İvlin Vo Haqqinda Melumat - Vikipedia

İvlin Vo Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, Londonö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır.[1]

İvlin Vo
ing. Evelyn Waugh
İvlin Vo
İvlin Vo
Doğum tarixi
Doğum yeri London, İngiltərə, Böyük Britaniya.
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Komb Flori, Somerset, İngiltərə, Böyük Britaniya
Vəfat səbəbi ürək tutması
Milliyyəti İngilis
Həyat yoldaşları
  • İvlin Qardner (1929–1930, ləğv edilib 1936)
  • Laura Herbert (1937–1966; onun ölümünə kimi)
Uşağı 7
Təhsili Lansinq kolleci, Hertford kolleci, Oksford
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 1923-1964
Əsərlərinin dili ingilis dili
Janrlar Roman, tərcümeyi-hal, qısa hekayə, autobioqrafiya, satira, yumor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb. Gənc yaşlarında şəhərin məşhur aristokratları ilə dostluq edib. 1930-cu illərdə qəzet müxbiri kimi tez-tez səyahətlər edib. 1935-ci ildə İtaliyanın Efiopiyanı işğal etdiyi dövrdə orada jurnalist kimi fəaliyyət göstərmişdi. İkinci dünya müharibəsi illərində (1939-1945) Britaniya ordusunda əvvəlcə hərbi dəniz, daha sonra isə quru qoşunlarında xidmət etmişdir. O, bədii əsərlərində gündəlik həyatda qarşılaşdığı hadisələrin və insanların yumoristik cəhətlərini təsvir edirdi. Vo 1950-ci illərdə əziyyət çəkdiyi sinir pozğunluğunu da öz əsərlərində təsvir etmişdir.

İlk nikahı uğursuzluqla başa çatdıqdan sonra 1930-cu ildə katolik məzhəbinə qulluq etməyə başlayır. Ənənəvi mövqeyinə sadiq qalaraq kilsədə aparılan bütün islahatlara qarşı çıxır. İkinci Vatikan Şurasının islahatları, xüsusilə də, kilsə mərasimlərinin dəyişilməsi onu daha çox narahat edirdi. Bütün bunların hamısı onun dini ənənələrinə qarşı çıxırdı və müharibədən sonrakı illərdə dövlətlərin mədəni səviyyəsi və öz sağlamlığında olan problemlər fəaliyyətinə təsir etdi, lakin o, yenə də yazmağa davam edirdi. Vo cəmiyyət arasında özünü laqeyd bir insan kimi nümayiş etdirsə də, öz dostlarına qarşı son dərəcədə mehriban və qayğıkeş münasibət göstərirdi. 1966-cı ildə ölümündən sonra əsərlərinin süjet xətti əsasında çəkilən film və televiziya proqramları sayəsində yeni oxucu kütləsi əldə etdi. Bunlardan biri də "Braydşedə qayıdış" əsəridir.

Ailəsi redaktə

 
Henri Kokbern, şotlandiyalı hakim, Vonun ulu babalarından biridir.

Artur İvlin Con Vo 1903-cü ildə Artur Vo və Katerina Şarlotta Rabanın ailəsində doğulmuşdur. Ailənin kökləri ingilislərə, şotlandlara, uelslilərə, irlandlara və hugenotlara gedib çıxır. Tanınmış şotlandiyalı vəkil və hakim Lord Kokbern (1779-1854), 56 il Ədalətli Həyat Güvənlik Cəmiyyətində (ing. The Equitable Life Assurance Society) çalışan və aktuar elminin qabaqcıllarından olan Vilyam Morqan (1750-1833) və təbiət elmləri üzrə alim Filip Henri Qose (1810-1888) kimi bir sıra görkəmli şəxslər də bu ailənin üzvü olmuşdur.[2] Ailənin qədim nümayəndələrindən biri olan Aleksandr Vo (1754-1827) Şotlandiya kilsəsində tanınmış din xadimi idi və London Missioner Cəmiyyətinin yaranmasına yardım etmişdir. O, həmçinin, öz dövrünün tanınmış Nonkonformist təbliğatçılarından biri idi.[3] Nəvəsi Aleksandr Vo (1840-1906) cərrah kimi fəaliyyət göstərirdi və öz həyat yoldaşı və uşaqlarına qarşı kifayət qədər sərt rəftar edirdi. Buna görə də onu “amansız” bir insan kimi tanıyırdılar. Böyük oğlan övladı olan Artur Vo 1866-cı ildə doğulmuşdur.[4]

Şerborn məktəbində və Oksforddakı Yeni kollecdə təhsil aldıqdan sonra Artur Vo naşir və ədəbi tənqidçi kimi karyerasına başladı. 1902-ci ildə Çarlz Dikkensin əsərlərinin nəşr olunduğu Chapman and Hall nəşriyyatının idarəedici direktoru olmuşdur.[5] 1893-cü ildə Katerina Raban (1870-1954)[6] ilə ailə həyatı qurmuşdur; onların ilk oğlan övladı Aleksandr Raban Vo (həmçinin Alek Vo kimi tanınırdı) 1898-ci ilin iyul ayının 8-də anadan olmuşdur. Alek Vo daha sonralar roman yazmağa başlamışdır.[7]  Onun doğulduğu zaman ailəsi Londonun şimalında Hillfild Rodda Vest Hampstiddə yaşayırdı. 1903-cü il oktyabr ayının 28-də onların ikinci oğlan övladı dünyaya gəldi.[8] 1904-cü il yanvar ayının 7-də uşaq Artur İvlin Con Vo adlandırıldı, lakin öz ailəsində və yaxın ətrafında həmişə İvlin kimi tanınırdı.[9]

Uşaqlıq illəri redaktə

Qolders Qrin və Het Mont redaktə

1907-ci ildə Vonun ailəsi Hillfild Rodu tərk edərək Arturun Qolders Qrinə yaxın ərazidə inşa etdiyi evə köçürlər.[10] Qolders Qrin südçülük təsərrüfatı, bazar meydançalarının olduğu bir ərazi idi.[11] İvlin ilk təhsilini evdə anasından almışdır, onun anası ilə çox yaxın münasibəti var idi; atası Artur Vo ilə münasibətləri tamamilə fərqli idi, o, daha çox öz böyük oğlu ilə münasibət qururdu, buna görə də İvlin özünü atılmış kimi hiss edirdi.[12][13] 1910-cu il sentyabr ayının 10-da İvlin Het Mont hazırlıq məktəbinin şagirdi oldu.[14] O vaxtdan etibarən, yazıçılığa maraq göstərməyə başladı; “At yarışının lənəti” adlı ilk hekayəsinə də burada yazmağa başlamış və tamamlamışdır. Vo uşaqlığının altı ilini Het Mont məktəbində keçirmişdir; öz düşüncələrinə görə o, dərslərinin öhdəsindən gəlməyi bacaran “olduqca ağıllı balaca oğlan” idi.[15] Fiziki cəhətdən dava etməyə meyilli olan İvlin özündən zəif oğlan uşaqlarına sataşmağı xoşlayırdı; onun qurbanları arasında gələcəyin fotoqrafı olan Sesil Biton da var idi, onun sözlərinə görə bu hadisələri heç vaxt unutmayacaqdı.[14][16]

Məktəbdən kənarda, İvlin və qonşuluqdakı digər uşaqlar onun yazdığı kiçik hekayələri canlandıraraq müxtəlif oyunlar oynayırdılar.[17] Almanların Britaniyanı işğal etməyə hazırlaşdıqları bir vaxtda ksenofobiyanın təsirləri altında Vo öz dostlarını “Avtomat qoşunları” qrupunda bölürdü, onlar özlərinə qala inşa etmişdilər. Qalanın ətrafında manevrlər edirdilər və özlərinin geyim formaları vardı.[18] 1914-cü ildə Birinci dünya müharibəsi başladıqdan sonra Vo və Het Mont məktəbinin oğlanlardan ibarət əsgər qruplarından olan digər uşaqlar müharibə ofisində poçtalyon kimi işləyirdilər; İvlin Lord Kitçeneri görmək ümidi ilə müharibə ofisinə qoşulmaq üçün çalışırdı, lakin heç vaxt bu ofisə qoşulmadı.[19]

Onlar ailəvi olaraq tətillərini Midsomer Nortonda Vonun xalalarıgildə neft lampaları ilə işıqlandırılan evlərdə keçirirdilər, Vo uzun illər sonra həmin günləri çox böyük zövqlə xatırlayırdı.[20] Midsomer Nortonda qalarkən Vo anqlikan kilsələrinin ritualları ilə dərindən maraqlanırdı, daha sonra isə bu onun həyatının bütün mərhələlərinə təsir etdi və o, sonralar yerli anqlikan kilsəsində ministrant kimi fəaliyyət göstərdi.[20] Het mont məktəbində oxuduğu son il ərzində Vo Cynic adlı məktəb jurnalını hazırlamış və redaktə etmişdi.[14]

Lansinq redaktə

 
Lansinq kolleci kapellası

Əvvəllər atası kimi Alek Vo Şerbornda məktəbə getdi və ailəsi fikirləşirdi ki, sonralar İvlin də bu məktəbdə təhsilini davam etdirə bilər, lakin 1915-ci ildə homoseksual münasibətlər ilə bağlı məsələ gündəmə gəldikdən sonra Alekə məktəbi tərk etmək tapşırıldı. Alek zabit kimi hərbi təhsil almaq üçün Şerborndan getdi və komissiyanın təsdiqini gözləyərkən məktəb həyatı haqqında olan “Gəncliyin tutğunluğu” (1917) adlı əsərini yazdı, əsərdə Şerbornda bir məktəbdə homoseksual dostluq münasibətlərindən bəhs edilir. Alekin romanının səbəb olduğu ictimai sensasiyalar məktəbdə narahatlıq doğurdu və bu İvlinin məktəbə getməsinə mane oldu. Vo 1917-ci ilin may ayında Lansinqdə bir kollecə göndərildi, onun fikrincə, bu aşağı səviyyəli bir məktəb idi.[19]

