İstifadəçi müzakirəsi:Sevindiknesiboglu2008 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Sevindiknesiboglu2008 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
ARXİV
ARXİV
Müzakirələrin arxivi:

Dəvət redaktə

Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 14:45, 8 yanvar 2022 (UTC)Cavabla

Əlizadə Elmin Samir oğlu redaktə

Salam dəyərli həmkarım, çox saylı Şəhid məqaləsi yaratdığınız üçün sizə müraciət edirəm. Zəhmət olmasa Əlizadə Elmin Samir oğlu şəhid haqqındada məqalə yarada bilərsinizmi? Santorica 14:49, 15 yanvar 2022 (UTC)Cavabla

Əleyküm salam, dəyərli həmkar, onun haqqında məlumat Sizdə varsa göndərə bilərsiniz? Mən onun haqqında məqalə yaradacağam. — Sevindiknesiboglu2008 (müzakirə) 15:17, 15 yanvar 2022 (UTC)Cavabla

Arxivləşdirmə redaktə

Salam həmkar. Sizin müzakirə səhifənizdə başlıqla Arxiv yazdığınızı gördüm və hiss etdim ki arxivləşdirmə sizin üçün çətin gəlir. Mən bunu etdim. Gələcəkdə siz özünüz də sağ yuxarıdakı qutuya tıklamaqla arxivləşdirmə edə bilərsiniz. — Araz Yaquboglu (müzakirə) 15:58, 15 yanvar 2022 (UTC)Cavabla

Salam, Araz müəllim. Bu məni çox sevindirdi. Allah Sizdən razı olsun. Minnətdaram. Baş üstə bundan sonra edərəm. — Sevindiknesiboglu2008 (müzakirə) 16:00, 15 yanvar 2022 (UTC)Cavabla

Güzel Şoför 1970 redaktə

Əəzizim Sevindiknesiboglu2008! Güzel Şoför 1970 filmini Azəri dilində yaza bilərsinizmi? Çox sağ ol! --95.55.104.177 16:45, 6 fevral 2022 (UTC)Cavabla

Müzəffər Alanquş səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Müzəffər Alanquş məqaləsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunana qədər məqalə Vikipediya:Silinməyə namizəd səhifələr#Müzəffər Alanquş səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bildirə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı məqaləni redaktə edə, o cümlədən müzakirədə qaldırılan problemləri həll etmək üçün məqaləni təkmilləşdirə bilər. Bununla belə, məqalənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Azerifactory (müzakirə) 20:47, 28 aprel 2022 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Sevindiknesiboglu2008.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, — Xeyal (müzakirə) 12:34, 6 may 2022 (UTC) Cavabla

Rəy verdim, həmkar. Uğurlar! — Sevindiknesiboglu2008 (müzakirə) 14:17, 6 may 2022 (UTC)Cavabla

Təşəkkürlər. — Xeyal (müzakirə) 14:18, 6 may 2022 (UTC)Cavabla
Mən təşəkkür edirəm. — Sevindiknesiboglu2008 (müzakirə) 14:22, 6 may 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Sevindiknesiboglu2008.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 16:18, 4 iyul 2022 (UTC) Cavabla

Salam, həll edildi, təbii ki, lehinizə qərar verdim. Siz də bu linkə daxil olub namizəd verdiyim səhifə ilə bağlı qərar qəbul edə bilərsinizmi? — Sevindiknesiboglu2008 (müzakirə) 16:24, 4 iyul 2022 (UTC)Cavabla

Təşəkkürlər. Nəzər yetirəcəyəm. Hörmətlə, dancewithdevil (müzakirə) 16:27, 4 iyul 2022 (UTC)Cavabla
Oldu həmkar, mən təşəkkür edirəm. Baxacağınız məqalə ilə bağlı nə lazımdırsa, mənə yazın. Düzəldərəm. — Sevindiknesiboglu2008 (müzakirə) 16:29, 4 iyul 2022 Sevindiknesiboglu2008 (müzakirə) 16:29, 4 iyul 2022 (UTC)Cavabla

Redakt' redaktə

Salam. Bu redaktələrinizin səbəbi nədir? Surə 🗯 12:13, 24 iyul 2022 (UTC)Cavabla

Salam. Mən sadəcə bitmiş müzakirələri arxivləşdirmək istəyirdim. Nə isə səhv gedib? - İstifadəçi:Sevindiknesiboglu2008 (müzakirə), 10:16, 25 iyul 2022 Sevindiknesiboglu2008 (müzakirə) 10:16, 25 iyul 2022 (UTC)Cavabla

Yalan məlumat redaktə

Salam. Zəhmət deyilsə məqaləyə belə yalan məlumatlar yalan əlavə eləməyin. Bir daha məqalələrə yalan məlumatlar əlavə eləsəniz, barənizdə ölçü götürülməsi üçün idarəçilərə müraciət edəcəm. Grenzsoldat 18:30, 23 avqust 2022 (UTC)Cavabla

