İstifadəçi müzakirəsi:Verman1 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Verman1 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin


Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020) redaktə

Salam Aleykum. Həmkar məqalədə etdiyiniz redaktələr nədən edilir anlamaq olmur. Reaksiyalar bölümünü tamamən silməyiniz (istinadı olan bölmənin silinməsi) vandallıqdır. Əhəmiyyətsiz adlandırısınız. Digər vikilərdə eynisini görmək olar. Nəyin əhəmiyyətsiz olduğuna siz təkbaşına qərar verə bilməzsiniz. İkinci məsələ qalın şriftlərlə yazılan hissəni nədən aradan qaldırırsızınız. bu hissənin qalın şriftlərlə verilməsinin anlamı oxuculara ilkin versiya ilə sonrakı versiyadakı fərqi anlatmaqdır. Bu da heç bir qayadaya zidd deyil. Sizin təcrübəli istifadəçi olduğunu bilərək bu kimi anlaşılmaz addımlardan çəkinmənizi rica edirəm. Hörmətlə— Q🅾⚓Ç🅾Ⓜ🅰Q 12:10, 9 yanvar 2021 (UTC)Cavabla

Qolcomaq istərdim ki, Azvikidə olan məqalələr digər dillərdə olan məqalələrin formatını kopyalamaqla kifayətlənməsin. Əsas məqsəd məqalələrə yazı naminə yazıyla doldurmaq yox, məqalələrin keyfiyyətinin və informasiya dəyərinin maksimum səviyyəyə qaldırılması olsun. Dünyadakı 200 ölkənin yarısı bu bəyanata eyni şablon formatlı reaksiya verib. Bu o deməkdir ki, 100 ölkənin hamısının reaksiyası mənbə göstərilməklə məqalədə yazıla bilər? Bu mətnin oxucu nöqteyi-nəzərindən məqalənin keyfiyyətinin artırılmasında hansı əhəmiyyəti ola bilər? Siz idarəçisiniz və ümid edirəm "qutudan kənar (out of the box)" düşünüb qərar verəcəksiniz. — Thunder Storm (müzakirə) 15:12, 9 yanvar 2021 (UTC)Cavabla
Hörmətli istifadəçi mən bu məqaləni yazanda demək olar ki, yalnız bir dildə onun haqqında məqalə var idi. Yəni gətirdiyiniz iradlar əsasızdır. Çünki demək olarki, digər dillərdəki məqalələrin bir çoxu ilkin variantın əsasında yazılıb və sonra genişləndirilib. İnformasiya baxımından digər dillərdən nəyin ki geri qalır, əksinə daha da irəlidədir. Vikinin heç bir qaydaları pozulmadan yazılan məqalədir. Bura qəzet və ya jurnal deyildir. Bu bəyanata ölkələrin hamısının verdiyi bəyanatlar məqalədə əks olumalıdır deyə bir şey yoxdur. Məqalədə regionla bir başa əlaqəsi olan və ya beynəlxalq qurumların əsas fiqurlarının bəyanatı önəmlidir. Bəs nədən qalın şirflər silinir, buna hansı arqumentiniz var?Q🅾⚓Ç🅾Ⓜ🅰Q 15:33, 9 yanvar 2021 (UTC)Cavabla
Qolcomaq qalın şriftlərin qalmasına etiraz etmirəm. Mən vikinin qaydalarının pozulmasından danışmadım, məqaləni oxucu nöqteyi-nəzərindən maksimum keyfiyyətli səviyyəyə gətirməkdən danışdım. Fikrimcə ölkələrin verdiyi şablon reaksiyalar oxucu üçün informasiya mənbəyi kimi heç bir dəyər kəsb etmir.— Thunder Storm (müzakirə) 15:37, 9 yanvar 2021 (UTC)Cavabla
Hörmətli istifadəçi məqaləni keyfiyyətli etmək üçün onu silmək deyil zənginləşdirmək lazımdır. Məqalələr də viki qaydalar çərçivəsində qurulmalıdır. Üstəlik nəyin dəyər kəsb edib etməməsinə biz təkbaşına qərar verə bilmərik. Sizin zəngin fəaliyyətinizə bələdəm, bundan çıxış edərək məqalələri silmədən, onu zənginləşdirəcəyinizə ümidvaram. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 15:47, 9 yanvar 2021 (UTC)Cavabla