Vo sonunda Lansinqə qarşı ürəyindəki nifrəti özündən uzaqlaşdıraraq orada məskunlaşdı və burada fəaliyyət göstərməyə və şöhrət qazanmağa başladı.[21] 1917-ci ilin noyabr ayında onun “Kubizmin müdafiəsi” adlı məqaləsi "Rəsm və dizayn" incəsənət jurnalında qəbul edilmiş və nəşr olunmuşdur; bu onun ilk nəşr məqaləsi idi.[22] Məktəbin daxilində o, təxribatçılıqla məşğul olmağa başladı, məktəbin kadet korpusunu istehza edirdi.[23][24] Müharibənin sonunda məktəbə geri dönən gənc müəllimlərdən biri olan JF Roksbörq Vonu yazıçılıqla məşğul olmağa və özünə böyük gələcək qurmağa sövq etdi.[25][26] Digər bir mentor Frankis Kris Voya xəttatlıq və dekorativ dizayn sənətlərini öyrətdi; gənc oğlanın əsərlərinin bəziləri Chapman və Hall nəşriyyatı tərəfindən kitabların üz qabıqlarında istifadə edilirdi.[27]

Lansinqdə oxuduğu sonrakı illərində Vo bir evin kapitanı, məktəb jurnalının redaktoru və müzakirə olunan cəmiyyətin başçısı kimi uğur qazanmış və çoxsaylı sənət və ədəbiyyat mükafatları qazanmışdı.[23] O, həmçinin, bir sıra dini inanclara qarşı çıxırdı.[28] Məktəbdə olduğu illərdə adsız bir roman yazmağa başladı, lakin 5000 sözü tamamladıqdan sonra romanı yazmaqdan imtina etdi.[29] Oksfordda Hertford Kollecində Müasir Tarix fənnini oxumaq üçün təqaüd qazanaraq məktəb təhsilini başa vurdu və 1921-ci ilin dekabrında Lansinqi tərk etdi.[30]

Oksford redaktə

 
Hertford kolleci, Oksford

Vo Oksforda 1922-ci ilin yanvar ayında gəldi. O, tezliklə Lansinqdəki köhnə dostlarına yeni həyatının maraqlı tərəfləri haqqında yazırdı; Tom Driberqə məlumat verdi: “Mən burada heç bir iş görmürəm və bundan sonra heç vaxt Kapellaya geri dönmərəm”.[31] İlk iki semestr ərzində o, konvesiyanı təqib etdi; siqaret çəkdi, velosiped aldı və Oksford İttifaqında "Bu Ev qadağaları qəbul edəcək" düşüncəsinə qarşı çıxdı.[32] Vo Oksford jurnalları, Çervel və İsis üçün vahid müzakirələr haqqında yazdı və İsis üçün film tənqidçisi kimi çıxış etdi.[33][34] Həmçinin Hertford kollecinin müzakirə cəmiyyətinin katibi oldu. Bütün bunlar haqqında Driberqə məlumat verirdi.[35] Vo təqaüdünü gələcək akademik müvəffəqiyyətləri üçün o qədər də önəmli hesab etməsə də, vacib bir ön imtahan olan "Tarixin keçmişi" fənninin ilk iki semesterində kifayət qədər əziyyət çəkərək uğurlu nəticələr göstərdi.[36]

Oksforda 1922-ci ilin oktyabr ayında gəldi və Etonians Harold Akton və Brian Hovard Vonun Oksford həyatını dəyişdirdi. Akton və Hovard tezliklə Hipokratın klubu adlanan avant-grand dairəsinin (Vo klubun katibi idi) mərkəzinə çevrildilər,[37] onların bədii, sosial və homoseksual dəyərləri Vonu özünə cəlb etmişdi,[38] o, daha sonralar bu sözləri yazırdı: “O, mənim Oksford həyatımın möhürlənmiş hissəsi idi”.[39] O, içkiyə aludə oldu və ard-arda bir sıra homoseksual sevgi münasibətlərinə başladı, Riçard Pares və Alastair Qraham ilə daha möhkəm sevgi münasibətləri yaşamışdı.[23][40] O, universitet jurnalları üçün rəylər və qısa hekəyələr yazmağa davam edirdi və istedadlı bir qrafik rəssam kimi tanınmağa başladı, lakin formal araşdırmalarını dayandırmalı oldu.[23] Bu laqeydlik Vo və Hertford kollecinin dekanı olan tarix müəllimi Krutvel arasında problemlərin yaranmasına gətirib çıxardı. Krutvel ona öz həyat tərzini dəyişərək kollecə laqeyd qalmamağı məsləhət gördüyü zaman özünün də sonralar etiraf etdiyi kimi verdiyi axmaq cavab[41] ikisi arasında münasibətləri daha da pişləşdirdi.[42] Vo Oksfordda oxuyun qutardıqdan sonra belə Krutvel ilə düşmənçilik münasibətlərini davam etdirirdi və ilk vaxtlarda yazdığı romanlarında Krutvelin adını istifadə edərək gülünc və qüsurlu personajları yaradırdı..[43]

Vonun səfil həyat tərzi 1924-cü ildə Oksfordda oxuduğu son ildə də davam edirdi. Həmin ildə Lansinqdəki dostu Dadli Kareyə yazdığı bir məktubunda emosional təzyiqlərə məruz qaldığını görmək olar: “Son üç həftədir ki, həyatım olduqca çətindir. Son iki həftədə mən az qala dəli olmuşdum... Bəlkə bir neçə gün baş verən bəzi hadisələr haqqında sizə danışaram”.[44] 1924-cü ildə yay imtahanlarını keçmək üçün çox çalışmalı oldu. Lakin Hertfordda 1921-22-ci akademik il ərzində ikinci semestr imtahanlarını başa vurduğu üçün universitetdə tələb olunan doqquz imtahan yerinə səkkiz fənndən imtahan verməli oldu. Onun aşağı nəticələri universitetdən aldığı təqaüdünün itirilməsinə gətirib çıxardı və beləcə final imtahanları üçün Oksforda qayıtması mümkün olmadı və dərəcəsini ala bilmədi.[45]

Evə geri dönərkən Vo “Samanlıqda məbəd” romanını yazmağa başladı və yoldaşları ilə bir hissəsi Anderhil bağlarında nümayiş olunan “Qırmızı qadın” filmi üzərində işlədi. Yay aylarının çox hissəsini Alastar Qraham şirkətində keçirdi; Qraham Keniyaya köçürüldükdən sonra Vo Harterlidə London incəsənət məktəbində qeydiyyatdan keçdi.[46]

Erkən karyerası redaktə

Məktəb müdiri və yeni yazıçılıq fəaliyyəti redaktə

 
Dante Qabriel Rossetti, Vonun ilk irihəcmli əsərinin mövzusu (1927)

Vo Harterlidə Harterlidə məktəbə 1924-cü ilin sentyabrın sonlarında başladı, tezliklə buradakı dərs rejimindən sıxılmağa başladı və tez bir zamanda məktəbdəki qrupunu tərk etdi.[47] O, pula ehtiyacı olduğu üçün bir təşkilat vasitəsilə müəllim kimi iş axtarmağa başlamazdan əvvəl vaxtının çox hissəsini Londonda və Oksfordda keçirdi. 1925-ci ilin yanvar ayından başlayaraq Şimali Uelsdəki oğlanların hazırlıq məktəbi olan Arnold Hauzda işə başladı. Buraya gələrkən yarımçıq qalan "Samanlıqdakı məbəd" əsərini də özü ilə gətirdi və boş vaxtlarında əsəri yazmağa davam etdi. Məktəbin qəribə mühitinə baxmayaraq, Vo öz vəzifəsinin tələblərini yerinə yetirmək üçün əlindən gələni etdi, lakin Pasxa bayramı zamanı LondonOksforda qısa müddətə geri dönməsi yalnızlıq hissini daha da gücləndirdi.[48]

1925-ci ilin yazında Vonun dünyagörüşü Marsel Proustun əsərlərinin ingilis dilinə tərcüməsi ilə məşğul olan Şotlandiya yazıçısı Çarlz Kennet Skot Monsrif katibi olaraq İtaliyanın Pisa şəhərində işləməyə başlayarkən daha da artdı. Bu işin onun ruhuna daha yaxın olduğuna inanaraq Vo Arnold Hauzdakı vəzifəsindən istefa etdi. Bu zamanlarda o, romanının ilk hissələrini qiymətləndirmə və tənqidi fikirlər üçün Aktona göndərdi. Aktonun əsərə qarşı mənfi münasibətini görən Vo dərhal öz əlyazmalarını yandırdı; qısa müddət sonra Şimali Uelsdən ayrılarkən Monsrifin yanındakı işini itirdiyini öyrəndi.[49] Şəxsi həyatında aldığı bu iki zərbə onun intihar etməsi üçün kifayət idi. O, qeyd edirdi ki, yaxınlıqdakı bir sahilə gedərək orada bir məktub yazın qoydu və dənizə girdi. Lakin dəniz anasının hücum etməsi onu fikrindən daşındırdı və tezliklə sahilə geri döndü.[50]

Sonrakı iki il ərzində Vo Aston Klintonda (işdən qovulmasının səbəbi içkili halda məktəbin xadiməsinə qarşı əxlaqsızlıq etmək cəhdi idi) və Londondakı Nottinq Hilldə məktəbdə dərs deyirdi.[51] Bu zaman əlavə işlərlə də məşğul olurdu: nəşriyyatda çalışır və Holborn Politexnik Universitetində axşam dərslərində iştirak edirdi, eyni zamanda da əsərlərini yazmağa davam edirdi.[52] Eksperimental modernist tərzdə yazılmış "Balans" adlı qısa bir hekayəsi 1926-cı ildə Chapman and Hall jurnalında dərc edildi və onun nəşr olunan ilk kommersiya məqaləsi idi.[53] Pre-Rafaelit Qardaşları haqqında yazdığı məqaləsi Stratford-apon-Avonda yerləşən Şekspirin baş mətbuatının ofisinin razılığı ilə Alastair Graham jurnalında nəşr olundu.[54][55] Bu hadisədən sonra Vo 1927-ci ildə Dakvörz nəşriyyatı ilə müqavilə imzaladı; müqaviləyə əsasən Dante Qabriel Rozettinin tam şəkildə bioqrafiyasını yazmalı idi.[56] O. həmçinin, komik roman üzərində işləməyə başladı; roman üçün bir neçə ad fikirləşdikdən sonra onu “Tənəzzül və süqut” adlandırdı.[57][58] Müəllim kimi işləməkdən imtina etdikdən sonra heç bir uğurlu iş tapa bilmirdi, yalnız 1927-ci ilin aprel-may aylarında Daily Express qəzetində qısa müddətə müxbir kimi işlədi.[59] Bu ildə o, (güman olunur ki. qardaşı Alek vasitəsilə tanımışdır) Lord və Ledi Burqlerin qızı olan İvlin Qardnerə aşiq olur.[60]

Cənab və xanım İvlin redaktə

 
Kanonböri meydanı, Vo və İvlin Qardner evli olduqları qısa müddət ərzində burada yaşayıblar.