Salam. Üzrlü sayın gec cavab verdim. Nəzərə alın ki, məqaləni düzəltdiyiniz zaman şəxsin doğum tarixi olaraq "04.05.1994" yazmışdınız. Yəni belə: burdan baxa bilərsiz. Siz "may" ayı yazmışdız amma istinadınız mart ayı deyirdi. Vəfat etdiyi tarixə də "07.11.2020" yazmısınız. Buna da burdan baxa bilərsiz. Amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında 8 noyabr yazılıb. Buna da burdan baxa bilərsiniz. Mən hamısını düzəltdim və sizə heç nə demədim. Yaxşı olardı ki, qarşılıqlı fəaliyyətlə işləyək və hər səhvə görə "yalançı" kimi günahlandırmalar etməyək. Nəzərə alın ki, qeyd etdiyim səhvlər də ən az bu "yalan məlumat" qədər ciddi səhvlər idi. Hörmətlə, İstifadəçi:Sevindiknesiboglu2008, 11:16, 27 avqust 2022 (UTC)Cavabla
Doğum tarixinin düzgün olmaması "yalan məlumat" deyil, "səhv məlumatdır". Anlayışlar fərlidir. Qarışdırmayın. 7 noyabr və ya 8 noyabr, onsuzda dəqiq məlumat deyil. Gecə döyüşləri zamanı hərbi qulluqçu öləndə, saata baxılmır. Ona görə də bu "yalan məlumat" deyil. Sizin əlavə elədiyiniz isə sırf yalan məlumatdır. Madagiz-Ağdərə istiqamətində döyüşlərdə olmaq absurd məlumatdır. Grenzsoldat 16:02, 27 avqust 2022 (UTC)Cavabla
Əslində, doğum tarixinin düzgün olmaması onun doğru olmaması deməkdir. Doğru olmayan bir şey səhvdir. Səhv odur ki, kimsə "4 mart" yazmaq istəyir amma əli harasa dəyir olur "4 may". Təbii ki, hərbi qulluqçu ölən kimi insanların gözü telefonda saatda, dəqiqədə olmur. Ancaq, düşünürəm ki, ölüm haqqında şəhadətnamədə nə yazılıbsa o olmalıdır. Mənim səhvlərimi görürsünüz, bu çox yaxşıdır. Sayənizdə səhvlərimdən xəbərdar oluram. Ancaq, öz səhvlərinizi də nəzərə alsanız yaxşı olar. Hörmətlə, Sevindik Nəsiboğlu 06:32, 28 avqust 2022 (UTC)Cavabla
salam həmkar, yalan dediyiniz məlumat tam olaraq nədir? tam anlamadım. Madagiz-Ağdərə istiqamətində döyüşdə olması barədə deyəsən. siz hansı mənbəyə əsasən deyirsiniz ki olmayıb? və @Sevindiknesiboglu2008 həmkar, Siz hansı mənbəyə əsasən elə qeyd etmisiniz? Atakhanli (müzakirə) 09:01, 28 avqust 2022 (UTC)Cavabla
Ağdərə-Madagiz istiqamətində Sərhəd Qoşunlarının döyüşməsi yalandır. Həmin istiqamətdə döyüşləri ancaq 1-ci Ordu Korpusu aparıb. Grenzsoldat 11:12, 28 avqust 2022 (UTC)Cavabla
Salam, həmkar. Məqaləni ümumiyyətlə, şəxsin yaxınlarının və ailəsinin göndərdiyi məlumatlar və internetə yerləşdirilən məlumatlar əsasında hazırlamışam. Özünüz məqaləyə, istinadlara bir də baxa bilərsiniz. Orada ancaq cüzi səhvlər tapmaq olar. Əgər tapsanız, mənə bildirin. Səhvimə görə gərək məni bağışlayasınız. Həmişə səhifələrimdə cüzi səhvlərin, qüsurların olmasına çalışmışam. Bundan əvvəlki səhifələrimə baxa bilərsiniz. Bundan sonra da məqalələri həmişəki kimi ciddi hazırlayacağam və çalışacağam ki, minimum səhvlər olsun. Xahiş edirəm ki, mənim səhvlərim nəzərə alınanda digər istifadəçilərin də səhvləri nəzərə alınsın və neytral qərar verilsin. Hörmətlə, Sevindik Nəsiboğlu 17:07, 28 avqust 2022 (UTC)Cavabla

Sual redaktə

Salam. Bir sıra şəhid məqalələrinin şablonlarında vəzifəsi hissəsində "atıcı" qeyd eləmisiniz. Bu məlumatın mənbəyini göstərə bilərsiniz ? Grenzsoldat 16:22, 17 sentyabr 2022 (UTC)Cavabla