Sual redaktə

Thunder Storm (müzakirə) siz bu işdə daha təcrübəlisiniz bu məqalə reklam xarakterlidirmi? Kontakt Home. Silinməyə namizəd ola bilər? — İrövşən (müzakirə) 08:22, 19 yanvar 2021 (UTC)Cavabla

Rövşən İşık birmənalı silinməlidir. — Thunder Storm (müzakirə) 11:06, 19 yanvar 2021 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Antivandalizm ulduzu
Hörmətli, Verman1. Vandalizmlə mübarizəniz təqdirəlayiqdir. Fəaliyyətinizdə uğurlar. -- AfraimMammadov (müzakirə) 11:10, 22 yanvar 2021 (UTC)Cavabla

Aslanov Novruz Məmmədqulu oğlu redaktə

Qeyd edilən şəxs Azərbaycanın ikinci dünya müharibəsində iştirak etmiş müxtəlif sovet mənbələrində fəxrlə adı çəkilən indiki dövrdə isə adına küçə belə olan bir şəxsdir. Qeyri ensiklopedik şəxs kimi adlandırmaq nə dərəcədə düzgündür? Qeyd edilən mənbələri əyani şəkildə təqdim edə bilərəm. Zənginləşdirmə ilə bağlı düzəlişlərə ehtiyac varsa xahiş edirəm bildirəsiniz. Ensiklopedik şəxs olmadığı hansı kriteriyalar əsasında iddia olunur?

Europa Universalis redaktə

Məqalənin silinmə səbəbini deyərdiniz zəhmət olmasa.Gələcək səfər bir daha o səhfləri etmiyim.

Məqalə çox bərbad tərcümə edilib, cümlələri oxuyub anlamaq mümkün deyil. Tərcümədəki əksikliklər aradan qaldırılsa məqalə saxlanıla bilər. — Thunder Storm (müzakirə) 21:47, 5 fevral 2021 (UTC)Cavabla

Təftişçilik redaktə

Hər vaxtınız xeyir. Zəhmət olmasa "iş gedir" şablonu yerləşdirdiyim və mütəmadi əlavələr etdiyim Qlazqo Universiteti məqaləsi üzərində təftişçiliyi dayandırasınız. Mən sizə bu barədə bir dəfə müraciət etmişdim və bildirmişdim ki, başqa vaxtda bunu etsəydiniz sizə əməkdaşlığa görə təşəkkür edərdim. Ancaq nə təsadüfdürsə, Ağdam uğrunda döyüş səhifəsinə daxil etdiyiniz "copy-paste" xarakterli məzmun ətrafındakı müzakirəmizdən sonra belə destruktiv hərəkətlərə yol verirsiniz. Sonuncu etdiyiniz redaktənin məqsədi isə ümumiyyətlə mənə qaranlıqdır. Nəzərə alın ki, hər şey qarşılıqlıdır və sizin fəaliyyətinizdə də kifayət qədər boşluqlar var. Ona görə gəlin enerjimizi bir-birimizin işinə əngəl törətmək üçün yox, Azərbaycandilli Vikipediyanın inkişafı üçün xərcləyək. — Burocan (müzakirə) 10:55, 20 sentyabr 2021 (UTC)Cavabla

İstifadəçi eyni hərəkətləri burada mənə də etmişdi. Destruktiv redaktələr heç vaxt yaxşı sonla bitmir. Burocanın dediyi kimi mübahisələri bir qırağa qoyub buranın inkişafı üçün çalışmalıyıq. NMW03 (müzakirə) 00:46, 21 sentyabr 2021 (UTC)Cavabla