1927-ci ilin dekabrında Ledi Burqlerin etirazlarına baxmayaraq Vo və İvlin Qardner nişanlanır. Ledi Burqler Vonun əxlaqsız biri olduğunu hiss edirdi.[61] Öz dostları arasında onlar tezliklə cənab və xanım İvlin kimi tanındılar.[23] Vo bu zamanlarda kitab tənqidçisi və jurnalist kimi çalışaraq kiçik məğləbdə əməkhaqqı alırdı.[62] Rozettinin bioqrafiyası 1928-ci ilin aprelində nəşr edildi: The Observer jurnalı kitabın eleqantlığını və zərifliyini vurğuladı; Akton tərəddüdlü şəkildə razılıq verdi; roman yazıçısı Rebekka Vest kitabdan sonsuz dərədəcə zövq aldığını qeyd etdi. Lakin bütün bunlar arasında Vo üçün ən məyusedici hadisə isə Times Literary Supplement jurnalının ona “Vo xanım” kimi istinad etməsi idi.[58]

“Tənəzzül və süqut” əsəri tamamlandıqda Duckworths nəşriyyatı onu nəşr etməkdən imtina edərək “qərəzli mövqesinin” olduğunu vurğuladı, lakin Chapman and Hall nəşriyyatı nəşr etməyə razı oldu.[63] Bu Vo və Qardner üçün toy planlarını həyata keçirtmək üçün kifayət idi. Onlar 1928-ci ilin 27 iyununda Portman meydanındakı Müqəddəs Paul kilsəsində yalnız Akton, alek Vo və gəlinin ən yaxın rəfiqəsi Pensi Pakenhamın iştirakı ilə evləndilər.[64] Cütlük Kanonböri meydanındakı sadə bir evdə yaşayırdılar. Evliliklərin ilk ayları maddi problemlər və Qardnerin səhhətindəki problemlər səbəbilə sıxıntılı keçdi.[65] Payız aylarına doğru Qardnerin səhhəti daha da pisləşirdi.[66]

1928-ci ilin sentyabr ayında "Tənəzzül və Süqut" əsəri ən sevilən və ən çox satılan əsərlərdən biri oldu. Dekabr ayında kitab üçüncü dəfə nəşr olundu və Amerika nəşriyyat hüquqları onu 500 dollara aldı.[67] Bu müvəffəqiyyətindən az sonra Vo 1929-cu ilin fevral ayında Qardner ilə öz bal aylarını keçirmək üçün seçdikləri pulsuz Aralıq dənizi kruizində səfər zamanı yazdığı səyahət məqalələrini yazmağa başladı. Kruizlə etdikləri səyahət Qardner sətəlcəm xəstəliyinə yoluxduğu zaman sona çatmalı oldu və onu Səid limanındakı Britaniya xəstəxanasına apardılar. Cütlük evə iyun ayında Qardner sağaldıqdan sonra qayıtdı. Bir ay sonra xəbərdarlıq etmədən Qardner onların hər ikisinin dostu olan Con Heyqeyt ilə sevgi münasibəti olduğunu etiraf etdi. Aralarında bir dəfə yenidən barışmaq üçün uğursuz cəhd olmasına baxmayaraq şok keçirmiş və məyus halda olan Vo 1929-cu il sentyabrın 3-də boşanmaq üçün ərizə verdi. Cütlük bir neçə il sonra nikahının ləğv edilməsi prosesində bir dəfə təkrar görüşmüşdü.[68]

Məşhurluq illəri redaktə

Tanınması redaktə

Vonun ilk bioqrafiyasının müəllifi Kristofer Skayes yazır ki, boşandıqdan sonra onlar Vonun hərəkətlərində “yeni bir sərtlik və acılıq” gördülər.[69] Aktona yazdığı bir məktubunda deyirdi ki, “heç bir zaman bu qədər qəmli və qüssəli ola biləcəyini düşünməzdi”,[70] lakin buna baxmayaraq tezliklə öz peşəkar və ictimai həyatını yoluna qoymağı bacardı. İkinci romanı olan “Murdar bədənlər” əsərini bitirdi[71] və məqalələr yazmağa başladı, evlilik mərasiminin mənası ilə bağlı bir məqaləni də Daily Mail jurnalı yazıb göndərdi.[70] Bu dövr ərzində Vo müxtəlif dostlarının evlərində qalmağa başladı; növbəti 8 il ərzində özünün qalmaq üçün heç bir evi olmamışdı.[71]

1920-ci illərdə satirik “Murdar bədənlər” əsəri 1930-cu ilin yanvar ayında nəşr olundu və Vonun ilk uğurlu satılan romanı idi. Adının Bibliyadan götürülməsinə baxmayaraq bədii tərtibatçı Martin Stannarda görə kitabın qaranlıq və acı tərəfləri çoxdur, və “xəyal qırıqlığı” manifestidir.[72] Ən çox kitabları satılan yazıçı kimi Vo jurnalistika sahəsində də tanınırdı.[71] O, Graphic, Town və CountryHarper's Bazaar jurnalları üçün məqalələr yazmağa başladı və İvlin xanım ilə bal ayına çıxdığı kruz haqqında kiçik hekayələr yazırdı.[71]

Katolik məzhəbini qəbul etməsi redaktə

1930-cu ilin sentyabrın 29-da Vo Katolik məzhəbini qəbul etdi. Bu onun ailəsini şoka saldı və bəzi dostlarını təəccübləndirdi, lakin bütün bunlara baxmayaraq zaman-zaman tamamilə bu məzhəbi qəbul etdi.[73] Vo anqlikanizm məzhəbinə olan inancını Lansinqdə oxuyarkən itirmişdi və Oksfordda olarkən dindən uzaq həyat tərzi keçirirdi, ancaq 1920-ci illərin ortalarından öz gündəliyində dini müzakirələr haqqında qeydlər edir və dini fikirlərə istinad edirdi. 1925-ci ilin dekabrın 22-də Vo yazırdı: “Kalud və mən Audrini axşam yeməyinə çağırdıq və səhər saat 7-yə qədər Roma kilsəsi haqqında müzakirələr etdik”.[74] 1927-ci ilin 20 fevralında keşiş olmaq üçün Father Underhill ziyarətgahına səfər elədi.[75] Bu dövr ərzində Vo dostu Olivia Planketin sözlərindən təsirləndi. Olivia Planket bu məzhəbi 1925-ci ildə qəbul etmişdi və daha sonralar Vo onun haqqında yazırdı: “O, məni kilsəyə gəlməyə məcbur edirdi”.[76] 1949-cu ildə Vo bildirirdi ki, Katolik məzhəbini həyatın “Allahsız anlaşılmaz və dözülməz” olduğunu dərk etdikdən sonra qəbul etdi.[77]

Yazıçı və səyahətçi redaktə

 
İmperator Hayle Selassi, İvlin Efiopiyaya etdiyi üç səfərindən birincisində onun tacqoyma mərasimində iştirak etmişdi.

1930-cu il oktyabrın 10-da Vo bir neçə qəzet agentliyində çalışaraq Hayle Selassinin tacqoyma mərasimində iştirak etmək üçün Efiopiya imperiyasına yola düşür. O, bütün dünyanı Efiopiya imperiyasının barbar vasitəsilə güc əldə etmiş bir millət olduğunu inandırmaq üçün hadisəni "əvvəlcədən hesablanmış təbliğatın nəticəsi" kimi şərh etdi.[78] Britaniyanın Şərqi Afrika koloniyası və Belçika Konqosu vasitəsilə həyata keçirdiyi sonrakı səyahətlərini iki kitabında təsvir etmişdir; "Uzaqdakı xalqlar haqqında səyahət gündəliyi" (1931) və "Qara fitnəkar" (1932).[79] Vonun növbəti səfəri 1932-1933-cü illərin qış aylarında Cənubi Amerikadakı Britaniya Qayanasına (indiki Qayana) idi, güman ki, o, bu səfəri Tereza Yanqmana olan uzunmüddətli və ehtiraslı sevginisini unutmaq üçün etmişdi.[80] Georgtauna çatanda Vo şəhəri daha yaxşı tanımaq üçün buxarlı qayıqda çay səfərini təşkil etdi. Braziliyanın Boa Vista şəhərində bir neçə məntəqəni keçdi və daha sonra isə yenidən Georgtauna geri qayıtdı.[81] Onun müxtəlif sərgüzəştləri və səyahətlər zamanı qarşılaşdığı insanlarvə hadisələr daha sonra qələmə aldığı iki romanında öz əksini tapmışdı: onun səyahət romanı "İyirmi iki gün" və "Bir ovuc toz" romanı, hər ikisi 1934-cü ildə nəşr edilmişdir.[82]

Cənubi Amerikadan qayıdan Vo katoliklərin The Tablet jurnalında ləyaqətsizlik və küfr etdiyinə görə günahlandırdı, onlar "Qara fitnəkar" əsərindəki bölmələrə etiraz edirdilər. O,Vestministerin arxiyepiskopu Kardinal Frankis Bourna yazdığı açıq məktubunda özünü müdafiə etdi,[83] bu məktub 1980-ci ilə kimi nəşr edilmədi. 1934-cü ilin yayında Arktikada Qərbi Şpisbergen adasına ekspedisiyaya çıxdı, o, bu səfərdən çox zövqala bilmədi və səfər haqqında təəssüratlarını qələmə almağa imkan tapmadı.[84] Geri qayıtdıqda tanınmış bir katolik haqqında bioqrafiya yazmağı qərara aldı, Yezuitlər ordeninin şəhidi hesab edilən Edmand Kempionu öz əsərinin qəhrəmanı olaraq seçdi. 1935-ci ild çap edilən kitab katolik, anti-protestant əleyhdarları arasında mübahisələr doğurdu, lakin müəllifinə Hotorden mükafatını qazandırdı.[85][86] 1935-ci ildə Daily Mail qəzetinin müxbiri kimi İkinci İtaliya-Efiopiya müharibəsinin başladığı haqqında məruzə yazmaq üçün Efiopiyaya geri döndü. Müxbir həmkarı olan Vilyam Didesin yazdığına görə Efiopiyaya ilk dəfə səfər edəndən sonra Vo buranı "Mussolininin əhliləşdirdiyi vəhşi bir yer" adlandırdı.[87] Vo müharibə həyatında çox iştirak elədi və müharibə müxbiri kimi öz işində məsuliyyətli deyildi.[88] Dides yazırdı ki, "dostlarımız arasında heç kəs onun qədər evə geri dönmək istəmirdi".[89] Buna baxmayaraq, Dides italyanların hava hücumlarının lap yaxınlığında olan Vonun cəsarətini yüksək qiymətləndirirdi.[89] Vo Efiopiyadakı təcrübələri haqqında 1936-cı ildə yazdığı "Vo Efiopiyada" əsərində yazmışdı, Roza Makauley bu əsəri italyanların lehinə yazılan "faşist traktatı" adlandıraraq qarşı çıxdı.[90] Onun ən çox tanınan əsərlərindən biri olan "Skup" (1938) romanında əsərin baş qəhrəmanı olan Vilyam Butun müxbir həmkarı olan Didesə həsr olunduğu güman edilir.[91]