Məqalələrin şablonlarında vəzifə hissəsində "atıcı" qeydinizin mənbəyini göstərə bilərsiniz ? Sualıma cavab vermədiyiniz halda barənizdə ölçü götürülməsi üçün idarəçilərə müraciət eləməyə məcbur olacam. Grenzsoldat 14:36, 20 sentyabr 2022 (UTC)Cavabla
Salam. Eyni vəzifədən olan iki nəfər ilə bağlı vəzifəni copy paste edəndə yəqin ki səhvən digər şəxslərin səhifəsinə də etmişəm. İstifadəçi:Sevindiknesiboglu2008 14:44, 20 sentyabr 2022 (UTC)Cavabla
Həmkar, niyə barəmdə ölçü götürülməsi ilə bağlı bu qədər tələsirsiniz? Mənim diqqətəlayiq, kobud bir səhvimi aşkar etmisiniz? Mən axı səhifələri bacardığım qədər düzgün işləyirəm. Səhifələrdə məlumatların düzgünlüyünə, istinadların düzgünlüyünə diqqət ayırıram. Şəhidlərin ailələrindən məlumatlar soruşuram, bəzən onlar özləri məndən xahiş edirlər ki onlar üçün səhifə işləyim. Sonuncu açdığım səhifələr elə də səliqəli deyil, lakin onlara "iş gedir" şablonu qoymuşam, vaxt tapdığım zaman mütləq düzəldəcəyəm. Nəzərə alsanız sevinərəm. İstifadəçi:Sevindiknesiboglu2008 14:46, 20 sentyabr 2022 (UTC)Cavabla
Həmkar, Siz də Yusif Qurbanov səhifəsində Şəhidin doğum və dəfn tarixini səhv yazmısınız. Şəxs Goranboy rayonunun Şəfəq kəndində doğulub və dəfn olunub. Nəzərinizə çatdırmaq istərdim. Bəs Qaraçinar kəndində doğulub dəfn olunması ilə bağlı hansısa mənbəniz varmı? Bir çox KİV-də Şəfəq kəndi yazılıb. İstifadəçi:Sevindiknesiboglu2008 14:52, 20 sentyabr 2022 (UTC)Cavabla
Copy paste eləmisinizsə, onda zəhmət deyilsə bir-bir məqalələrdən o hissəni çıxarın. Son sərhəd toqquşmasında şəhid olan zabitin birinə, "vəzifə" hissəsində "atıcı" yazmısınız. Zabit dostlarım mənə bu məlumatı göndərəndə həm sizin, həm özümüz, həm də bütün icmanın adına utandım. Ona görə həmin gün zabit, gizir və çavuş heyətinin məqalələrini səliqəyə saldım. Hər nəysə. Bu əsas məsələ deyil. Zəhmət deyilsə bir-bir məqalələrdən o hissəni çıxardım. Bayaq gördüm, gizirin birinə də "atıcı" yazmısınız. Şəhidlə bağlı məlumatı isə Goranboy RİH almışam və onlarda qeyd ediblər, ailəsi Şəfəqdə yaşayır, özü isə Qaraçinarda anadan olub və Qaraçiarda qeydiyyatdadır. Grenzsoldat 20:48, 20 sentyabr 2022 (UTC)Cavabla
Qaraçinardırsa çox yaxşı. Sadəcə dəqiqləşdirmək istədim. Özüm 9-cu sinifdə oxuyuram, hazırlıqlarda oluram və vaxtım olmur. Vaxt tapan kimi edəcəyəm. Nəzərə almağınızı xahiş edirəm. Axırıncı dəfə baş gizirə səhifə açmışam onun vəzifəsi snayper idi və elə də yazmışam. Amma mən "atıcı" səhvində nəsə utanılacaq bir səhv görmürəm. Ən azından doğum tarixi və ya vəfat tarixinin səhv olması qədər ciddi deyil. Məsələn, Siz Nail İbrahimlinin doğum və şəhidlik tarixini səhv yazanda mən onu tez düzəltdim ki, sosial şəbəkələrdə və KİV-də əgər o səhifədən istifadə etsələr doğum tarixi düz çıxsın. Onda da mən nəzərə aldım ki, hər kəs səhv edə bilər, əsas onu xatırlatmaq, düzəltmək və ya xəbərdarlıq etməkdir. Amma yenə də onda da mən həm özümüz həm də sizin adınıza utanmışdım. Sevindiknesiboglu2008 10:52, 21 sentyabr 2022 (UTC)Cavabla
Zabitin vəzifəsi hissəsinə "atıcı" yazmaq ciddi səhv deyil ? Ümumiyyətlə siz məqalə hazırlayan zaman dəfələrlə istinadsız (əslində isə səhv) məlumatlar əlavə eləmisiniz. Burada 23 yaşlı matrosa Hərbi Hissə Komandirinin müavini yazmısınız Bu da ciddi səhv deyil ? Birdə bir məqalədə olan səhvi götürüb, hər dəfə ortaya atmayın və mənim adıma utanmağa ehtiyac yoxdur. Grenzsoldat 11:00, 21 sentyabr 2022 (UTC)Cavabla
O zaman Siz də mənim adıma utanmayın və mənimlə belə tonda danışmayın. Bəs sizin "müharibə veteranlığı" ilə bağlı hansısa istinadınız var? Hər səhifədə Vətən müharibəsində şəhid olmayan iştirakçılara veteran yazırsınız. Halbu ki onlar veteran olmayıblar. "Vətən müharibəsi iştirakçısı" medalı alıblar. Sevindiknesiboglu2008 11:05, 21 sentyabr 2022 (UTC)Cavabla
Müharibəyə qatılan adam elə veterandır da :d Grenzsoldat 11:10, 21 sentyabr 2022 (UTC)Cavabla
P. S. zəhmət deyilsə VP:N qaydalarına riayət edin. Kompyuterin arxasında oturaraq, mənim sizinlə hansı tonda danışdığımı necə müəyyən edə bildiniz ? Grenzsoldat 11:10, 21 sentyabr 2022 (UTC)Cavabla
Danışmaqla yazmaq arasında fərq yoxdur ikisi ilə də fikir bildirilir. Sizin isə fikirlərinizdən demək olar ki, aşağılama, lağ etmə sezirəm. Mən isə sizinlə mümkün qədər nəzakətlə danışmağa çalışıram. Hər halda yazılarımdan, cümlələrimin quruluşundan bu bəlli olur. Son olaraq bunu deyib mövzunu bağlamaq istəyirəm ki, xəbərdarlıqlarınızı nəzərə alıram və siz də mənim vaxtımın darlığını nəzərə alsanız pis olmaz. Hörmətlə, Sevindiknesiboglu2008 13:30, 21 sentyabr 2022 (UTC)Cavabla
Grenzsoldat gedən müzakirələrinizi oxudum. Və siz əvvəllərdə bu istifadçi ilə bu tonda yazışır və elə mütəmadi səhv axtarırsız. Səhvi olanda normal şəkildə bir peşəkar kimi məsləhət edin ki, necə etsin və nəyi düzəltsin. Yoxsa sual dalınca sual, sorğu dalınca sorğu lazım deyil. — Araz Yaquboglu (müzakirə) 14:53, 21 sentyabr 2022 (UTC)Cavabla