Mahir Emreli redaktə

Salam. Futbolçu şablonunda oyunçunun yalnız milli çempionatda keçirdiyi oyunların və vurduğu qolların sayı qeyd olunur. Növbəti redaktələrinizdə bu halı nəzərə alın.— Nicat49   müzakirə 00:54, 9 oktyabr 2021 (UTC)Cavabla

Nicat49 bunu təsdiq edən qayda var?— Thunder Storm (müzakirə) 08:49, 9 oktyabr 2021 (UTC)Cavabla
Futbolçu şablonunun aşağı hissəsində belə bir qeyd var: "Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı". Şablona futbolçunun yalnız milli çempionatlardakı statistikası əlavə olunur, bu yalnız bizim vikiyə aid deyil, digər vikilərdə də belədir.— Nicat49   müzakirə 02:59, 10 oktyabr 2021 (UTC)Cavabla

Məmməd Şabanov 1988 təyyarə qəzası Şəhidi Azərbaycan Qarabağ redaktə

Mən Şəhid Məmməd Şabanovun nəvəsiyəm və bu məqaləni mən yazmışam.Bu məqalədə yer alan bütün məlumatlar qarşılığını tapmış və Prezdemtimizin sərəncamı ilə Şəhid adı verilmir Şabanov Məmmədə xitabən Ş.Məmmədi tanıyan yanınları və ailə fərdləri tərəfindən alınan məlumatlara əsasən yazılıb. Şəhid nəvəsi olaraq həmçinində Azərbaycanlı gənc olaraq bu məqalənin silinməyinə qarşıyam.


Rəhman Məmmədov Samir (müzakirə) 13:47, 28 oktyabr 2021 (UTC)MRRəhman Məmmədov Samir (müzakirə) 13:47, 28 oktyabr 2021 (UTC)Cavabla

Təəssüf ki, bu dedikləriniz mənbə olaraq qəbul olunmur. Thunder Storm (müzakirə) 14:12, 28 oktyabr 2021 (UTC)Cavabla

vətən naminə birlik partiyasının niyə sildiyinizə izah redaktə

Salam, dövlət qeydiyyatı olmayan partiyalar bölməsində vətən naminə birlik partiyasının niyə sildiyinizə izah verə bilərsiniz? Zəhmət olmasa kömək edin.

Mənbə göstərilmədiyi üçün. — Thunder Storm (müzakirə) 22:35, 28 oktyabr 2021 (UTC)Cavabla

Müəllif hüquqları pozuntuları barədə cavab redaktə

Salam, sizin yazdığınız bir neçə məqalədə (Bakı Mühəndislik Universiteti, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi) müəllif hüquqları pozuntuları qeydə alındığı üçün həmin hissələr silindi. Xahiş olunur gələcəkdə bu halların baş verməməsi üçün birbaşa kopipast şəklində yazıları daxil etməyin. — Thunder Storm (müzakirə) 07:44, 28 oktyabr 2021 (UTC)Cavabla

Salamlar, diqqətiniz üçün minnətdaram, həmin məqaləyə əlavə olunmalıdır, bununla bağlı universitet ilə görüşəcəm, amma Sizin dediyiniz məsələdə başqa cür necə olmalı idiki? Götürülən hissələrə istinad verilib. Missiyalar, istiqamətlər necə dəyişdirilə bilərki? Atakhanli (müzakirə) 17:40, 28 oktyabr 2021 (UTC)Cavabla
İstinad verilməsi müəllif hüquqları pozuntusunu aradan qaldırmır. Birbaşa istənilən mənbədən kopipast müəllif hüquqları pozuntusudur. Yazıları dəyişdirərək yazdığınız halda müəllif hüquqları pozuntusu aradan qalxır. Thunder Storm (müzakirə) 08:43, 30 oktyabr 2021 (UTC)Cavabla
// Salam lütfən cavablayın.

