İstifadəçi müzakirəsi:Vusal1981/2010-May Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Vusal1981/2010-May Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Vusal1981/2010-May

Bu məqalədə Məlik Dadaşovun ölüm tarixi 1995 il kimi göstərilib. Ancaq aktyor deyəsən 2000-ci illərdə də filmlərdə çəkilib. Bu nə məsələdi? --Interfase 19:15, 13 May 2010 (UTC)

Bir də siz mənə Axırınxı Aşırım film haqqında informasiya tapa bilməzsiz? Filmin çəkilişləri haqqında, müxtəlif illərin tənqidləri, film haqqinda məqalələr və s. Məqaləni böyüdərdim. --Interfase 19:15, 13 May 2010 (UTC)


Əleykümə salam. 195 yox 1996-cı ildə vəfat edib. Sadəcə bəzi filmlər maddi çatışmazlıq səbəbilə gec tamamlanmışdır. Belə filmlər Güllələnmə Təxirə Salınır (1993-2001) və Hacı Qaradır (1993-2002). Ona görə bu filmlərdə aktyoru başqaları səsləndirir. Ancaq aktyorun çəkildiyi ən son film Xalqlar Dostluğu Muzeyidir-1997.

Axırıncı Aşırım barədə əlimdə nə məlumat varsa burada yerləşdirirəm. Yəni kinomuz barədə. Yeni məlumat, kitab isə hələ ki, çıxmayıb. Uğur olsun!

--Vüsal Ağayev 00:29, 14 May 2010 (UTC)

Svetlana Qasımova məqaləsi haqqında redaktə

Görkəmli dövlət xadimi,dəyərli Azərbaycan ziyalısı Svetlana xanım Qasımova haqqında məqalə yaratdığınıza görə Sizə təşəkkür edirəm.Mən onu şəxsən tanıyırdım və vəfatından bir gün əvvəl onunla söhbət etmişdim.Çox gözəl insan idi. Hörmətlə--Acategory 18:30, 20 May 2010 (UTC)

Salam. Minnətdaram. Ancaq bu təşəkkür mənə düşmür. Mən sadəcə məqalənin adını dəyişmişəm. Çünki eyniadlı kino işçisi də var. Fərqləndirmək üçün məqaləni yeni ada köçürdüm. Yenə də sağ olun. Uğur olsun!

--Vüsal Ağayev 23:15, 20 May 2010 (UTC)

Ogg fayllar redaktə

Salam. İstifadəsiz ogg fayları silək? Sayı həddən artıq çoxdur - 5-dən çox. Yoxsa sənə lazım olanları var içində, özün onları seçib lazım olmayanlara "sil" şablonu qoyasan? Hörmətlə:--Sortilegus 21:31, 21 May 2010 (UTC)

Salam. Eziyyet deyilse hamisi silinmelidir. Teshekkur!

--Vüsal Ağayev 21:51, 21 May 2010 (UTC)

Bu siyahıda AzVikinin təmsilçisini görmək çox xoşdur! -- Cekli829 13:02, 27 may 2010 (Cek vaxtı ilə)

Xoş günün olsun. :) Ogg faylların silinməsində Sortilegusa yardımına görə də təşəkkürlər. Uğur olsun!

--Vüsal Ağayev 12:02, 27 May 2010 (UTC)

"Vusal1981/2010-May" istifadəçi səhifəsinə qayıt.

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024