Q/E məqalə redaktə

Salam. Sizə buradaburada q/e hərbi qulluqçular haqqında məqalələrin yaradılmasının düzgün olmadığını bildirmişdim. Amma siz yenədə belə məqalələr hazırlamağa davam edirsiniz. Hər səfərində də deyirsiniz, "bir daha olmayacaq", "məlumatım yox idi" və s. Silahla ehtiyatsız davrandığına görə vəfat edən hərbi qulluqçunun məqaləsini niyə olmalıdır ? Bu sualıma cavab verə bilərsiniz zəhmət deyilsə ? Grenzsoldat 15:24, 26 sentyabr 2022 (UTC)Cavabla

Araz Yaquboglu, sonra da siz deyirsiniz bu istifadəçiyə elə səhvlərini göstərirəm. Dəfələrlə bu barədə irad bildirmişəm. Arxivə baxa bilərsiniz. Heç bir nəticə də çıxarmır. Silahdan ehtiyatsız davrandığı üçün ölən adama məqalə hazırlayır. Bir ildir bunu deyirəm, indi də deyəcəm. Bu istifadəçi bu platformadan "vətənpərvər" marağları üçün istifadə edir. Bu istifadəçi barədə ölçü götürülməlidir. Grenzsoldat 15:30, 26 sentyabr 2022 (UTC)Cavabla
Xatırlayırsınızsa yanğın nəticəsində vəfat edən hərbi qulluqçu Səhman Musayev haqqında məqalə hazırlamışdı. Məqalədə mənim təşəbbüsümlə silinəndən sonra mənim sosial media hesablarımı məhrumun ailəsinə göndərmişdi. Buna görə istifadəçinin fəaliyyəti səhv eləmirəmsə bir ay müddətinə məhdudlaşdırıldı. Amma istifadəçi bundan heç bir nəticə çıxarmadı. İndi yenidən q/e hərbi qulluqçu haqqında məqalə hazırlayır. Bu istifadəçi barədə artıq ölçü götürülməlidir. Grenzsoldat 15:32, 26 sentyabr 2022 (UTC)Cavabla
Grenzsoldat burada ölçü götürülməli hal yoxdur. Siz məqaləni SNS-ə çıxara və fikirlərinizi də orada yaza bilərsiz. Məqalə də istifadəçilər tərəfindən baxılar, silinməlidirsə müzakirəyə də uyğun silinər. Mənim özümün 2010-cu ildən yaratdığım məqalələr hələ də sns edilir və silinəni də olur, qalanı da. Burada nə problem var ki. Hər şeydən ötəri ütamadi yazmaq lazım deyil. SNS bu halda ən sadə çıxış yoludu. — Araz Yaquboglu (müzakirə) 16:03, 26 sentyabr 2022 (UTC)Cavabla

