istifadəçisinin sualı (16:07, 29 avqust 2023) redaktə

Salam admin ) Redaktə yaratmaq istəyirəm . Xususi redaktə Qurd Adamlara əlavə etmək və ya birbaşa yenidən redaktə yaratmaq istəyirəm --GizlindəQalmış Faktlar (müzakirə) 16:07, 29 avqust 2023 (UTC)Cavabla

Hörmətli yeni istifadəçi @GizlindəQalmış Faktlar, ilk öncə mən admin deyiləm. Maşın dil tərcüməsindən istifadə etdiyiniz açıq-aşkardır. Nə haqqda məlumat almaq istədiyiniz tam anlaşılan deyil. Patriot (müzakirə) 17:12, 29 avqust 2023 (UTC)Cavabla
Maşın Rus sözüdür bəy '
Qaynaq: 1976 ACE M 6 cild GizlindəQalmış Faktlar (müzakirə) 05:49, 30 avqust 2023 (UTC)Cavabla
Buyurun. Necə kömək edə bilərəm? Nə kimi redaktə etmək istəyirsiniz? Patriot (müzakirə) 06:30, 30 avqust 2023 (UTC)Cavabla

EV Də QAL HƏYACAN SİGNALI VURAN DÜNYADA İLKİN ŞABANOV T.H.Z redaktə

SOS 😯 INSANLARIN BEYIN QURULUŞUNUN DƏYIŞMƏSI ILƏ BAQLI ACIQLAMA OLACAQ. İLKİN ŞABANOV T.H.Z (müzakirə) 22:55, 4 sentyabr 2023 (UTC)Cavabla

İsmayilovv.02 istifadəçisinin İstifadəçi:İsmayilovv.02 ilə bağlı sualı (17:55, 26 sentyabr 2023) redaktə

Salam.Şəkil necə əlavə edə bilərəm? --İsmayilovv.02 (müzakirə) 17:55, 26 sentyabr 2023 (UTC)Cavabla

RR2008RR istifadəçisinin İstifadəçi:RR2008RR ilə bağlı sualı (15:43, 12 oktyabr 2023) redaktə

Mənim yaratdığım layihələr digərləri tərəfindən görünmür. Niyə? --RR2008RR (müzakirə) 15:43, 12 oktyabr 2023 (UTC)Cavabla

Hörmətli istifadəçi. Vikiqaydalarla tanış olun. Siz öz istifadəçi səhifənizdə redaktə edirsiniz. Yeni səhifə yaradın və yaratmamışdan öncə Vikipediya:Beş əsas prinsipKömək:Məqalələrin redaktə qaydaları ilə tanış olun. Patriot (müzakirə) 15:04, 13 oktyabr 2023 (UTC)Cavabla

Azebirja istifadəçisinin sualı (11:10, 18 oktyabr 2023) redaktə

Salam. Məqalə redakte etmək istəyirəm amma qəbul olunmur? Vikiləşdirilməmiş yeni məqalə yaratmağa çalışdığınız üçün redaktəniz əngəllənmişdir qeyd olunur. --Azebirja (müzakirə) 11:10, 18 oktyabr 2023 (UTC)Cavabla

Şərhimin üstünə xətt çəkirlər. redaktə

Elxan Bəşirov məqaləsinə şərh edirəm üstündən xətt çəkirlər, bu normal deyil məncə. Azərbaycanın tanınmış şirkətlərinin təsisçisinin müzakirəsi məsxərəyə salınıb sanki, xahiş edirik bir tədbir görülsün. Əməkdar mühəndisdir, Prezident iki dəfə medalla təltif edib, vikipediyada lağ-lağaya salıblar müzakirəni. 5.44.35.224 12:54, 23 oktyabr 2023 (UTC)Cavabla

çox pis 212.47.148.85 14:23, 20 noyabr 2023 (UTC)Cavabla

Talışca Vikipediya redaktə

salam həmkar. təklif edirəm ki, indidən elə Talışca Vikipediya adlı azvikidə məqalə yaradasınız. məqalənin tarixi nə qədər keçmiş olsa o qədər yaxşıdır, yəni sonraya saxlamayın. Elə ümumi məlumat verməyiniz kifayət edər. Azərbaycanca Vikipediya məqaləsi kimi. Atakhanli (müzakirə) 17:45, 25 oktyabr 2023 (UTC)Cavabla

Murad437 istifadəçisinin Murad Abdullayev ilə bağlı sualı (20:40, 25 oktyabr 2023) redaktə

Salam. Vikipediyaya şəkil əlavə etmək istəyirəm alınmır. Onu da nəzərinizə çatdırım ki, əvvəl şəkil olub, sonra silinib. Nə etməliyəm? --Murad437 (müzakirə) 20:40, 25 oktyabr 2023 (UTC)Cavabla