Vonun getdikcə çoxalan dostlarına Diana Mitford və Brian Qinnes ("Mundar bədənlər" əsərini onlara həsr etmişdi), Diana Kuper və onun həyat yoldaşı Daff Kuper,[92] İvlin Qardnerin dostu olan Nanci Mitford[93] və Liqon bacıları daxil idi. Vo Haq Patrik Liqonla Oksfordda tanış olmuşdu; indi isə o, qızlarla Madresfild əyaləti ilə tanış oldu, səfil həyat tərzini sürdüyü sonrakı illərdə o, burada yaşayırdı.[94] 1933-cü ildə Yunanıstan adalarına kruiz ilə etdiyi səfərdə Vo mərhum ekspedisiyaçı Obri Herbetin ən böyük qızı Qabriel Herbert ilə tanış edildi. Kruiz səyahəti sona çatdıqda Vo Herbert ailəsinin Portofinodakı villasında qalmaq üçün dəvət edildi, burada Qabrielin 17 yaşlı bacısı Laura ilə ilk dəfə tanış oldu.[95]

İkinci evliliyi redaktə

Vo etiraf edirdi ki, İvlin Qardnerin sağ olduğu müddətdə ikinci dəfə ailə həyatı qura bilməz. Lakin ailə həyatı qurmaq və uşaq istəyirdi, beləcə, 1933-cü ilin oktyabr ayında "əsl razılığın olmaması" səbəbiylə nikahın ləğvi üçün icraata başladı. Bu iddia Londondakı bir kilsə tribunası tərəfindən dinlənildi, amma sənədlərin Romaya göndərilməsində gecikmə nikanın ləğv edilməsini 4 iyul 1936-cı il tarixinə qədər uzatdı.[96] Bu zaman ərzində, Portofinoda ilk görüşlərindən sonra Vo Laura Herbertə aşiq oldu.[97] O, 1936-cı ilin yazında məktub ilə evlilik təklifini göndərdi.[98] Aristokrat Katolik olan Herbert ailəsinin ilk öncə bu izdivaca qarşı narazılıqları var idi; Laura Herbert İvlin Qardnerin əmisi qızı idi.[23] Ailə daxilindəki bəzi narazılıqlara baxmayaraq nikah 1937-ci ilin 17 aprel tarixində Londonda Vorvik küçəsindəki Assampsion kilsəsində baş tutdu.[99][100]

Toy hədiyyəsi kimi gəlinin nənəsi cütlüyə Qloçesterşirdə Stikçkomb yaxınlığında ev aldı.[101] Onların yeddi uşağı var idi, biri körpə olarkən vəfat etmişdi. Onların ilk uşaqları Mariya Tereza 1938-ci ilin 9 martında, oğlanları Oberon Aleksandr isə 1939-cu ilnoyabrın 17-də anadan olmuşdur.[102] Bu hadisələrlə eyni zamanda, "Sensasiya" 1938-ci ilin may ayında nəşr edilərək geniş tənqidi diqqət qazanmışdır.[103] 1939-cu ilin avqust ayında Vo Laura ilə Meksikaya üç aylıq səfər etdi, daha sonra oradakı təcrübələri əsasında "Qanuna əsasən oğurluq" əsərini yazdı. Kitabda o, onun mühafizəkar mövqeyini aydın şəkildə təsvir etmişdir; daha sonra isə kitabın "bir az səyahət və daha çox siyasi məsələlərə" həsr olunduğunu qeyd etmişdir.[104]

İkinci Dünya Müharibəsi redaktə

Kral hərbi dəniz qoşunları və desant-təxribatçı dəstə redaktə

Vo Pirs əyalətini 1939-cu ilin sentyabrın birində İkinci Dünya Müharibəsinin başlanğıcında tərk etdi və hərbi vəzifəsini icra etməmişdən əvvəl gənc ailəsini Somerset şəhərindəki Pikston parkına köçürdü.[105] O, həmçinin, yeni üslubda roman yazmağa başladı, Vo artıq romanının hekayəsini birinci şəxsin dilindən nəql edirdi,[106] lakin dekabr ayında dekabr ayında Kral hərbi dəniz qüvvələrinə qoşulduğu və Çatham dəniz bazasında təhsil aldığı zaman roman yazmağı dayandırdı.[107] Romanını heç vaxt tamamlaya bilmədi: əsərdən fraqmentlər nəhayət 1943-cü ildə Yarımçıq qalmış əsər və digər hekayələr adı altında nəşr edildi.[108]

Vo ağır şəraitdə çalışdığı üçün hədsiz çox yorğun olurdu və qələmi əlinə alıb nəsə yazmağa gücü çatmırdı.[109] 1940-cı ilin aprel ayında o, müvəqqəti olaraq kapitan seçildi və hərbi dəniz qüvvələri ona tapşırıldı, lakin bu vəzifədə özünü doğrulda bilmədi, çünki o, özünü çox məğrur və təkəbbürlü aparırdı.[110] Hətta İkinci Dünya Müharibəsində almanların Fransaya hücumu zamanı belə onun batalyonu döyüşə çağırılmadı.[111] Vonun dəniz həyatına uyğunlaşa bilməməsi onun komandir vəzifəsini itirməsi ilə nəticələndi və batalyon kəşfiyyat məmuru oldu. Yeni vəzifəyə qəbul olduqdan sonra o, 1940-cı ilin avqust ayında Şərqi Afrikada Dakar döyüşündə Azad Fransa qüvvələrinin Vişi fransız müstəmləkəsi hökumətini devirmək və general Şarl de Qollu bu hökumətə rəhbər təyin etmə cəhdlərini dəstəkləmək üçün göndərilən Britaniya hərbi qüvvələrinin tərkibində Menace əməliyyatının döyüşlərində iştirak edirdi. Menace əməliyyatı ətrafı bürüyən duman qatı və şəhərin müdafiəsi haqqında əldə olunan yanlış məlumatlar səsəbilə uğursuzluğa uğradı sentyabrın 26-da Britaniya ordusu geri çəkildi. Bu barədə Vo yazırdı: “Qantökmə qürurun hesabına baş tutmadı”.[112][113]

1940-cı ilin noyabrında Vo komanda birliyinə göndərildi və təlimini bitirdikdən sonra polkovnik (daha sonra briqader oldu) Robert Leykokun rəhbərlik etdiyi Leyfors qrupunun üzvü oldu.[112] 1941-ci ilin fevral ayında Liviyanın sahilində Bardiyanı yenidən əldə etmək üçün həyata keçirilən uğursuz cəhddə iştirak etmək üçün Aralıq dənizinə göndərildi.[114] May ayında Leyforsdan Kritin boşaldılmasına kömək etmək tələb olundu: bu zaman Vo qrupun itaətsizliyini və əsgərlərin qorxudan qaçdığını görüb şok oldu.[115] İyul ayında gəmi ilə evə geri döndüyü zaman 1930-cu illərdə istifadə etdiyi ədəbi tərzinə qayıdaraq müharibənin erkən aylarını əks etdirən “Bayraqları atın” (1942) əsərini yazdı.[116] Britaniyaya geri döndükdən sonra yeni təlimlərdə iştirak etdi və 1942-ci ilin may ayında Leykokun məsləhəti ilə Kral Atlı Qvardiyasına qoşuldu.[117] 1942-ci ilin iyun ayında Laura cütlüyün ilk övladı olan Marqareti dünyaya gətirdi.[118] Bundan daha əvvəl 1940-cı ilin may ayında onların Meri adında bir qız övladı da dünyaya gəlmişdi, lakin cəmi bir neçə saat yaşamışdı.[119]

Məyusluq, Braydşed və Yuqoslaviya redaktə

Vo qvardiyaya qoşuldulduqdan qısa müddət sonra fəal xidmət göstərməyə imkan olmadığı üçün xəyal qırıqlığına uğradı. 1943-cü ilin 26 iyununda atasının ölümü və ailəsində olan problemlər ilə əlaqədar olaraq Müttəfiqlərin Siciliyanı işğal etmə planının bir hissəsi olan Haski əməliyyatında (9 iyul-17 avqust 1943) iştirak də bilmədi.[120] Cəsarətli insan olmasına baxmayaraq silahsız və itaətsiz xarakteri bir əsgər kimi müvəfffəqiyyət qazanmağına mane olurdu.[121] Vindsordakı polimer deposunda bir müddət bekar qaldıqdan sonra Vo Çeşirdə Tatton parkında paraşüt təlimlərinə qoşuldu, lakin bir məşq əsnasında səhf şəkildə yerə düşdü və baldır sümüyü sındı. Vindsorda müalicə aldıqdan sonra ağlındakı romanı yazmaq üçün üç ay əvəzsiz icazə aldı. 1944-cü ilin 31 yanvarında Devonda yerləşən Çaqford şəhərinə yola düşdü, o, hesab edirdi ki, burada təkliklə işləyə bilərdi. Nəticədə Braydhedə qayıdış” əsərini yazdı: Müqəddəs və günahkar Kapitan Çarles Rayderin xatirələri (1945),[122] bu əsər onun Katolik romanlarından birincisi. Bu roman haqqında bioqrafiya yazıçısı duqlas Leyn Patey bildirirdi ki, “bu kitab onun yeni yazıçı üslubunun təsdiqidir”.[123]