Hərbi xadim şablonları ilə bağlı redaktə

salam həmkar. hərbi xadimlər mövzusunda göstərdiyiniz aktivliyə görə təşəkkürlər. amma fikir verirəm ki, demək olar ki, bütün məqalələrdə (və ya mənim qarşıma çıxan bütün məqalələr) istifadə etdiyiniz hərbi xadim şablonunun parametrlərini siz bir sətirdə yazırsınız. misal üçün:

{{Hərbi xadim|orijinal adı=|doğum tarixi=07.09.2001|doğum yeri=[[Moranlı (Sabirabad)|Moranlı]], [[Sabirabad rayonu]], [[Azərbaycan]]|vəfat tarixi=05.10.2020|vəfat yeri=[[Qaraxanbəyli (Füzuli)|Qaraxanbəyli]], [[Füzuli rayonu]], ...

bu tip məzmun sonradan məqaləyə düzəliş, əlavə etmək istəyən şəxsin işini çətinə salır və qarışıqlıq yaradır, rahatlığı pozur. mən bir neçə dəfə düzəltməyə çalışsam da, görünən odur ki, siz deyəsən bütün məqalələrdə belə etmisiniz. lütfən bundan sonrakı fəaliyyətinizdə şablon parametrlərinin hər birini yeni sətirdə yazın. misal üçün:

{{Hərbi xadim
|adı = Səhman Musayev
|şəkil = Şəhid Səhman Musayev.jpg
|şəklin ölçüsü = 250px
|doğum tarixi = 29.12.2000 |doğum yeri = [[Göygöl rayonu]], [[Azərbaycan]]
|vəfat tarixi = 27.02.2021
|vəfat yeri = [[Ağdam rayonu]], [[Azərbaycan]]
|dəfn yeri = [[Göygöl Şəhidlər Xiyabanı]]
|vətəndaşlığı = {{AZE}}
....

bu tip yazılış daha məqsədəuyğundur və redaktənin sürətini, rahatlığını da artırır. misal mən bəzi məqalələrə edit edəndə onlar bir sətirdə olduğu üçün bu işi müəyyən qədər yubadır, yeni istifadəçilərə isə çətinlik yaradır.

təkrardan fəaliyyətiniz üçün təşəkkürlər və uğurlar, həmkar! Atakhanli (müzakirə) 05:28, 11 oktyabr 2022 (UTC)Cavabla

Salam, həmkar. Mən təşəkkür edir və uğurlar arzulayıram. O məndən asılı deyil, çünki mən "redaktə" tuşuna basaraq redaktə edirəm, ona görə də bilmirəm şablon bir sətirdədir, yoxsa alt-alta düzülüb. Amma bundan sonra "mənbədən redaktə et" tuşuna basıb şablonu düzəldərəm. Sevindik Nəsiboğlu (müzakirə) 11:41, 11 oktyabr 2022 (UTC)Cavabla
@Sevindiknesiboglu2008 salam, yeni yaratdığınız məqalələrdə nəzərə almırsınız. Atakhanli (müzakirə) 07:37, 11 noyabr 2022 (UTC)Cavabla

Qazilərin məqalələrinin yaradılması redaktə

salam əziz həmkar, bütün şəhidlərimiz, qazilərimiz bizim üçün dəyərlidir, əzizdir. Sizin də bu yöndə fəaliyyətiniz hörmətəlayiqdir. amma Siz niyə qazilərin məqaləsini yaradırsınız ki? onlar ensiklopedik hesab olunmur axı (istisnalar xaric). "Qarabağ" ordeni, "Suqovuşanın azad olunmasına görə" medalı şəxsi ensiklopedik etmir axı. avtopatrulsuz deyə məqalələrin böyük əksiriyyəti gözdən yayınıb. amma bütün fəaliyyətinizi indi təftiş edim, əziz həmkar? Atakhanli (müzakirə) 12:14, 12 noyabr 2022 (UTC)Cavabla