Sumqa10 istifadəçisinin Bakı Sosial Pedaqoji Kolleci ilə bağlı sualı (16:10, 6 noyabr 2023) redaktə

salam baki sosyal pedaqoji kolleci hardadir --Sumqa10 (müzakirə) 16:10, 6 noyabr 2023 (UTC)Cavabla

Benzizm istifadəçisinin Kamal Quliyev¹ ilə bağlı sualı (14:58, 9 noyabr 2023) redaktə

Hərkəsə salam, mən redaktemə necə şəkil əlavə edə bilərəm? --Benzizm (müzakirə) 14:58, 9 noyabr 2023 (UTC)Cavabla

HASAN AHMAD HUSEYNOV istifadəçisinin sualı (06:55, 15 noyabr 2023) redaktə

Hörmətli mentoru salamlayıram,monografiyanı necə daxil edə bilərəm --HASAN AHMAD HUSEYNOV (müzakirə) 06:55, 15 noyabr 2023 (UTC)Cavabla

Tarix redaktə

Azerbaycan respublikasinin 2003 ve 2013 il tarixlerine aid oxşarliq mueyyen et

A.prezden seckileri

B.ipek yolunun berpasi uzre konfrans

C.torpaq islahatlari

D.milli oznu mudaife qüvelleri hakinda qanun

E.idmancilarmizin yay olinpiya oyunlarinda istiraki Metin224455 (müzakirə) 16:03, 22 noyabr 2023 (UTC)Cavabla

MinaxanimIsmayilzadah istifadəçisinin Vikipediya:Silinməyə namizəd səhifələr/Rəhimulla İsmayılov ilə bağlı sualı (16:43, 28 noyabr 2023) redaktə

Salam. Silinməyə namizəd səhifədə səs vermə hüququm var? Varsa necə səs verim? --MinaxanimIsmayilzadah (müzakirə) 16:43, 28 noyabr 2023 (UTC)Cavabla

Salam hörmətli istifadəçi. Təəssüf ki, sizin səsvermə hüququnuz yoxdur. Siz 1 il 5 ay öncə qeydiyyatdan keçmisiniz və bu müdət ərzində cəmi 32 redaktəniz olub və redaktələrinizin demək olar ki, hamısı indi namizəd göstərilən səhifənin üzərində edilib. Patriot (müzakirə) 17:06, 28 noyabr 2023 (UTC)Cavabla

Vikiləşdirmə redaktə

salam. lütfən günlərə və illərə aid məqalələrdə vikiləşdirmə tool-undan istifadə edərək vikiləşdirmə etməyin. çünki digər vikilərdə olduğu kimi azvikidə də bu tip məqalələrdə günlərə və illərə keçidlər verilir. siz bu tool-dan istifadə edərək vikiləşdirmə aparanda bu keçidlər yox olur. artıq bir neçə məqalədə gördüyüm üçün yazdım. ümid edirəm ki, nəzərə alacaqsız. uğurlar. Atakhanli (müzakirə) 17:17, 6 yanvar 2024 (UTC)Cavabla

GeniusPrestige istifadəçisinin sualı (07:37, 7 yanvar 2024) redaktə

Здравствуйте. Хочу создать новую статью на азербайджанском языке. Как мне сделать? --GeniusPrestige (müzakirə) 07:37, 7 yanvar 2024 (UTC)Cavabla

Quliyev Omer istifadəçisinin sualı (05:49, 11 yanvar 2024) redaktə

Mənim saytımın Adını bilmirəm mənə deyə bilərsiz zəhmət olmasa --Quliyev Omer (müzakirə) 05:49, 11 yanvar 2024 (UTC)Cavabla

Töhfə sertifikatları və təşəkkür məktubları redaktə

Salam Aleykum. Həmkar Turkic Wikimedia Conference 2023-də sizə sertifikat və təşəkkür məktublar verildiyini qeyd etmisiniz. Açığı son zamanlarda vikipediya az girdiyimdən bununla heç maraqlanmaq yadımdan çıxıb. Mənə aid sertifikat və ya məktublar mı var?Q🅾⚓Ç🅾Ⓜ🅰Q 19:07, 17 yanvar 2024 (UTC)Cavabla

BakiZoolojiPark istifadəçisinin sualı (06:01, 23 yanvar 2024) redaktə

Men Bakı Zooloji PParkında işləyirəm və mənə Redaktə etməyə icazə verilmir Niyə? --BakiZoolojiPark (müzakirə) 06:01, 23 yanvar 2024 (UTC)Cavabla

