İvan Franko adına Lvov Milli Universiteti Haqqinda Melumat - Vikipedia

İvan Franko adına Lvov Milli Universiteti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İvan Franko adına Lvov Milli Universiteti

İvan Franko adına Lvov Milli Universiteti (ukr. Львівський національний університет імені Івана Франка) — Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Əvvəlcə universitet Yan Kazimirin adını daşıyırdı və Polşaya, sonra Avstriya-Macarıstana məxsus idi və artıq 1939-cu ildən isə Ukraynanın universiteti oldu.

İvan Franko adına Lvov Milli Universiteti
ЛНУ ім. І. Франка
Львівський національний університет імені Івана Франка
Universitetin baş korpusu
Universitetin baş korpusu
Xəritə
49°50′25″ şm. e. 24°01′20″ ş. u.
Şüar Раtriаe dесоri сіvibus еducаndis
Əsası qoyulub 1661
Rektor Volodımır Melnık
Tələbə sayı 11649
Şəhər Lvov
Ölkə
Ünvan Univesitetska küç. 1, Lvov, 79000, Ukrayna
Sayt lnu.edu.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1661-ci ilin 20 yanvarı Lvov Universitetinin yaranma tarixi hesab edilir. Bu gündə kral Yan ІІ Kazimir fərmanı dərc etdi, hansına ki uyğun olaraq, 1608-ci ildə yaradılmış yezuit kollegiyasına akademiya və "universitet titulu" statusu verilmişdir. Akademiyanın və universitetin hüquqlarının formal təsdiqi 1758-1759-cu illərdə baş vermişdir.

Lvov universitetinin Universitet küçəsində yerləşən əsas korpusunun indiki binası 1877-1881-ci illərdə memar Yu. Qoxberqerin rəhbərliyi altında tikilmişdir. Əvvəlcə binada Qalitsiyanın və Lodomeriyanın Ölkə seymi yerləşirdi. Əsas korpusun fasadı sütunlu böyük portiklə və lociya ilə bəzənmişdir. Girişdə heykəltaraşlıq alleqorik "İş" və "Təhsil" qrupları, çardağında isə "Qalitsiya, Visla və Dnestr" qrupları yerləşdirilmişdir. İşlər heykəltaraş T. Riqer tərəfindən yerinə yetirilmişdir. 1920-ci ildə bu bina Yan Kazimirin Lvov universitetinə verilmişdir.

2011-ci ilin məlumatına görə Universitetdə gündüz formasında 11 649 tələbə, həmçinin 2980 təhsil xərclərinin tam kompensasiyası şərtlərində, təhsil alırdı. Qiyabi formada 3680 tələbə, onlardan 2543 tələbə pullu əsasda, oxuyurdu.

Fakültələr və ixtisaslar redaktə

Universitetdə təhsilin tam kursu 5 il təşkil edir. Ümumilikdə universitetdə 112 kafedra işləyir, hansılardan ki, dördü 2001-ci ildə açılmışdır. Aspirantura elmi kadrların hazırlığının əsas formasıdır ki, humanitar və təbii profillərin 89 ixsisası üzrə mütəxəssisləri hazırlayır. Bu gün Lvov Universitetində tələbələrin hazırlığı belə fakültələrdə həyata keçirilir:

  • Biologiya
  • Coğrafiya
  • Geologiya
  • İqtisadiyyat
  • Elektronika
  • Universitetə qədər hazırlıq
  • Jurnalistika
  • Xarici dillər
  • Tarix
  • Mədəniyyət və incəsənət
  • Beynəlxalq münasibətlər
  • Mexaniki-riyaziyyat
  • Tətbiqi riyaziyyat və informatika
  • Fizika
  • Filologiya
  • Fəlsəfə
  • Kimya
  • Hüquq

Reytinq redaktə

2008-ci ildə Ukrayna sahibkarlarının qiymətləri üzrə Lvov milli universiteti dördüncü yeri tutdu. 2012-ci ildə "Webometrics" dünya universitetlərinin reytinqində o Ukrayna Milli texniki universitetindən "Kiyev politexnik institutu", Taras Şevçenko adına Kiyev milli universitetindən, Milli aviasiya universitetindən və Draqomanov adına Milli pedaqoji universitindən geri qalaraq 2105-ci yeri tutdu və Ukrayna ali məktəbləri arasında altıncı nəticəni göstərdi.

Xarici keçidlər redaktə

  • lnu.edu.ua — İvan Franko adına Lvov Milli Universitetinin rəsmi saytı

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024