Ensiklopedik olmayan qazi məqalələri silinəcək. Hal-hazırda AzVikidə şəhid məqalələrinin silinməsi məsələsi aktualdır, o ki qaldı bütün qazi məqalələrinin saxlanılması. Şiroi Akuma 13:06, 12 noyabr 2022 (UTC)Cavabla
Salam, əziz həmkarlar. Xəbərdarlığınız üçün təşəkkürlər. Əlbəttə, biz onları ayırmırıq, onlar hamısı bizim üçün əzizdir. Ancaq, özünüz bilirsiniz ki, mən qazilərin yox, şəhidlərin məqalələrinin yaradılmasına üstünlük vermişəm, səbəbi də qazi səhifələrinin ensiklopedik hesab olunmamasıdır. Keçən il ya da o birisi il "Zəfər" və "Qarabağ" ordenləri ilə təltif olunanlara səhifə açmışdım, bu qədər. Bundan sonra mütləq diqqət yetirərəm. Təftiş edirsinizsə də edin. Bir daha sağ olun. Sevindik Nəsiboğlu, 07:31, 13 noyabr 2022 (UTC)Cavabla
@Sevindiknesiboglu2008 misal bu qazimizin məqaləsini Siz yaratmısız. Atakhanli (müzakirə) 13:04, 13 noyabr 2022 (UTC)Cavabla
Onu haradasa 2 ilə yaxın bir müddət bundan qabaq yaratmışam. "Qarabağ" ordeni aldığı üçün. Bu orden ali deyil ki?

Xəbərdarlıq redaktə

Salam. Zəhmət deyilsə məqalələrə əlavələr edən zaman diqqətli olun. Burada hərbi qulluqçunun Daxili Qoşunların əsgəri olduğunu göstərmisiniz, bu isə yalan məlumatdır. Zəhmət deyilsə diqqətli olun və dəqiqləşdirilməyən məlumatları yaymayın. Grenzsoldat 11:52, 16 noyabr 2022 (UTC)Cavabla

Salam. Yaxşı. Sevindiknesiboglu2008 15:39, 16 noyabr 2022 (UTC)Cavabla

Bloklama ilə bağlı redaktə

Salam, həmkar. Styyx. İndicə gördüm ki, məni 1 ay müddətinə bloklamısınız. Bunun səbəbini öyrənə bilərəm? Hörmətlə, Sevindik Nəsiboğlu, 16:15, 11 yanvar 2023 (UTC)Cavabla

Yaşıl Vikipediya ulduzu redaktə

  Yaşıl Vikipediya ulduzu
Başda hərbi mövzular olmaqla Vikipediyanı yaşıla boyadığınız töhfələrinizə görə. Sayğılarım, gözəl diləklərimlə, 6421 23:54, 11 yanvar 2023 (UTC)Cavabla
Kiçik əməyimə verdiyiniz böyük qiymət məni olduqca sevindirdi. Çox təşəkkürlər. Mənə arzuladıqlarınızın da çoxunu Sizin üçün arzulayıram. Uğurlar, hörmətli həmkar! Sevindiknesiboglu2008, 15:36, 11 yanvar 2023 (UTC)Cavabla
Minnətdaram! Sayğılarım, gözəl diləklərimlə, 6421 17:12, 12 yanvar 2023 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Mənim idariçiliyimə aid burada keçirilən səsvermədə sizi iştirak etməyə dəvət edirəm. Moses 15:32, 27 aprel 2023 (UTC)Cavabla

Salam, əziz həmkar. Həll olundu. Ancaq zəhmət olmasa, istərdim ki, Siz də bu linkə basıb II Əbdülməcid adlı məqaləmin status alması üçün keçirilən səsvermədə iştirak edəsiniz. Fəaliyyətinizdə uğurlar! — Sevindik Nəsiboğlu (müzakirə) 16:20, 27 aprel 2023 (UTC)Cavabla

Dəvət redaktə

 
İnzibatçı seçkisi
Salam, Sevindiknesiboglu2008.
Sizi mənim inzibatçılıq statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 17:03, 27 aprel 2023 (UTC) Cavabla
Salam, əziz həmkar. Həll etdim. Mən də istərdim ki, Siz də bu linkə basıb II Əbdülməcid adlı məqaləmin status alması üçün keçirilən səsvermədə iştirak edəsiniz. Fəaliyyətinizdə uğurlar! — Sevindiknesiboglu2008 (müzakirə) 17:10, 28 aprel 2023 (UTC)Cavabla

Dick Turpin 1974 redaktə

Əəzizim Sevindiknesiboglu2008! Dick Turpin 1974 filmini Azəri dilində yaza bilərsinizmi? Çox sağ ol! -- 92.100.208.128 15:52, 10 may 2023 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Salam. Elşad Həsənov (gizir) məqaləsində istinadın adını ŞMEQ222232222232 olaraq niyə qeyd eləmisiniz? Bu nədir? Randoma rəqəm verirsiniz? Həmçinin məqalədə yalan məlumatlar əlavə eləmisiniz və əlaqəsiz istinadlar əlavə eləmisiniz. Grenzsoldat 08:38, 1 sentyabr 2023 (UTC)Cavabla

