İtaliya himni Haqqinda Melumat - Vikipedia

İtaliya himni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İtaliya himni — bayrağı və gerbi ilə birlikdə İtaliyanın əsas dövlət rəmzlərindən biridir. İtalyanca adı "Inno di Mameli" olaraq adlanır. Müəllifin adına görə himnin adı belə adlandırılmışdır. Himnin mətnini 1847-ci ilin payızında Qoffredo Mameli, musiqisini isə bir qədər sonra Mişel Novaro yazıb. “İtalyanların mahnısı” de-yure şəklində yalnız 15 noyabr 2017-ci ildə dövlət himni oldu.[1]

İtaliya himni
Təsdiqi 1847
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Himnin digər variantları redaktə

1861-ci ildən 1946-cı ilə qədər İtaliya Krallığının himni Kral Yürüşü idi (İtalyanca: Marcia Reale d'Ordinanza). Lakin İtaliyada monarxiyanın ləğvi, həmçinin ölkənin faşist keçmişi ilə bağlı olması səbəbindən ləğv edildi. "İtaliya Qardaşları" 1946-cı ildən faktiki olaraq dövlət himninə çevrilib.[2] 1990-cı illərdə bu himnin başqa, daha uyğun olanı ilə əvəz edilməsi ilə bağlı müzakirələr gedirdi. Bu himn, bir qrup insanların fikrincə, Cüzeppe Verdinin musiqisinə verilmiş Va pensiero himni idi. Himni dəstəkləyənlər altmış illik tarixi olan himni dəyişdirməyin mənasız olduğunu müdafiə etdilər.[3]Referendumun nəticələrinə görə, Fratelli d’İtalia de-fakto İtaliyanın dövlət himni olaraq qalıb. 2006-cı ildə İtaliya Senatının konstitusiya komissiyası Fratelli d'Italia-nın mətninin və musiqisinin dövlət himni kimi qəbul edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə etdi və elə həmin ildə İtaliya Konstitusiyasının 12-ci maddəsinə yeni bənd əlavə edilsin: “Respublikanın himni “İtaliya qardaşlarıdır”. [4] 2012-ci ilin iyununda məktəblərdə “İtaliya Qardaşları” mətninin dövlət himni kimi tədris olunmasını tələb edən qanun layihəsi təsdiq edildi.[5]

İstinadlar redaktə

  1. "У Италии впервые за 60 лет появился официальный гимн" (rus). Ведомости. 2017-11-16. 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  2. "Italy – Il Canto degli Italiani/Fratelli d'Italia". NationalAnthems.me. 19 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2011.
  3. "L'Inno nazionale" [The National Hymn]. Presidenza Della Republica [Presidency of the Republic]. Government of Italy. 2016-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2013.
  4. "Mameli, l'inno e il tricolore" (italyan). 1 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.
  5. "Inno di Mameli – Il canto degli Italiani: testo, analisi e storia". labandadeisei.it. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2013.


Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024