Your modification redaktə

Salam Verman1, Depending on your modification, the rollback is mostly used against vandalism. It is not a replacement for mw-undo. Thank you. —Eihel (müzakirə) 17:26, 8 noyabr 2021 (UTC)Cavabla

Geri alma redaktə

Merhaba, bu değişikliği neden geri aldınız acaba? Yaptığım şey yanlış mıydı? Leaply (müzakirə) 11:21, 18 noyabr 2021 (UTC)Cavabla

Xeyr, gerialma sadəcə texniki alınıb. Yalnış bir şey yoxdur. Thunder Storm (müzakirə) 12:23, 18 noyabr 2021 (UTC)Cavabla

Zamin Hüseynov redaktə

Thunder Storm Zamin Hüseynov VP:ŞEƏ-ni tələblərini ödəyir? Əgər ödəmirsə namizəd vermək olar? — İrövşən (müzakirə) 10:35, 2 dekabr 2021 (UTC)Cavabla

Ensiklopedikdir. Düzəlişlər etdim. Thunder Storm (müzakirə) 15:51, 2 dekabr 2021 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Salam hörmətli Verman1, zəhmət olmasa Aydın Məmmədov (tarixçi) səhifəsindəki "Beynəlxalq seminar, simpoziyum və konfranslarda iştirakı" bölməsini silməyin! Birincisi ensiklopedik əhəmiyyəti var, ikincisi dəki bu bölmə yüzlərlə digər alimlər haqqında məlumatda da var, onda gərək hamısı silinsin. Həmçinin sözügedən bölmədəki məlumatlar BDU-nun rəsmi səhifəsində də öz əksini tapıb.--Wikipediya M (müzakirə) 15:04, 8 dekabr 2021 (UTC)Cavabla

Onların heç bir ensiklopedik əhəmiyyəti yoxdur. Bütün məqalələrdə silinməlidir və qarşıma çıxdıqca silirəm. BDU-nun rəsmi səhifəsində nə yazılmasının əhəmiyyəti yoxdur. Thunder Storm (müzakirə) 15:06, 8 dekabr 2021 (UTC)Cavabla
Ən əsası, müzakirə bitməmiş silinən yazıları məqaləyə daxil etməyin. Bu, redaktə müharibəsinə gətirib çıxaracaq. Thunder Storm (müzakirə) 15:07, 8 dekabr 2021 (UTC)Cavabla
Mən 5 ildən çoxdur Azvikidə fəaliyyət göstərirəm, heç vaxt redaktə müharibəsi aparmamışam. Hazırda buna potensial şərait yaradan sizsiniz. Aydın Məmmədov (tarixçi) haqqında məqalənin digər dillərində də var "Beynəlxalq seminar, simpoziyum və konfranslarda iştirakı" bölməsi.-- Wikipediya M (müzakirə) 15:13, 8 dekabr 2021 (UTC)Cavabla
Deməli, öz aramızda razılığa gələ bilmirik. Buna görə məsləhət görürəm müzakirəni daha geniş müstəviyə çıxarın. Thunder Storm (müzakirə) 15:20, 8 dekabr 2021 (UTC)Cavabla
Cənab İstifadəçi:Verman1, dünyanın bütün dillərindəki vikipediyalarda alimlər haqqında məlumatda BEYNƏLXALQ konfranslar bölməsi var, siz deyəsən ensiklopediklik kriteriyasının təkcə Azvikidə olmalı olduğunu düşünürsüz, bu qayda digər dil bölmələrində də belədir! Yəni digər dil bölmələrində ensiklopedik qəbul edilirsə, Azvikidə də belədir. Siz niyə vandallıq aktı edib məhz mənim tərəfindən yaradılan məqaləyə hücum edirsiz? Niyə qəsdən redaktə müharibəsi vəziyyəti yaradırsız?--Wikipediya M (müzakirə) 15:31, 8 dekabr 2021 (UTC)Cavabla
Albert Einstein məqaləsinə baxdım, orada BEYNƏLXALQ konfranslar bölməsi yoxdur. Yüzlərlə başqa nümunələr də göstərə bilərəm. Məni yersiz olaraq vandallıqda ittiham etməzdən öncə başqa vikipediyalarda alimlər haqqında məqalələri oxuyun. Thunder Storm (müzakirə) 15:35, 8 dekabr 2021 (UTC)Cavabla
Əvvəlcə dediniz bütün dillərdəki, bütün alimlər haqqında məqalələrdə BEYNƏLXALQ konfranslar bölməsi var. Əksini sübut etdikdə indi də deyirsiz bu qayda ancaq 21-ci əsrdəki alimlərə aiddir. Yaxşı, onda 21-ci əsrin alimini nümunə göstərirəm. 2021-ci ildə Nobel mükafatını almış Syukuro Manabe və 21-ci əsrdə Nobel mükafatı almış bütün alimlərin məqalələri. Thunder Storm (müzakirə) 19:57, 8 dekabr 2021 (UTC)Cavabla
Siz qəsdən XX əsrin birinci yarısında fəaliyyət göstərmiş alimi nümunə gətirirsiniz. Söhbət XXI əsrin alimindən gedir. Və sizə misal üçün Ruvikidə olan İYİRMİ BİRİNCİ ƏSRİN alimlərindən BEYNƏLXALQ konfranslar bölməsini təqdim edirəm:Хазин, Михаил Леонидович, Ишингер, Вольфганг, Исмаилзаде, Гудрат Сейфулла оглы, Зейналов, Эльдар Багадур оглы və s.