Molding Gips istifadəçisinin sualı (07:32, 6 fevral 2024) redaktə

Salam mən şirkətimiz haqqında viki səhifəsi necə yaradım görünmür. --Molding Gips (müzakirə) 07:32, 6 fevral 2024 (UTC)Cavabla

Salam. İlk öncə şirkət barədə məlumat versəniz yaxşı olar. Ensiklopedik olub olmaması sual doğura bilər. Patriot (müzakirə) 09:59, 16 fevral 2024 (UTC)Cavabla

Rufat11 istifadəçisinin sualı (21:29, 22 fevral 2024) redaktə

Salam. mən bura 1ci defedi daxil oluram. burda umumiyyetle məqalələrlə işləməyi hanisa video derslik ve yaxud başqa necese oyrenmeyim uçun xahiş edirem komeklik edesiniz. --Rufat11 (müzakirə) 21:29, 22 fevral 2024 (UTC)Cavabla

Salam hörmətli@Rufat11. Müzakirə səhifənizdən bəzi qaydalar və prinsiplərlə tanış olduqdan sonra bir daha hər hansı sual yaranarsa müraciət edin. İstənilən köməkliyi etməyə hazıram. Patriot (müzakirə) 21:41, 22 fevral 2024 (UTC)Cavabla

Amid Cəfərov istifadəçisinin sualı (18:52, 9 mart 2024) redaktə

Mən oz vikipediami yarada bilərəm? --Amid Cəfərov (müzakirə) 18:52, 9 mart 2024 (UTC)Cavabla

Salam. Fəaliyyət sahəniz nədir? Hansı səbəbdən özünüzü ensiklopedik hesab edirsiniz? Ensiklopedikliyinizi təsdiq edən bir neçə əsaslı mənbəni təqdim edə bilərsiniz? Patriot (müzakirə) 22:16, 9 mart 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Patriot Kor. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:39, 13 mart 2024 (UTC)Cavabla

Nemohey istifadəçisinin sualı (08:20, 15 mart 2024) redaktə

Salam. Mən qeydiyyatdan keçmədən ingilis dilində məqaləni bir neçə dəfə daxil etdim. Lakin məqalə silindi. İndi qeydiyyatdan keçmişəm. Daxil etsəm, yenə də silinməz? Və məqaləni hissə-hissə (bir neçə gün ərzində) daxil etmək olarmı? Yoxsa bir dəfəyə daxil edilməlidir? --Nemohey (müzakirə) 08:20, 15 mart 2024 (UTC)Cavabla

Salam. Təsadüfən State Service for Antimonopoly and Consumer Market Control məqaləsindən söhbət gedmir?— Bikar müzakirə 08:25, 15 mart 2024 (UTC)Cavabla
Salam. Bəli. Qurum haqqında Azərbaycanca səhifə var. İngilis dilində də yaratmaq istəyirik. Amma silinir. Zəhmət olmasa, köməklik edərdiniz. Nemohey (müzakirə) 05:57, 18 mart 2024 (UTC)Cavabla
İngilis dilində səhifəni azərbaycanca vikipediyada yaradırsız. İngiliscə vikipediyaya keçid eliyib orda yaradın. Daha sonra əlaqələndirin(ya da deyin kimsə əlaqələndirsin.)

Kateqoriya:Kişi güləşçilər redaktə

Salam. Kateqoriya:Kişi güləşçilərə ehtiyac yoxdur. Ayrı-ayrılıqda yunan-roma güləşçiləri, sərbəst güləşçilərqadın güləşçilər üçün var. Ayrıca buna ehtiyac yoxdur. Grenzsoldat 09:44, 10 aprel 2024 (UTC)Cavabla