Vo məzuniyyətini 1944-cü ilin oyun ayına kimi uzatmağa müvəffəq oldu. Vəzifəyə qayıtdıqdan qısa müddət sonra Randolf Çörçill tərəfindən Yuqoslaviyadakı hərbi əməliyyatlarda iştirak etmək üçün işə götürüldü və iyulun əvvəlində Çörçill ilə İtaliyanın Blai şəhərindən Xorvatiyadakı Vis adasına uçdu. Vo orada işğalçı Berlin-Roma-Tokio oxu qüvvələrinə qarşı Müttəfiqlərin dəstəyi ilə mübarizə aparan partizan dəstələrinə rəhbərlik edən və Partizanların kommunist lideri olan Marşal Tito ilə tanış oldu.[124] Vo və Çörçil öz missiyalarına başlamaq üçün yenidən Yuqoslaviyaya uçmamışdan əvvəl Bariyə geri döndülər, lakin onların yolda onların təyyarəsi qəzaya uğradı və hər ikisi yaralandı və missiyaları bir ay gecikdi.[125]

Missiyanın üzvləri nənayət Topuskoya gəldi və burada tərkedilmiş bir fermada özlərinə məskən saldılar. Britaniya ordusu və Kommunist Partizanlar arasında vəzifə bölgüsü vardı. Vo kommunist partizanlara qarşıçox az rəğbət göstərirdi və Titonu sevmirdi. Onun əsas maraqları Serbiyadakı Ortodoks kilsəsinin əlində olan və Kommunistlər nəzarəti əldən verdikdə vəziyyəti daha pis olacağını düşündüyü Xorvatiyada Katolik kilsəsinin rifahı idi.[126] O, bu fikirləri “Liberal Xorvatiyada xristian kilsəsi və dövlət” adlı uzun müsahibəsində dilə gətirmişdi. Bir müddət Dubrovnik və Romada qaldıqdan sonra Vo 1945-ci ilin 15 martında öz hesabatını təqdim etmək üçün Londona geri döndü, bu zaman Xarici İşlər Nazirliyi o dövrdə Yuqoslaviyanın kommunist lideri olan Tito ilə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdı.[127]

Müharibədən sonrakı həyatı redaktə

Şöhrəti redaktə

Braydşedə qayıdış əsəri 1945-ci ilin may ayında Londonda nəşr olundu.[128] Vo kitabın keyfiyyətinə inanırdı, “bu mənim son deyil, ilk romanımdır”.[129] Bu kitab ona müəllif şöhrəti, şan-şöhrət və ədəbi status gətirən müvəffəqiyyətli əsər oldu.[128] Kitabın nəticələrindən xoşbəxt olsa da, Vonu müharibə sona çatdığı zaman Müttəfiqlərin xəyanət edərək Stalinin Sovet İttifaqının əlinə verdiyi (şahidi olduğu hadisələr bunu deməyə əsas verirdi) Şərqi Avropa katoliklərinin taleyi maraqlandırırdı. O, indi müharibə döyüşçüləri və əxlaqsız və kobud küçə avaraları arasında heç bir fərq görmürdü.[130] O, 1945-ci ilin ümumi seçkilərində Vinston Çörçillin və onun Mühafizəkarlarının məğlubiyyətindən bir az məmnun qalsa da, Leyboristlər partiyasının qələbəsini barbarizmin qələbəsi hesab edirdi və “Qaranlıq əsr”in başlanğıcı kimi görürdü.[128]

 
Müqəddəs Yelena, Vonun 1950-ci ildə yazdığı romanının mövzusu

1945-ci ilin sentyabrında ordudan tərxis olduqdan sonra öz ailəsi ilə birlikdə (digər bir qız övladı olan Harriet 1944-cü ildə anadan olmuşdu)[131] Piers dairəsinə geri döndü, lakin növbəti yeddi ilin çoxunu Londona səyahət etməklə keçirtdi. 1946-cı ilin mart ayında Nüremberq məhkəmələrini ziyarət etdi və həmin ilin sonunda beynəlxalq hüququn qurucusu hesab olunan Fransisko de Viktoriyanın ölümünün 400-cü ildönümünü qeyd etmək üçün İspaniyaya səfər etdi.[132] Vo müharibədən sonra Avropa ölkələrinə etdiyi səyahətlər haqqında “Kral Skottun Müasir Avropa”sı əsərində qeyd edirdi.[133] 1947-ci ilin fevral ayında Braydşedə qayıdış filminin çəkilişini müzakirə etmək üçün ilk növbədə ABŞ-a bir neçə səfər etdi. Layihə uğurlu olmadı, lakin Vo öz vaxtının çoxunu Hollivud təpəsi məzarlığında keçirtdi. Burada o, Amerika satirasının görkəmli nümayəndələrinin vəfatlarına həsr etdiyi “Sevimli biri” əsərini yazdı.[23] 1951-ci ildə gələcək bioqrafiyaçı Kristofer Sayksla birlikdə Müqəssəs torpağı ziyarət etdi[134]1953-cü ildə 16-cı əsrdə yaşayan və Asiyadakı xristian missiyasını başladan Fransiz Xavierin dəfn mərasimində iştirak etmək üçün Qoaya səyahət etdi.[135][136]

Öz səyahətləri arasında Vo uzunmüddət üstündə işlədiyi roman olan “Yelena”nı tamamlamağa çalışırdı. Bu əsər haqqında bildirirdi: “Bu günə kimi yazdığım və bundan sonra da yazacağım ən gözəl kitabdır”. Kitabın satışı çox da uğurlu olmasa da öz qızı Harriet daha sonra yazırdı ki. “Yelena onun uca səslə oxumağa cəsarət etdiyi yegənə kitabı idi”.[137]

1952-ci ildə Vo müharibənin erkən mərhələlərində qarşılaşdığı hadisələri və şəxsi təcrübələrini əks etdirdiyi ilk avtobioqrafik mühirəbi trilogiyası olan “Silahlanan insalar” əsərini nəşr etdirdi.[138] Bu dövr ərzində çap etdirdiyi digər kitablara 1946-cı ildə yazdığı müharibədən əvvəl etdiyi səyahətlərini əks etdirən “Gedişat yaxşı olanda”,[133] 1952-ci ildə kraliça Anna nəşriyyatında nəşt etdirdiyi “Müqəddəs torpaqlar” və Vonun müasir dünyaya nifrətini əks etdirən distopiya hekəyəsi olan “Xarabalıqlar arasında sevgi” daxil idi.[139] 50 yaşına yaxınlaşdıqca Vo yaşlanmağa başladı və yuxusuzluğunu və depressiyanı aradan qaldırmaq üçün getdikcə alkoqollu içkilərdən və dərmanlardan daha çox asılı oldu.[23] 1946-cı ildə Ceyms və 1950-ci ildə Septimus dünyaya gəldi və beləcə onların ailəsi tamamlandı.[140]

1945-ci ildən başlayaraq əşyaların, xüsusilə də, Viktoriya dövrünə aid olan rəs əsərlərinin və mebel əşyalarının kollektoruna çevrildi.[141] Yaşadığı Piers dairəsini tez-tez Londonun Portobello marketindən və insanların köhnə əşyalarını satışa çıxardığı zaman əldə etdiyi satınalmalarla doldurdu. Gündəliyində yazırdı ki, 1946-cı ilin 30 avqustunda Qlosterə etdiyi səfər zamanı 25 paunda taxtadan oyulmuş şir heykəli, 35 paunda kitab şkafı, 10 paunda Çin rəssamlarının çəkdiyi cazibədar rəsm əsərini, 7 paunda isə rəssam dəzgahını satın almışdı.[142] 10 paunda əldə etdiyi Rozettinin “Göyqurşağının ruhu” adlı rəsm əsərindən sonra Viktoriya dövrünə aid olan rəsm əsərlərinin kolleksiyanı toplamağa başladı. Vo 1949-cu ildən rəsm mövzusunda rəylər və məqalələr yazmağa başladı.[141]

Tənəzzül dövrü redaktə

1953-cü ildə Vo artıq bir yazıçı kimi çox da məşhur deyildi. O, artıq Zeytgeystdən kənarda addımlayırdı və əvvəlki kimi yüksək qazanc əldə edə bilmirdi.[135] Pulu azalırdı və müharibəyə həsr etdiyi ikinci trilogiyası olan “Məmurlar və cənablar” əsəri dayandırılmışdı. Dərman vasitələrindən asılı olduğu üçün səhhəti də pisləşirdi.[143] Nağd pulu çatışmadığından 1953-cü ilin noyabr ayında BBC radiosunda müsahibə verməyə razı oldu[144] və müsahibə haqqında Nanci Mitfordda yazırdı: “Onlar məni axmaq yerinə qoyaraq aldatmağa çalışırdılar, lakin bunu bacardıqlarını hesab etmirəm”. Spectator qəzetinin müxbiri olan Piter Fleminq intervyunu “matadorlar tərəfindən bir öküzün ram edilməsinə” bənzətdi.[145]

1954-cü ildə Vonun səhhətinin fiziki cəhətdən pisləşməsi ilə bağlı olan həkimlər ona mühiti dəyişməsini tövsiyə etdilər. Yanvarın 29-da Vo romanını tamamlaya biləcəyini ümid edərək Seylona yola düşmək üçün gəmi aldı. Bir neçə gündən sonra evə məktub yazaraq BBC-li həmsöhbəti Stefen Blak da daxil olmaqla başqa sərnişinlərin onun haqqında nəsə pıçıldadığını eşirdiyini qeyd edərək narazığını bildirmişdi. O, Misirdə gəmini tərk edərək Kolumbiyaya uçdu, lakin Lauraya yazırdı ki, həmin pıçıltı səsləri onu təqib edir.[146] Təlaşa düşən Laura rəfiqəsi Franses Donaldsondan kömək istədi, Donaldsonun həyat yoldaşı Seylona uçaraq Vonu evə gətirəcəyinə söz verdi. Vo evə geri döndü, lakin indi hesab edirdi ki, şər qüvvələr onu izləyirlər. Qısa bir tibbi müayinədən sonra məlum oldu ki, Vo içdiyi dərmanların nəticəsində bromit zəhərlənməsindən əziyyət çəkir. Onun qəbul etdiyi dərmanlar dəyişdirildikdə, səslər və digər halüsinasiyalar tezliklə itdi.[147] Bundan sonra Vo daha özünü daha yaxşı hiss etdi və büütn dostlarına bu barədə məlumat verdi. Başına gələn bu hadisələri bir neçə il sonra 1957-ci ildə yazdığı “Qilbert Pinfoldun qəzəbi” əsərində təsvir etdi.[148]

