İvan Serov Haqqinda Melumat - Vikipedia

İvan Serov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905, Voloqda1 iyul 1990[1], Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov MərkəziŞərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır.[2]

İvan Serov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Voloqda quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti rus
Qoşun növü Qızıl Ordu
Rütbəsi Ordu generalı
Komandanlıq edib
Döyüşlər İkinci dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeniSuvorov ordeni "Leninqradın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır.

Erkən yaşları və hərbi karyerası redaktə

Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur.[3] Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur.[4] Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir.[5] Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.

İkinci dünya müharibəsində iştirakı redaktə

Serov 1939-cu ildə NKVD-nin Ukrayna Komissarlığında fəaliyyətə başlamış və İkinci dünya müharibəsi zamanı Sovet gizli polisinin tərkibində çox vacib rol oynamış, 1941-ci ildə çeçenlərin və Baltik dövlətlərində yaşayan yerli əhalinin deportasiya olunmasında iştirak etmişdir.

1939-cu ildən 1941-ci ilə qədər NKVD-nin Ukrayna Komissarlığında işləyən Serov, İngiltərənin "Time" jurnalı tərəfindən Ukraynada yüz minlərlə insanın ölümünün əsas səbəbkarı kimi təqdim olunmuşdur.[6] Serov Ukraynada özünü "Ukraynanın cəlladı" adlandıran Nikita Xruşşovla birlikdə işləmişdir.[7]

O, həmçinin Baltik dövlətləri və Polşadan əhalinin deportasiya olunmasının koordinasiya məsələlərinə cavabdeh olmuş, Katın qırğını zamanı isə bu qırğında iştirak etmiş yüksək rütbəli şəxslər sırasında olmuşdur.[8]

1941-ci ildə bütün NKVD üzrə komissar müavini vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə olarkən Beriyanın rəhbərliyi altında Qafqaz əhalisinin deportasiya olunması və krım tatarlarının Krım yarımadasından qovulmasında da iştirak etmişdir.

Serov 1956-cı ilə qədər Polşa İctimai Təhlükəsizlik Nazirliyində əsas Sovet məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Iwan A. Serow // Munzinger Personen (alm.).
  2. Erwin A Schmidl, Laszlo Ritter, Peter Dennis, The Hungarian Revolution 1956, 2006
  3. "Arxivlənmiş surət". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.
  4. Jeanne Vronskaya, Vladimir Chuguev, A biographical dictionary of the Soviet Union 1917-1988, 1989
  5. H.W. Wilson Company, Current biography yearbook, vol 17, 1957
  6. "The Shadow of Ivan Serov" Arxivləşdirilib 2013-08-24 at the Wayback Machine: Time, 3 dekabr 1956.
  7. "BBC h2g2: The Union of Soviet Socialist Republics". 2011-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.
  8. "Dropping the Cop" Arxivləşdirilib 2013-07-18 at the Wayback Machine: Time, 22 dekabr 1958.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:Opinion_of_Lord_Moncreiff_in_conjoined_susprusion_and_declarator_betweru_the_University_of_Glas Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_restriction_in_the_United_States_-_from_the_ Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Inruoduction_to_Natural_Philosophy_and_Chemisruy,_i Fayl:Elemtrt_of_Scitrce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_ruansmitting_sundry_statemtrts_relative_to_the Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_contracting_and_logistics_support_during_the_firs Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_transmitting_sundry_statemtrts_relative_to_the Fayl:Message_from_the_Presidrut_of_the_United_States,_ruansmitting_sundry_statemruts_relative_to_the Fayl:Message_from_the_President_of_the_United_States,_enansmitting_sundry_statements_relative_to_the Con_Yakob_Astor Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_conenacting_and_logistics_support_during_the_firs Fayl:Development_and_operations_of_the_Soil_Conservation_Service_(IA_CAT10850078).pdf Jozef_Bum List of abunas of Ethiopia Fayl:An_analysis_of_student_perceptions_concerning_insazuctor_effectiveness_at_the_Naval_Postgraduat Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i Fayl:A_survey_of_selected_officer_retrution_and_grade-sttrcture_studies_(IA_surveyofselected00cris). Fayl:The_Childrtr's_Health_and_Medicare_Protection_Act_of_2007_-_section-by-section_analysis_-_prepa xeberveten-muharibesi-qazisinden-icraya-cavab-deyirsiniz-ki-evinizde-olmusam-sen-menim-evimi-taniyi
Dostlarınla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024