Salam @Grenzsoldat, mən ehtiyac olduğunu düşünürəm. Ümumən belə kateqoriyaları vacib sayıram. Hətda enviki də bu barədə kateqoriya var: [1]. Patriot (müzakirə) 09:46, 10 aprel 2024 (UTC)Cavabla
İngilis dilli versiyada olması bizdə olması üçün əsas deyil. Digər idman növləri üzrə razıyam. Kişi və qadınlar üçün olmalıdır. Amma güləşdə üç növ üzrə yarışlar gedir - YR, SR və QG. Kişilər üçün yunan-roma və sərbəst güləşçiləri üst-üstə gəlməyimiz mənasız işdir. Grenzsoldat 09:48, 10 aprel 2024 (UTC)Cavabla
Bütün idman növlərində qadın və kişi cinsinə görə kateqoriyaların olmasını vacib hesab edirəm. Patriot (müzakirə) 09:52, 10 aprel 2024 (UTC)Cavabla
Yaxşı. Məndə vacib hesab etmirəm. Grenzsoldat 09:54, 10 aprel 2024 (UTC)Cavabla
Dərin hörmətlə yanaşıram. Patriot (müzakirə) 09:57, 10 aprel 2024 (UTC)Cavabla
Çox sağolun. Bu gün məndə öz düşüncələrimi icra edəcəm)) Grenzsoldat 10:00, 10 aprel 2024 (UTC)Cavabla
Nə üçün redaktə müharibəsinə yol açacaq redaktələr edirsiniz? Yaradılan və əlavə edilən kateqoriyada səhv heç nə yoxdur. Bütün idman növləri üçün kişi və qadın cinsi ayrılmalıdır. Patriot (müzakirə) 10:02, 10 aprel 2024 (UTC)Cavabla
Yuxarıda izahını vermişəm. Güləşin üç növü var və həmin növlər üzrə səliqəli verilib. Əlavə söz yığınına ehtiyac yoxdur - Yunan-roma güləşçisi, Kişi güləşçi və s. Grenzsoldat 10:04, 10 aprel 2024 (UTC)Cavabla
Discus əvəzinə ''vacib hesab edirəm'' edirəm sözlərini yazan sizsiz. Grenzsoldat 10:05, 10 aprel 2024 (UTC)Cavabla
Vacib hesab etmək, diskusiyadan imtina etmək deyil. Amma normal bir kateqoriyanı mənasız hesab edib bir-bir səhifələrdən çıxarmaq nə deməkdir? Üstəlik mən də öz düşüncələrimi icra edəcəm demək nə qədər doğrudur? Patriot (müzakirə) 10:08, 10 aprel 2024 (UTC)Cavabla
@Araz Yaquboglu, @Turkmen, @White Demon, @Nemoralis, @Eldarado. Bu kateqoriya ilə əlaqəli fikirləriniz və müzakirəyə münasibətiniz xahiş olunur. Patriot (müzakirə) 10:16, 10 aprel 2024 (UTC)Cavabla
3-4 gün öncə buna bənzər hal olub və istifadəçini 3 günlük blok etmişəm. İndi digər teq etdiyiniz həmkarlar da baxsın, sonra qərar verək. Araz Yaquboglu (müzakirə) 10:24, 10 aprel 2024 (UTC)Cavabla
@Araz Yaquboglu həmin müzakirəni də diqqətlə oxudum. İstifadəçi hər iki kateqoriyanın, həm bu həm də digər müzakirədəki kateqoriyaların əsas mahiyyətini dəqiqləşdirməyib məncə. Sadəcə ehtiyac olmadığını düşünür. Patriot (müzakirə) 10:29, 10 aprel 2024 (UTC)Cavabla
@Araz Yaquboglu , nəyə qərar verirlər soruşmaq ayıb olmasın? :d Redaktə aparmaq nə zamandan qayda pozuntusu olub? 4 gün əvvəl olanlarda da mübahisəli idi məsələ. Siz elə cəza verirsiniz. İstifadəçinin fəaliyyətinin məhdudlaşdırılmasını cəza olaraq istifadə etməyi dayandırsanız yaxşı olar. Grenzsoldat 10:48, 10 aprel 2024 (UTC)Cavabla
Kateqoriyaların vacib olub, olmamasına. Sizin bu tip fəaliyyətiniz vikipediyanın normal işini pozur. Araz Yaquboglu (müzakirə) 13:52, 10 aprel 2024 (UTC)Cavabla
Normal işi pozardı, amma ortada iş yox :d Grenzsoldat 14:54, 10 aprel 2024 (UTC)Cavabla
@Grenzsoldat, həmin kateqoriyaları niyə lazımsız hesab edirsiz ki? Kosmik Ozan utora! 12:34, 10 aprel 2024 (UTC)Cavabla
Həqiqətən niyə də yox? Niyə qadın və kişilər üçün ayrıca kateqoriyalar olmasın? Bu, hər mövzuda olur. Hörmətlə, Gadirmüzakirə 13:59, 10 aprel 2024 (UTC)Cavabla
Bəli, təbii ki, ayrı ayrılıqda olmalıdır. Niyə olmasın ki? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:19, 14 aprel 2024 (UTC)Cavabla

Turkar Gasimzada istifadəçisinin sualı (13:18, 15 aprel 2024) redaktə

Nəriman Qasımoğlu səhifəsində Siyasi Fəaliyyət bölməsini silmək üçün müraciət etmişəm - mümkünsə bununla bağlı məsləhət edərdiniz. Nəriman müəllim siyasi fəaliyyətlə məşğul deyil. --Turkar Gasimzada (müzakirə) 13:18, 15 aprel 2024 (UTC)Cavabla

Hə Y Cavablandırılıb. Hörmətlə, Gadirmüzakirə 17:20, 15 aprel 2024 (UTC)Cavabla

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024