Yeni viki-səhifələr redaktə

Möhtərəm Thunder Storm, yeni yaradilan və yetərincə mənbəsi olan səhifələri silməkdən çəkinək, onlara şans verək. Azərbaycan vikipediyasının səhifələrini çoxaldaq. Kifayət qədər , az ensiklopedik olsa da, şans vermək hər halda əlinizdədir. Heç ensiklopedik olmayanlar təbii ki, istisnadır. AzeWEB (müzakirə) 02:42, 26 dekabr 2021 (UTC)Cavabla

Dəvət redaktə

Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 12:47, 8 yanvar 2022 (UTC)Cavabla

Silinməyə namizəd səhifələr redaktə

Salam Verman1, VP:SNS səhifəsinə namizəd təqdim edərkən bu qaydanı mütləq nəzərdən keçirin: "Silinməyə namizəd səhifələr" səhifəsinə bir gündə maksimum 3 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. 3-dən artıq məqalənin silinməsi haqqında təklif yalnız eyni tipli məqalələr haqqında ümumi qərar qəbul edildikdə mümkündür. Qaydaları yenidən pozduğunuz halda fəaliyyətiniz müəyyən müddətlik məhdudlaşdırıla bilər. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:21, 1 fevral 2022 (UTC)Cavabla

Bu qaydanın pozulmasının cəzası nədir və həmin cəza müddəti harada yazılıb? SNS-ə çıxarılası məqalələr həddən artıq çoxdur və onları araşdırıb ortalığa çıxarmağa çoxlu vaxt sərf etdiyimdən çox vaxt bu qaydanı diqqətdə saxlamaq olmur. Bu qaydanın ümumiyyətlə hansı praktiki xeyri var? Thunder Storm (müzakirə) 23:19, 1 fevral 2022 (UTC)Cavabla

Dəvət redaktə

Salam dəyərli Verman1, sizi burada olan səs verməyə dəvət edirəm. Təşəkkürlər Santorica 13:35, 5 fevral 2022 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Mənim idariçiliyimə aid burada keçirilən səsvermədə sizi iştirak etməyə dəvət edirəm.— Azerifactory (müzakirə) 20:14, 2 mart 2022 (UTC)Cavabla

Yağış redaktə

Salam. Bu məqalənin adını "serial, 2018" və ya "teleserial, 2018" olaraq dəyişdərdiz. Məqalədəki məzmun film deyil. Elonizm(?) 16:51, 4 aprel 2022 (UTC)Cavabla

SNS redaktə

Salam dəyərli həmkar. Sizi burada keçirilən SNS-ə dəvət edirəm :) Santorica 10:43, 24 aprel 2022 (UTC)Cavabla