lütfən daha detallı bildirə bilərsinizmi? yalan məlumatlar? Atakhanli (müzakirə) 09:18, 1 sentyabr 2023 (UTC)Cavabla
Yalan məlumatlar var idi məqalədə. Guya 2020-ci ildə müharibədə olub və medalla təltif edilib. İstinadda aidiyyatsız idi. Grenzsoldat 09:25, 1 sentyabr 2023 (UTC)Cavabla
İstinadın adını hər kəs istədiyi kimi edə bilər. İstifadəçi belə istəyib yazıb. Burada nə qəbahət var ki? Və həmçinin hesab edirəm ki, yazarkən səs tonunuz yuxarı olub. Nəzərə alın. Araz Yaquboglu (müzakirə) 09:25, 1 sentyabr 2023 (UTC)Cavabla
Necə istəyirsən elə də yaza bilər? Onda rahatlıq üçün istinadını 111111112222223333334444445555KKZZBBAA qoya bilərəm? Yazandan səs tonum yuxarı olmayıb. Sadəcə hələ də istifadəçinin belə səhv eləməsini, dediyimiz iradları qulaqarda vurmasını başa düşə bilmirəm. Grenzsoldat 09:32, 1 sentyabr 2023 (UTC)Cavabla
Hələ istəsəz bir az da yazdığınızdan uzun adlanma seçə bilərsiz. Bu hər kəsin öz işidi. Araz Yaquboglu (müzakirə) 12:02, 1 sentyabr 2023 (UTC)Cavabla
Sizdən fərqli olaraq, mən son dərəcə mülayim tonda cavab verəcəyəm. Diqqətlə baxsanız, 4-cü istinadda şəxsin həm Tovuz döyüşlərində, həm də Vətən müharibəsində iştirak etdiyini görə bilərsiniz. O məlumatı Vikipediya səhifəsində yazıb istinadı da tam əlaqəli şəkildə yanında vermişəm. Mənlə bu tonda danışıb hər hansı ittihamı etməyiniz sizin yanlışlığa yol verdiyinizdən xəbər verir. Çünki şəxsin Vətən müharibəsində iştirakı və medallarla təltifi haqqında məlumatı mən verməmişəm, mən məsuliyyət daşımıram, məlumatı məqaləni yazan şəxs verib və mən sadəcə o məqaləni mənbə kimi göstərərək o məlumatı yazmışam. Günah əgər varsa, o da məndə yox, o məqaləni yazan şəxsdədir. Məqaləni yazan şəxsi tapıb bu məlumatın doğru olub-olmadığını həmin şəxsdən soruşa bilərsiniz. Amma onsuz da doğru məlumatdır, çünki məqaləni yazan şəxs məlumatı şəxsin ailəsindən alıb. Bir də ki, Araz müəllimin dediyi kimi, istinadın adında hər hansı bir problem yoxdur. Adı da özümdən qoymamışam, məqalənin adı elədir, olduğu kimi yazıb qoymuşam. Sevindik Nəsiboğlu (müzakirə) 15:54, 1 sentyabr 2023 (UTC)Cavabla

Yalan və istinadsız məlumatlar redaktə

Salam. Elvin Abdullayev məqaləsində əsgərin guya Komando Briqasında xidmət eləməsi ilə bağlı istinadsız və yalan məlumatlar əlavə eləmisiniz. Zəhmət deyilsə bundan sonra diqqətli olun. Grenzsoldat 15:28, 15 sentyabr 2023 (UTC)Cavabla

Yalan məlumatlar redaktə

Salam. Bu məqalədə şablonda və təltifləri bölməsində şəxsin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildiyini qeyd eləmisiniz. Əlavə edilən istinadın isə şəxsə heç bir aidiyyatı yoxdur. İstinadda başqa şəxsdir. Belədə məsuliyyətsiz əlavələr olmaz axı. Daha nə qədər xəbərdarlıq? Grenzsoldat 19:42, 16 sentyabr 2023 (UTC)Cavabla

