İstiqlal (snayper tüfəngi) Haqqinda Melumat - Vikipedia

İstiqlal (snayper tüfəngi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstiqlal (snayper tüfəngi)

Azərbaycan istehsalı olan snayper tüfəngi

İstiqlal (İST-14,5 Anti-Materiel Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır.

İstiqlal
"İST-14,5 Anti-Materiel Rifle"
"İST-14,5 Anti-Materiel Rifle"
Tipi Snayper tüfəngi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2008-bu günə qədər
İstismara başlanması 2008
İstismar edənlər
İstehsal tarixçəsi
İstehsalçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
İstehsal illəri 2008
Xüsusiyyətləri
Ağırlığı 33.8 kg
28 kg (yeni versiya) 19 kg (ən yeni versiya)
Uzunluğu 2256 mm
1300 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub.[1]

"İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.[2]

Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıb[3]

Hazırda "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanır [4]

Taktiki-texniki xüsusiyyətləri redaktə

Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDBNATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.

Çəkisi 54 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.

Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron və dolu darağın çəkisi 2kq-dır. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.

İstifadə edən ölkələr redaktə

 

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 170 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023