Viktor Yusixoviç səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Viktor Yusixoviç məqaləsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunana qədər məqalə Vikipediya:Silinməyə namizəd səhifələr#Viktor Yusixoviç səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bildirə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı məqaləni redaktə edə, o cümlədən müzakirədə qaldırılan problemləri həll etmək üçün məqaləni təkmilləşdirə bilər. Bununla belə, məqalənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Azerifactory (müzakirə) 00:54, 27 aprel 2022 (UTC)Cavabla

Termonüvə reaksiyası redaktə

salam həmkar, Termonüvə reaksiyası bu məqalənin müəllifi sizsiniz. bu məqaləni yaradarkən hansı mənbələrdən istifadə etmisiniz? ilk düşüncəmə görə copy/paste-dır. çünki olduğu kimi bir neçə mənbədə nəticələr var. və bu halda bildiyiniz kimi silinməlidir. amma sizinlə dəqiqləşdirmək istədim. və bu arada məqalə tam olaraq mənbəsiz və istinadsızdır. Atakhanli (müzakirə) 23:02, 25 iyun 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Verman1.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 15:41, 4 iyul 2022 (UTC) Cavabla

On il cəmiyyətinə üzvlük dəvətnaməsi redaktə

  On il cəmiyyətinə üzvlük dəvətnaməsi
Salam, hörmətli Verman1! On il cəmiyyəti istifadəçilərin 10 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 10 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.

Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi On il cəmiyyəti}} və ya {{On il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz. Hörmətlə,— Şiroi Akuma 07:10, 25 avqust 2022 (UTC)Cavabla

Kayli Minouq redaktə

salam həmkar. bu məqalənin müəllifi Sizsiz. və ortalardan baxdım. deyəsən maşın tərcüməsi də deyil. yaxşı hazırlanıb. və məqaləni envikidən tərcümə etmisiz. həmin məqalə seçilmiş məqalə statusu alıb. istəyirsinizsə son azərbaycanca məqalənizə göz gəzdirin. seçilmiş məqalə statusu almaq üçün namizəd göstərək. fəaliyyətinizdə uğurlar. Atakhanli (müzakirə) 07:09, 15 noyabr 2022 (UTC)Cavabla

Təəssüf bu aralar Vikipediyaya ayırmaq üçün çox vaxtım yoxdur. Əgər hansısa başqa istifadəçi məqaləyə əl gəzdirmək istəsə ancaq məmnun olaram. Thunder Storm (müzakirə) 07:23, 15 noyabr 2022 (UTC)Cavabla

Patrul redaktə

Salam. 2022-ci ildən etibarən patrul hüququndan cəmi 20-30 dəfə istifadə etmisiz, may ayından etibarən isə demək olar ki, patrullamamısız. Patrul hüququndan istifadə etməyəcəksinizsə, alınması daha məqsədəuyğundur. Şiroi Akuma 07:37, 22 yanvar 2023 (UTC)Cavabla

Vikipediyada aktiv olan vaxtlarımda adətən istifadə edirəm. Patrul olub-olmamağımın elə də prinsipial fərqi yoxdur. Thunder Storm (müzakirə) 10:51, 22 yanvar 2023 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Mənim idariçiliyimə aid burada keçirilən səsvermədə sizi iştirak etməyə dəvət edirəm. Moses 15:44, 27 aprel 2023 (UTC)Cavabla