Bloklama redaktə

Nemoralis (müzakirə) 13:52, 16 sentyabr 2023 (UTC)Cavabla

2020-ci ilin avqust ayındandır ki, Vikipediyada fəaliyyət göstərirəm. Həmin ilin dekabr ayındandır ki, ard-arda olaraq Şəhidlərimiz haqqında məqalələr hazırlayıram. Bu günə qədər 600-dən artıq Şəhidimizə Vikipediya səhifəsi açmışam. Bu səhifələrdən onların ailələri də xəbərdardır. Əgər onların ailələrindən bir-bir bu məqalələr barədə soruşsanız, bu səhifələrlə bağlı səhv olan, saxta olan və ya yalan olan bir məlumat da görə bilməzsiniz. Bunu etməyi heç düşünə də bilmərəm. Sadəcə, "Komando" Briqadasını əlavə edəndə bu məlumatı şəhidin ailəsindən almışdım. Namiq Məmmədli səhifəsindəki o uyğunsuz istinad sadəcə texniki səhv idi. Bilsəydim, istinadım da var idi, uyğun bir istinad ilə dəyişdirəcəkdim. İdarəçilərdən xahişim budur ki, bundan qabaq göstərdiyim fəaliyyətlər, açdığım səhifələr və verdiyim istinadlı məlumatlar nəzərə alınsın və blok müddətim 1-2 aya və ya daha uyğun bir müddətə endirilsin. Dərslərim başladığından Vikipediyada daha az olacağam. Lakin bu müddətsiz blok mənim Vikipediyada görmüş olduğum işlərə xələl gətirir. Ümid edirəm ki, idarəçilər məni başa düşəcək və nəzərə alacaqlar. Nemoralis, Sortilegus, Wertuose, Babək Akifoğlu, Eminn, Atakhanli və digər inzibatçılara müraciət edirəm. — Sevindik Nəsiboğlu (müzakirə) 08:45, 22 sentyabr 2023 (UTC)Cavabla
Salam həmkar. Hesab edirəm ki, istifadəçi artıq səhvlərini başa düşmüş olar. Çünki 3 aydan çoxdur ki, blokdadır. Onun məktəbli olduğunu da nəzərə almaq lazımdır. Xahiş edirəm blok müddətini yanvara qədər edəsiz. Bu həm də ona bir Yeni il hədiyyəsi olar. Mən özüm də istidəçinin fəaliyyətini daim nəzarətdə saxlayacam. Araz Yaquboglu (müzakirə) 14:36, 23 dekabr 2023 (UTC)Cavabla
İstifadəçi özü səhvlərini etiraf edəcəksə açıla bilər. Aldığınız hər məlumatı düzgün hesab etməməlisiniz. Həmin məlumatı gərək beyninizdə süzəsiniz ki bu doğrudur ya yox. Facebookda özünü reklam etməklə bitmir bu iş. Nemoralis (müzakirə) 11:38, 24 dekabr 2023 (UTC)Cavabla
Nemoralis yuxarıda əslində səhv etdiyini etiraf edib. Və inanıram ki, bir daha etməyəcək, o səvləri. Araz Yaquboglu (müzakirə) 13:16, 24 dekabr 2023 (UTC)Cavabla
Salam. Blok olunmazdan qabaq etdiyim müəyyən səhvlərimi bilirəm. Çalışacağam ki, bundan sonra heç bir səhvə daha yol verməyim. İstifadəçi:Sevindiknesiboglu2008 (müzakirə) 13:18, 24 dekabr 2023 (UTC)Cavabla
İstifadəçiyə tətbiq edilən cəzanın götürülməsi ilə bağlı səsləndirilən düşüncələri qəti surətdə pisləyirəm. Bu istifadəçinin fəaliyyəti əsasən bu saniyə icma olaraq problemli hesab olunan bir sahəyə yönəlib. İstifadəçi fəaliyyətini bərpa eləsə çox güman həmin mövzuda məqalələri yaratmağa davam edə bilər. Ki, bu da həllini gözləyən bir problemin daha da dərinləşməsinə gətirib çıxara bilər. Buna görə də qəti sürətdə pisləyirəm bunu. Grenzsoldat 13:30, 25 dekabr 2023 (UTC)Cavabla
İstifadəçinin blokunun açılmasını mən təklif etmişəm və mən də onun fəaliyyətinə nəzarət edəcəm. Əgər o hallar təkrar olarsa mütləq özüm blok edəcəm. Araz Yaquboglu (müzakirə) 05:37, 26 dekabr 2023 (UTC)Cavabla

Saxta məlumat redaktə

Salam. Natiq Tahirli barədə olan məqalədə əsgərin guya Sərhəd Qoşunlarının Goranboy rayonunun Tap Qaraqoyunlu istiqamətində yerləşən N saylı hərbi hissəsində xidmət etdiyini və Tərtərdə şəhid olduğunu qeyd etmisiz. Sual yaranır. Tərtərdə hansı dövlət sərhədi var? Grenzsoldat 09:58, 4 mart 2024 (UTC)Cavabla

Salam həmkar, "Goranboyun Tapqaraqoyunlu kəndində xidmət etdiyi", "Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən “N” saylı hərbi hissədə xidmət etdiyi" və "Goranboy-Tərtər istiqamətində qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində şəhid olması" barədə məlumatlar var. Yəqin ki,diqqətsizlik olub.
Bu tipli mənbələr etibarlı mənbə hesab oluna bilməz. Buradan copy ediblər :d Mən DSX-da xidmət etmişəm. Bütün SD, SD, SZ-ləri əzbər bilirəm. Goranboyda sərhədçilərin nə işi var? Grenzsoldat 10:18, 4 mart 2024 (UTC)Cavabla
Başa düşürəm, demək istəyirən ki, hardansa yoxlanılmamış məlumat götürüb yazıb. Səhvi başa düşməkçün ən azından sahə üzrə biliyin olmalıdı.— Bikar müzakirə 10:32, 4 mart 2024 (UTC)Cavabla

Saytda 187 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024