1956-cı ildə Edvin Nyuman Vo haqqında qısa film çəkdi. Bu zaman Nyuman dərk etdi ki, Vo müasir dünyaya nifrət edirdi və iki ya üç əsr daha əvvəl yaşamağı arzulayırdı. Vo nəqliyyatın və kommunikasiyanın müasir metodlarını sevmirdi, maşın sürməyə və telefonla danışmağa, eləcə də, lələk qələmlərdən istifadə etməyə nifrət edir. Vo həmçinin qeyd edirdi ki, Amerikanın xəbər müxbirləri viski olmadan hərəkət edə bilmirlər və hər bir amerikalı ən azı bir dəfə boşanır.[149]

Son əsərləri redaktə

 
Kombi Flori, Vo və ailəsinin 1956-cı ildə köçdüyü Somersetdə yerləşən kənd

Səhhəti bərpa olunduqdan sonra Vo işə döndü və “Məmurlar və cənablar” əsərini tamamladı. 1955-ci ilin iyun ayında Daily Express qəzetinin jurnalisti və rəyçisi olan Nanci Spein dost olduğu Lord Noel-Bakston ilə birlikdə Piers dairəsinə gəlib çatdı və Vodan müsahibə verməsini tələb etdi. Vo cütlüyü qovdu və və Spectator qəzetinə bu barədə hesabat verdi,[150] lakin bu hadisədən sonra narahat olmağa başladı və Piers dairəsini satmağı qərara aldı: “Mən oranın artıq çirklənmiş olduğunu hiss edirdim” deyə Nanci Mitforda danışırdı.[151] 1956-cı ilin sonlarında ailə Kombi Floridəki Somerset kəndində bir evə köçdü.[152] 1957-ci ilin yanvar ayında Vo Express and Spain qəzetinə qarşı açdığı təzminat davasını qazanaraq Nanci Spein və Lord Noel-Bakstonun təqibindən uzaqlaşdı. Qəzetdə Speynin yazdığı bir məqalə dərc olunmuşdu və orada deyilirdi ki, Vonun kitablarının satışı əvvəklinə nisbətən daha aşağı düşüb və bu onun bir jurnalist kimi dəyərinin aşağı olduğunu göstərir.[153]

“Qilbert Pinfold” 1957-ci ilin yayında nəşr olundu, Vo onu “mənim axmaq kitabım” adlandırırdı.[154] Kitabda öz həqiqi tərcümeyi-halından çox, özünü axmaq kimi göstərməsi daha sonralar kritik müzakirələrə səbəb oldu.[155] Vo növbəti böyük əsərini 1957-ci ildə vəfat edən keçmiş dostu katolik yazıçısı və dinşünas Ronald Noksa həsr etdi. Son illərdə başqa romanlarının üzərində işlədiyi üçün müharibəyə həsr etdiyi trilogiyasının üçüncü cildi üzərində tam tədqiqat apara bilmədi. 1958-ci ilin iyun ayında oğlu Oberon Kiprdə ordu sıralarında xidmət edərkən ağır yaralandı. Vo bundan sonra nə Kiprə getdi, nə də oğlu Oberonu ziyarət etdi. Tənqidçi və ədəbi bioqrafiyaçı Devid Vaykis Vonu “təəccüblü xarakterə sahib şəxs” adlandırdı və bildirdi ki, ailəsinin onun bu xarakterini qəbul etməsi daha təəccüblüdür.[156]

Vonun kitablarının əksəriyyətinin yaxşı satılmasına və jurnalistika sahəsindəki fəaliyyətlərinə görə mükafatlandırılmasına baxmayaraq xərcləri çox olurdu, pul problemləri və vergi ödəmələri həyatında daima təkrarlanan çətinliklərdən idi..[157] 1950-ci ildə vergilərdən yayınmaq məqsədilə öz uşaqları üçün yardım fondu təsis etdi (daha sonra isə bu fondu “Uşaqların yardım fondunu qoruyaq” kimi adlandırdı). Fondun bütün ilkin xərclərini öz kitablarının peyperbek versiyasından topladığı pullarla ödədi.[158] O, evdəki əşyalarını və mülkiyyətlərini satmaqla öz maliyyə hesabını artırırdı.[23] Buna baxmayaraq maddi sıxıntıları səbəbilə 1960-cı ildə BBC televiziyasında Con Frimanın Üz-üzə verilişində müsahibə verməyə razılıq verdi. Müsahibə 1960-cı ilin iki iyununda yayımlandı; bioqrafiyaçısı Selena Hastinqin yazdığına görə, Vo müsahibə zamanı öz düşmənçiliyini nümayiş etdirirdi və Frimanın suallarına soyuq cavablar verirdi.[157]

1960-cı ildə Voya CBE fəxri adını almaq təklif edildi, lakin daha yüksək mükafatlara layiq olduğunu hesab edərək onu qəbul etmədi.[159] Sentyabr ayında 1959-cu ilin yanvar-mart aylarında Afrikaya etdiyi səyahətlər əsasında yazdığı sonun səyahət ikitabı olan “Afrikada turist” romanını yazmağa başladı. O, səfərdən məmnun idi, lakin kitabı sevmirdi. Tənqidçi Kiril Konnolli “Vonun yazdığı ən kiçikhəcmli əsər” adlandırdı.[160] Kitab tamamlandıqdan sonra 1961-cı ildə nəşr etdirdiyi sonuncu müharibə trilogiyası olan “Şərtsiz təslim” əsərini yazmağa başladı.[161]

Xəstəliyi və ölümü redaktə

 
İvlin Vonun məzarı.

Patey yazırdı ki, 60 yaşına yaxınlaşdıqca Vonun səhhəti pisləşməyə başladı, vaxtında əvvəl yaşlandı, çəkisi artdı, eşitməsində problemlər yarandı və nəfəsi daralırdı.[162] Bioqrafiyaçısı olan Martin Stannard onun bu hallarını “içki içməkdən əldən düşən dələduz”a bənzədirdi.[163] 1962-ci ildə Vo öz avtobioqrafiyasının üzərində işləməyə başladı və həmin ildə sonuncu əsəri olan “Qanadlı at yene de uçur” hekayəsini yazdı. “Qara nifrət və Daha çox bayraq asın əsərinin baş qəhrəmanının yenidən qayıdışı” əsəri 1963-cü ildə nəşr olundu; Times Literary Supplement jurnalı onu “murdar kiçik kitab”adlandırdı.[164] Onun avtobioqrafiyasının ilk cildi 1964-cü ildə nəşr olundu. Vo əsərdə təsvir etdiyi dostları xəcalət çəkməsin deyə əsərdəki dolayı süjet xəttindən istifadə edirdi və adları dəyişdirirdi.[165]

Vo 1958-ci ildə XXIII İoannın Roma Papası seçilməyini sevinclə qarşıladı[166]1963-cü ildə Papanın ölümünə görə başsağlığı verdi.[167] Lakin XXIII İoannın 1962-ci ilin oktyabrında İkinci Vatikan Şurasını çağırmasından və həmin şuranın 1965-ci ilə kimi onun varisi olan VI Pavel tərəfindən idarə edilməsindən çox narahat olurdu. Kilsə islahatlarının əleyhinə olan Vo xüsusilə universal Latin Mass liturgiyasının yerli danışıq dili ilə əvəz edilməsindən narahat oldu.[168] 1962-ci ilin 23 noyabrında Spectator qəzetində nəşr etdirdiyi bir məqaləsində bu dəyişikliklər haqqında narazılığını bildirdi.[169][170] Nanci Mitforda yazırı: “Kilsənin yenidən qurulması mənə dərin kədər verir... Biz məktubları kağızlarda yazırıq, nə yaxşı ki, bunu etməyi bacarırıq”.[171]

1965-ci ildə “Uşaqları qoruyaq” fondunun maliyyə problemləri ortaya çıxdı və böyük miqdarda vergi tələb edildi. Vonun meneceri A.D. Piters vergi orqanları ilə vergi şərtlərini bir qədər yumşaltmaq haqqında razılıq əldə etdi,[172] lakin Vo fondun vəsaiti artırmaq üçün Papa tarixi, xaç yürüşləri və avtobioqrafiyanın ikinci cildi də daxil olmaqla bir sıra kitabları yazacağına dair müqavilələr imzaladı. Vonun fiziki və zehni problemləri ona müqavilədəki kitabları yazmağa mane oldu və müqavilə ləğv edildi.[173] O, özünü “dişsiz, kar, melanxolik, qoca , yemək yeyə bilməyən, ağır çəkili, tənbəl" biri kimi təsvir etdi[174] və bildirdi ki, “taleyi ölümdən daha pisdir”.[175] 1965-ci ildə onun yeganə əhəmiyyətli ədəbi fəaliyyətinə müharibəyə həsr etdiyi üç ədəd romanını tək bir həcmdə redaktə edərək, “Şərəf qılıncı” adı altında nəşr etdirməsidir.[176]

1966-cı ilin 10 aprelində Pasxa bayramında ailəsi ilə Latin Mass liturgiyasında iştirak edən zaman 62-ci yaşında ürək çatışmazlığından vəfat etdi. Kombi Floridəki St Peter & St Paul kilsəsinin həyətində dəfn edildi.[177] 21 aprel 1966-cı ildə Vestminister kilsəsində rasında latın dilində ölümünə həsr edilmiş rekviem səsləndirilmişdir.[178]

Şəxsiyyəti və düşüncələri redaktə

İvlin Vo həyatı boyunca çox insanları incitmişdi və özünə çoxlu düşmən qazanmışdı: yazıçı Ceyms Liis-Miln yazırdı ki, Vo “İngiltərədə olan ən mundar xasiyyətli insan idi”.[179] Vonun oğlu Oberon deyirdi ki, atası o qədər əzmli insan idi ki, qısa boylu olmasına baxmayaraq “boyu 180-dən çox olan general və kanslerlər belə onun qarşısında çarəsiz qalırdılar”.[180]