Bloklanma redaktə

Nemoralis (müzakirə) 20:35, 23 sentyabr 2023 (UTC)Cavabla

@Nemoralis Aydındır, uğurlar. Ümid edirəm qaldırdığım problemin həll olunmasında kömək ola biləcəksiniz. Belə vacib məqalə Azərbaycan dilini bilməyən biri tərəfindən (özü etiraf edib) çox bərbad şəkildə yazılıb və həqiqətən tamamilə silinərək yenidən işlənməlidir. Thunder Storm (müzakirə) 20:38, 23 sentyabr 2023 (UTC)Cavabla
Müzakirə ilə həll etməlisiniz, redaktəni geri qaytara-qaytara hara kimi gedəcəkdiniz? Nemoralis (müzakirə) 20:44, 23 sentyabr 2023 (UTC)Cavabla
@Nemoralis Müzakirəni başlatsam da, qarşı tərəf bunu tamamilə iqnor edərək redaktə müharibəsinə başlamış, hələ üstəlik də məni Vandalizmdə ittiham etməyə başlamışdı. Haqsız yerə vandalizmdə ittiham etməyə görə də cəza verilir bildiyimə görə. Thunder Storm (müzakirə) 20:47, 23 sentyabr 2023 (UTC)Cavabla
Qarşı tərəf başlatsa da problem ordadır ki siz onun başlatdığı müharibəyə cavab vermisiniz. VP:3GQ hərkəsə tətbiq olunur. Nemoralis (müzakirə) 20:49, 23 sentyabr 2023 (UTC)Cavabla

@White Demon, @Atakhanli bloklandığım üçün burada cavab verirəm. Buyurun baxın məqalələrə:

İsrail ordusu da Azərbaycan ordusunu keçirdiyi əməliyyat kimi çoxlu əməliyyatlar keçirib. Hər əməliyyata da onlarla ölkə reaksiya verir. Əgər bütün ölkələrin reaksiyaları məqalələrə doldurulsa bu məqalələr də sözügedən məqalə kimi oxunaqsız hala düşərdi. Əgər dəxlisiz ölkələrin reaksiyalarını məqalədə yazmaq mütləqdirsə onda bunu ayrıca məqalə açıb orada yazmaq lazımdır, Belarus etirazları və İkinci Qarabağ müharibəsində olduğu kimi. — Thunder Storm (müzakirə) 20:59, 23 sentyabr 2023 (UTC)Cavabla

bəy, hamısı yerləşdirilsin, sonra görsək ki, həqiqətən də çox böyük oldu, onda ayrıca məqalə yaradarıq. əsas ölkələri həmin başlıq altında verərik, əsas məqalə kimi də onu göstərərik. amma redaktəni geri qaytarmaq düzgün deyil, özünüz də bilirsiniz. çünki redaktədə fakt yanlışlıq yoxdur. Atakhanli (müzakirə) 21:12, 23 sentyabr 2023 (UTC)Cavabla
@Atakhanli Hamısı yerləşdirilsin tarixini kim və necə təyin edəcək? Mən göstərdiyim məqalələrdə olduğu kimi dəxlisiz ölkələrin reaksiyalarının silinməsinin tərəfdarıyam. Əksər hərbi əməliyyat məqalələri Vikipediyada bu cür yazılır. Yox əgər dəxlisiz ölkələrin reaksiyalarının qalmasını istəyirsizsə o zaman ayrıca məqaləyə köçürün, etiraz etmirəm. İndiki halda hərbi əməliyyata dair məqalənin yarıdan çoxunu dəxlisiz ölkələrin və təşkilatların reaksiyaları tutub. Bu absurddur. Thunder Storm (müzakirə) 21:16, 23 sentyabr 2023 (UTC)Cavabla

Əhməd Əhmədov (qatil) səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Əhməd Əhmədov (qatil) səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Əhməd Əhmədov (qatil) səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

✡ Redivy ✡ (müzakirə) 23:28, 18 fevral 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Verman1. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə11:41, 13 mart 2024 (UTC)Cavabla

Günəşlidəki rus kilsəsi redaktə

Salam. Günəşli (Cəlilabad) məqaləsinə etdiyiniz əlavəyə görə yazıram. Həmin kilsənin dəqiq yerini bilmirsiniz? Koordinatları lazımdır, burada şəkilləri var, reyestrə də 4178 nömrəsi ilə əlavə olunub. Nemoralis (müzakirə) 11:31, 28 mart 2024 (UTC)Cavabla

Salam. Təəssüf ki, dəqiq məlumatım yoxdur. Google Maps ilə təxminən bura olduğunu zənn edirəm (https://www.google.com/maps/@39.2898249,48.5644455,221m/data=!3m1!1e3?entry=ttu) Thunder Storm (müzakirə) 12:35, 28 mart 2024 (UTC)Cavabla

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023