İtikənarlı süsən Haqqinda Melumat - Vikipedia

İtikənarlı süsən Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İtikənarlı süsən

İtikənarlı süsən (lat. Iris acutiloba)[1], süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Nadir məhdud areallı Qafqaz endemidir.

İtikənarlı süsən
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İtikənarlı süsən
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[2]

Regional IUCN Status — EN B2ab(iii)c(v) .

Qısa morfoloji təsviri redaktə

Çoxillik ot bitkisidir. Gövdə 4–12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1–3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu bir qədər yumurtalıqdan qısadır, çiçəkyanlığı qıfşəkilli, 5–7 sm uzunluğunda, xarici tərəfdəki 4–5 sm uzunluqda, uzunsov – lansetvari və ya uzunsov xətvari, təpə hissədən daralmış küt, bəzən oyuq olur. Tozcuqlar sarımtıl, sütuncuğun kənarları, çiçəkyanlığının xarici qısadır, tünd – yaşılımtıldır. Qutucuq 3–5 sm uzunluğunda, ellipsivari – üçtillidir[3][4] .

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir. Kserofit, duzlaşmaya davamlı bitkidir. Kökümsovvə toxum vasitəsilə çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Quru qumlu, gilli və daşlı yamaclarda dənizkənarı qumluqlarda bitir. Düzənliklərdə və aşağı dağ qurşağında yayılmışdır[3][4][5]. Dekorativ bitkidir[6]

Yayılması redaktə

Qobustan, Abşeron (Semet zavodunun arxası, Qaradağ Neft Terminalına yaxın Otman-Bozdağın ətəkləri, Mərdəkan, Şüvəlan, Nasosnı qəsəbələri, Giləzi, Zığ kəndləri, Yasamal vadisi, Qobustandakı qoruq sahəsinin ətrafı.), Böyük Qafqazın Quba sahəsi, Xəzər sahili ovalığı (Xızı rayonu, Giləzi kəndi ətrafında) və Kür –Araz ovalıqları[3][4][6][7][8][9]. Yardımlı rayonu (Dağüzü kəndi), Şuşa rayonu (Topxana). Azərbaycandan kənarda – Dağıstanda yayılıb.

Sayı və tendensiyası redaktə

Populyasiyaları (30%) azalmaqdadır. Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur[9].

Məhdudlaşdırıcı amillər redaktə

Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi intensiv toplanması, arellarının sənaye mərkəzlərinə yaxın olması, yeni tikintilər və mühəndis qurğuları vasitəsilə areallarından sıxışdırılaraq məhv olunmaları).

Mühafizə tədbirləri redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi yeni yayılma yerlərinin axtarılması təklif olunur[4].

Çoxalması redaktə

Toxumla və vegetativ yolla çoxalır.

Sahənin otarılması, həvəskarlar tərəfindən toplanması bitkinin azalmasına səbəb olub.

Həvəskarlar tərəfindən becərilir. Azərbaycan Botanika İnstitutunun botanika bağında əkilir. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=%C4%B0tik%C9%99narl%C4%B1%20s%C3%BCs%C9%99n[ölü keçid]
  3. 3,0 3,1 3,2 1.Карягин И.И., 1952
  4. 4,0 4,1 4,2 4,3 2. Флора Азербайджана, 1952
  5. 3. Ахундов Ф.Г., 1972
  6. 6,0 6,1 5. Ибадлы О.В. 2005
  7. 4. . Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  8. 6. Мехтиева Н. П., 2006
  9. 9,0 9,1 8. Schtaz G., Shulkina T., Solomon J., 2013.

Həmçinin bax redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023