2009-cu ildə nəşr etdirdiyi “Dəli dünya” adlı bioqrafiyasında Paula Berni yazırdı ki, İvlin Vonun cəmiyyət arasında “təkəbbürlü mizantrop” kimi tanınması əslində bir satirik təsvirdir;“Bu qədər xoşagəlməz insanın niyə bu qədər geniş dost çevrəsi olsun?”.[181] Vo fərdi şəxslərə və katolik intibahçılarına qarşı ən xırda məsələlərdə belə şəfqət və mərhəmət göstərirdi;[182] məhkəmə prosesində Nanci Spein üzərində qələbə qazandıqdan sonra jest əlaməti olaraq ona bir şüşə şampan göndərdi.[183] Hastinqs bildirirdi ki, Vonun kənar şəxslərə qarşı nümayiş etdirdiyi davakar rəftarı əslidə o qədər də ciddi deyildi, lakin daima öz düşüncə tərzinə və dünya görüşünə uyğun insan tapmağa cəhd göstərirdi.[184] Digərlərinə istehza ilə yanaşmaqdan əlavə, Vo özünü qarşı da istehzalı cümlələr qururdu – özünü yaşlı törəmə adlandırırdı. Ömrünün son illərində özü haqqında işlətdiyi "qəribə polkovnik" ifadəsi isə onun daxili aləmini əks etdirmirdi, sadəcə komik bir təqlid idi.[185][186]

Qatı mühəfizəkar kimi Vo zənginliyin və mövqenin bərabərsizliyi ilə cəmiyyətin sosial siniflərə ayrılması təbiidir və “Allahın yaratdığı heç bir hökumət forması digərindən üstün deyildir”.[187] Müharibədən sonrakı dövrdə mövcud olan sosializmə qarşı etirazlarını bildirdi[188] və 1921-ci ildə Çörçillin seçkilərindən sonra narazılığını bildirdi.[189] Vo heç bir zaman heçkilərdə iştirak etmirdi; 1959-cu ildə Mühafizəkarların seçkilərdə qalib gələcəyinə ümid etdiyini ifadə etdi, lakin seçkilrədə iştirak etmədi. Həmin ildə Mühəfizəkarlar seçkilərdə qalib gəldilər.[190]

Vonun katolik dini etiqadı fundamental idi: “Kilsə insanların özlərini tərk edərək formalaşdırdıqları normal hallarıdır”.[191] Vo hesab edirdi ki, Katolik kilsəsi zəngin dövlətlərin və işçi sinfi mədəniyyətinin yayılması ilə başlayan Qaranlıq dövrün sona çatması üçün mübarizə apara bilən ən çox və güclü vasitədir.[192] Vo diana Kuperə müshibə verərkən qeyd etmişdi ki, ətrafındakılardan fərqli düşüncəyə sahib olan dini etiqadını formalaşdırmaq onun üçün ən məsuliyyətli işdir.[193] Nanci Mitford ona xristian olduğu halda dinə qarşı radikal mövqeyi ilə necə barışdığını soruşduqda cavab vermişdi ki, əgər xristian olmasaydı, hər şey daha dəhşətli olardı.[194]

Vonun konservatizmi estetik, siyasi və dini idi. O, Anqas Uilson, Muriel Spark və V,S, Naypaul kimi gənc yazıçıları tərifləsə də, özlərini “Hərəkat” adlandıran 1950-ci illərin yazıçıların qrupuna qarşı laqeyd münasibət göstərirdi. O, ədəbi dünyanın "qara fəlakətə uğradığını" və ədəbiyyatın otuz ildən sonra ölə biləcəyini söylədi.[195] Məktəbli olarkən Vo Kubizm sənətini yüksək qiymətləndirirdi, lakin tezliklə bədii modernizmə olan marağını tərk etməyə başladı.[196] 1945-ci ildə Vo qeyd etdi ki, Pablo Pikassonun bədii bacarığı “hiptonik hiylələrin” nəticəsidir və onun rəsm əsərləri "sivilizasiyanın dahi ustadların əsərləri ilə müqayisə edilə bilməz”.[197] 1953-cü ildə radioya verdiyi bir müsahibəsində Vo Avqust Eqqi (1816-1863) xüsusi hörmət bəslədiyi rəssam adlandırmışdı. Siyasi dünyagörüşlərinin fərqli olmasına baxmayaraq Vo Corc Oruellin vətənpərvərliyinə və əxlaqi duyğularına heyran qalırdı.[198]

İvlin Vo öz ədəbi əsərlərində, xüsusilə də, İkinci Dünya Müharibəsindən öncə yazdığı kitablarında irqi və anti-semitik fikirləri sərbəst şəkildə ifadə edirdi. Yazıçı V.S. Pritçet qeyd edir ki, Vonun anti-semitizmi Everest dağındakı kimi mövcuddur, lakin danılmazdır”. Vaykis bildirir ki, Vonun anti-semitizmi onun ən pis xüsusiyyətlərindən biri idi[199] və əlavə edirdi ki, Vonun irqçiliyi "ictimai təşkilatın əsas prinsipi kimi iyerarxiyanın təbiəti və düzgünlüyünə dair fikirlərinin məntiqsiz şəkildə ifadəsidir".[200] Vonun əsərlərinin heyranı olan Oruell qeyd edirdi ki, “İvlin Vo indiyə kimi tanıdığım ən yaxşı roman yazıçılarından biridir... lakin təəssüf ki, əsassız fikilərə sahibdir”.[201]

Əsərləri redaktə

Mövzuları və üslubu redaktə

Vayki Vonun romanlarında həyatının başlıca hadisələrini əks etdirdiyini və qətiyyətlə izah etdiyini söyləyir, lakin ilkin məqalələrində Vo yazırdı:

"  Bir yazıçı üçün öz romanlarında sadəcə ətrafında müşahidə etdiklərindən başqa nəyisə təsvir edə bilməməkdən daha pis heç nə ola bilməz.[175] " 

Oxucu yazıçının bədii əsərlərində yaratdığı qəhrəmanlarının dilindən ifadə olunan fikirlərlə razılaşdığını düşünməməlidir.[202] Lakin Ann Pasternak Slater “Tam Qısa Hekayələr” əsərinin girişində qeyd edirdi ki, "Sosial düşüncələrin və əsərin ifadə olunduğu dilin təsviri Vonun müasir dünyanı diqqətlə izlənməsinin bir hissəsidir".[203]

Tənqidçi Kliv Ceyms Vo haqqında yazır: “Bu günə kimi heç kəs əsərlərində ingilis dilindən belə təbbi şəkildə istifadə etməmişdi... ingilis dilinin yüz illər ərzində mövcud olan davamlı inkişafı onunla tamamlanır”.[204][205] 40 illik yazıçı karyerasının ilk mərhələlərində 1930-cu ildə katolik dinini qəbul etməmişdən öncə Vo Parlaq Gənc Yazıçılar Birliyinin roman yazıçısı kimi fəaliyyət göstərirdi. Onun ilk iki romanı olan “Tənəzzül və süqut” və “Murdar bədənlər” oxucunun duyğularını oyatmaq üçün çox fantastik şəraitdə əsasən inanılmaz simvollarla dolu boşluqlu bir cəmiyyəti əks etdirir.[206] Vonun ilkin romanlarına xas olan ən əsas cəhət iştirakçıların asanlıqla təsbit ediləcəyi sürətli, çoxsaylı dialoqdur.[203] Eyni zamanda Vo üzvü olduğu cəmiyyətindəki insanları "dəli və sonsuz" kimi qələmə verdiyi "Müharibə və gənc nəsil" kimi ciddi bir romanın da üzərində işləyirdi.[207]

Vonun katolik dinini qəbul etməsi növbəti iki romanı olan “Qara fitnəkar” və “Bir ovuc toz” əsərlərinin dilini nəzərəçarpacaq dərəcədə dəyişdirmədi, lakin sonuncu romanında komik elementlərdən daha az istifadə olunmuşdur və əsərin baş qəhrəmanı Toni Last komik bir obraz kimi deyil, adi bir şəxs kimi təsvir edilmişdir.[206] Vonun katolik dini mövzusunda 1933-cü ildə qələmə aldığı ilk əsəri olan “Dərinliklərdən” adlı qısa hekayəsində kilsədəki dini mərasimlərin icarasından bəhs edir.[208] 1930-cu illərin ortalarından başlayaraq,[209] katolik və mühafizəkar siyasi motivlər onun jurnalistik və qeyri-bədii yazılarında əks olunurdu, lakin jurnalistika, jurnalistlər və qeyri-adi jurnalistika təcrübələri haqqında yazdığı roman olan “Sensasiya” əsərini nəşr etdirdikdən sonra yazı üslubunu dəyişdirdi.[210]

“Şübhəlilər və digər əsərlər” romanında Vo real insanları təsvir edirdi[211] və əsər ilk şəxsin dilindən nəql olunurdu, beləcə, o, bir neçə il sonra yazacağı “Bradyshedə qayıdış” romanının ədəbi üslubu haqqında bir iz qoyurdu.[23] “Bradyshedə qayıdış” romanı İvlin Vonun aşkar şəkildə mühafizəkar dini və siyasi baxışlarını təqdim etdiyi ilk əsəridir.[212] 1950-ci ildə nəşr etdirdiyi “Yelena” romanı İvlin Vonun xristianlıq dini mövzusunda yazdığı ən fəlsəfi kitabıdır.[213]

“Braydşedə qayıdış” romanında canladırılan proletar məmur personajı Huper Vonun müharibədən sonra yazdığı əsərlərində üstünlük təşkil edən mövzunu işıqlandırır.[23] “Şərəf qılıncı” trilogiyasında (Silahlanan insanlar, 1952; Məmurlar və cənablar, 1955; Şərtsiz təslim, 1961) kələkbazlıqla qələbə qazanan murdar və saxtakar qəhrəman hesab olunan Trimmer orta əsrlərdə mövcud olan mötədilliyin bariz nümunəsi idi.[214] "Kral Skottun müasir Avropası " romanında (1947) Vonun gələcək haqqındakı pessimist düşüncələri məktəb müəlliminin timsalında təsvir edilmişdir.[215] “Xarabalıqlar arasında sevgi” (1953) romanında Britaniya torpaqlarında qurulan distopiya təsvir edilir.[216] Patey qeyd edir ki, Vonun müharibədən sonra yazdığı romanları, xüsusilər də, “Qilbert Pindolfun qəzəbi” (1957) əsəri “oyuncaq roman” xarakteri daşıyır.[155] Vonun sonuncu bədii əsəri olan “Qanadlı at yenə də uçur” (1962) romanında müharibədən öncə tanış olduğu insanlar və hadisələr təsvir edilmişdir; Vo qəbul edirdi ki, bu əsərdə o, “gəncliyində sahib olduğu roman üslubunu geri qaytarmaq istəyirdi”.[217] Vo bu sonuncu qələmə aldığı əsəri ilə ilk əsərində eyni yazı üslubundan istifadə etmişdi.[203]

Tənqidçilərin mövqeyi redaktə

Arnolt Bennet İvlin Vonun ilk yazdığı romanlarından biri olan “Tənəzzül və süqut” əsərini “mükəmməl şəkildə yazılan satira” adlandırmışdı.[218] İki il sonra qələmə aldığı “Mundar bədənlər” əsəri ilə bağlı tənqidçilərin mövqeyi daha da heyrətləndirici idi.[71] Lakin daha sonralar şah əsəri kimi təqdim edilən “Bir ovuc toz” Vonun ən yüksək qiymətləndirdiyi əsərlərindən biri olsa da , tənqidçilər tərəfindən elə də səsli-küylü qarşılanmadı.[219] Siril Konnollinin kitab haqqında ilk reaksiyası elə də ürəkaçan deyildi, o, Vonun yazıçı kimi gücünün azaldığını bildirdi, lakin daha sonra kitab haqqında fikir bildirmək üçün tələsdiyini qeyd etdi.[220]

1930-cu illərin sonlarında Vonun Katolik dinini qəbul etməsi və mühafizəkar polemikaları onun əsərlərinin mövzusuna da təsirini göstərdi.[23] “Vo Abissiniyada” əsərində Vonun faşizmə qarşı meylləri oxucularını məyus etdi[221] və kitabın Amerikada nəşr edilməsinə qadağa qoyuldu.[222] Vo 1938-ci ildə ənənəvi satira üslubunda qələmə aldığı “Sensasiya” əsərini nəşr etdirdikdən sonra tənqidçilərin ona qarşı mövqeyi bir qədər yumşaldı. Tənqidçilər elə hesab edirdilər ki, Vonun pro-faşist düşüncələri partizanlıq və təbliğat ilə əvəz olunmuşdu.[210]

1942-ci ildə nəşr etdirdiyi “Bayraqları atın” əsərindən sonra Vonun itirdiyi şöhrəti geri qayıtdı və əsər müharibə dövrünün qadağalarına baxmayaraq böyük tirajla satıldı.[223] Lakin bu əsərin oxucu kütləsi üç il sonra satışa çıxarılan “Braydşedə qayıdış” əsəri ilə müqayisə edilə bilməzdi. “Braydşedə qayıdış” əsərinin Amerikada “Ayın kitabı” seçilməsi onun Birləşmiş Ştatlar ərazisində satışlarını daha da artırdı və Britaniyadakından daha çox satış faziləri müşahidə edildi.[224] İctimaiyyətin rəğbtəni qazanmasına baxmayaraq kitab tənqidçilər arasında bir o qədər də bəyənilmədi. Braydşedin katolik cəmiyyəti Vonun əvvəlki romanlarını böyük coşqu ilə qarşılayan bəzi tənqidçilərin fikirlərini təhqir etdi.[225] Onun təkəbbürü və aristokratlara qarşı nümayiş etdirdiyi ehtiramı Konor Kruis Obrien də daxil olmaqla bir sıra tənqidçilər tərəfindən mənfi qarşılandı. Konor Kruis İrlandiyanın The Bell ədəbi jurnalında Vonun cəmiyyətin yuxarı təbəqəsinə qarşı ehtiramını “mistik venerasiya” adlandırdı.[226][227] Yazıçı Roza Makulay hesab edirdi ki, Vonun düşüncələrinə onun sağçı-partizan mövqeyi təsir edir.[228][229] Bunun əksinə isə, kitab York, Qrem Qrin və Harold Akton tərəfindən bəyənildi.[230] 1959-cü ildə Chapman and Hall nəşriyyatı kitabın nəşrlərini artırdı və bununla əlaqədar olaraq Vo öz tənqidçilərinə belə cavab verdi: “Mən bir sıra maneələr ilə üzləşmişəm, lakin heç bir zaman onları aradan qaldırmaq üçün cəhd etməmişəm. Çünki onlar kitabın vacib hissəsidirlər”.[231]

"Fanfar" əsərini nəşr etdirdiyi ərəfədə Vo gələcək kitablarında dini mövzuların yer alacağı səbəbindən çox sevilməyəcəyini proqnozlaşdırırdı.[212] 1950-ci ildə nəşr edilən “Yelena” romanı ictimaiyyət və tənqidçilər tərəfindən tamamilə fərqli qarşılandı.[232] Vonun proqnozları özünü doğrultmadı; bütün bədii əsərləri nəşr edildi və satış sayı artdı. 1957-ci ildə Daily Express qəzetində Vo əleyhinə məqaləni yayımlanarkən onun məsləhətçisi kitablarının satış göstəricilərini nümayiş etdirdi; bu zaman onun 4 milyondan çox kitabı satılmışdı, göstəricilərin üçdə ikisi Britaniyanın, digəri isə Amerikanın payına düşür.[233] Müharibə trilogiyasının ilk romanı olan “Silahlanan insanlar” əsəri 1953-cü ildə James Tait Black Memorial mükafatını qazandı.[234] Tənqidçi Konnollinin əsər haqqında ilk reaksiyası ürəkaçan deyildi.[235] O, daha sonra kitab haqqındakı fikrini dəyişərək onu”müharibədən çıxan ən yaxşı roman” adlandırdı.[236] Vonun müharibədən sonra yazdığı əsərlərinin içərisində Knoksun bioqrafiyası onun yaxın dostları tərəfindən çox bəyənildi,[237] lakin bəzi kilsə nümayəndələri tərəfindən tənqid edildi, onlar Knoksun Katolik iyerarxiyasının əvəzsiz qurbanı kimi təsvir olunmasından çox narahat olurdular.[238] Kitabın satışı çox da uğurlu olmadı. "Qilbert Pinfoldun qəzəbi” əsəri tənqidçiləri öz orijinallığı ilə təəccübləndirdi.[239]

Reputasiyası redaktə

Vonun gündəlikləri 1976-cı ildə kitab şəklində nəşr edilməzdən öncə 1973-cü ildə The Observer jurnalında dərc edildi. Şəxsi həyatında olan düşüncələri və yanaşmaları oxucular arasında birmənalı qarşılanmadı. Vonun Oksforddakı illərinə və ilk evliliyinə dair bütün məlumatları gündəlikdən çıxarmasına baxmayaraq həyatının digər mərhələləri ilə bağlı qeydə aldığı məlumatlar onun yazıçı kimi mənfi imicini formalaşdırmaq istəyən düşmənləri üçün kifayət idi.[23] Lakin bu vəziyyətdə Vo bəzi pərəstişkarları tərəfindən müdafiə edildi.[240] Buna baxmayaraq, insanlar arasında formalaşan ümumi fikir Vonun “bədheybət bir məxluq” kimi tanınmasına gətirib çıxardı.[241] 1980-ci ildə məktublarının bir nüsxəsi çap olunduğu zaman ictimai nüfuzu yenə də müzakirə obyektinə çevrildi. Filip Larkin onun The Guardian qəzetində toplanan məktublarını nəzərdən keçirərkən qeyd etdi ki, onlar Vonun elitizmini nümayiş etdirir; Vodan məktub almaq istəyən bir şəxs ya zadəgan ailəsinə mənsub olmalı, ya ağdərili Roma katoliklərindən biri olmalı və yaxud da zəngin ailədə dünyaya gələn xanım olmalı idi.[242]

 
Yorkşirdə yerləşən Hovard qəsri, 1982-ci ildə "Braydşed" televiziya proqramı bu binada çəkilirdi.

Gündəliklərinin və məktublarının nəşri ictimaiyyət arasında Voya qarşı marağın artmasına səbəb oldu və həyatı ilə bağlı yeni materiallar dərc edildi. Kristofer Skaysın bioqrafiyası 1975-ci ildə çapdan çıxdı, 19801998-ci illər arasında Vonun daha üç bioqrafiyası nəşr edildi və onun haqqında daha çox tənqidi fikir formalaşmağa başladı. Vonun jurnalisitka sahəsindəki fəaliyyəti və rəyləri 1983-cü ildə nəşr edildi; burada onun ideyaları və düşüncələri əks olunurdu. Yeni nəşr olunan materiallar Vonun tərəfdarları və onu sevməyən təbəqə arasında mübahisəli məqamların yaranmasına səbəb oldu.[23] 1982-ci ildə Qranada televiziyası Vonun “Braydşedə qayıdış” əsəri əsasında eyni adlı televiziya proqramını yaratdı.[241] Bundan daha əvvəl Vonun yaradıcılığı əsasında yaradılan bir sıra televiziya proqramları mövcud idi, 1997-ci ildə “Şərəf qılıncı” trilogiyası BBC-də yayımlandı, lakin Qranada televiziyasında yayımlanan “Braydşedə qayıdış” televiziya proqramının təsiri daha geniş idi. Time jurnalı onu “poemaya çevrilən roman” adlandırdı və “Bütün dövrlərin 100 ən yaxşı Televiziya şousu” siyahısına daxil etdi.[243]

Stannard qeyd edirdi ki, ictimaiyyət arasında taxdığı maskasının altında Vo əslində “özünü sənətinə həsr edən sənətkar və qəlbinin kirlənməsinə qarşı mübarizə aparan cəsarətli bir iman sahibi” idi.[23] Vonun ölümündən qısa müddət sonra The Times jurnalına məktub yazan Qraham Qrin onu “günümüzün ən böyük roman yazıçılarından biri” adlandırdı,[244] lakin Timejurnalının nekroloq müəllifi onu “müasir Britaniya ədəbiyyatının qoca mandarini” kimi təsvir etdi və iddia etdi ki, “Vonun romanları tənqidçi V.S.Pritçettin də qeyd etdiyi kimi “onun mənfur xasiyyətinə” vurulan oxucular olduğu müddətdə oxunulacaqdır”.[245] Nanci Mitford televiziya kanallarında birinə verdiyi müsahibəsində qeyd edirdi ki, “Vo haqqında hər kəsin bilmədiyi bir fakt vardı ki, onun bütün elədikləri sadəcə bir zarafat idi. Hər şey. Onun haqqında yazan insanların heç biri bunu nəzərə almamışdı”.[246]

Biblioqrafiyası redaktə

İstinadlar redaktə

  1. DeCoste, Mr D. Marcel. The Vocation of Evelyn Waugh: Faith and Art in the Post-War Fiction (ingilis). Ashgate Publishing, Ltd. 28 June 2015. ISBN 978-1-4094-7084-7. 20 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2018.
  2. Waugh, A Little Learning, pp. 3–10
  3. Stannard, Vol I p. 12
  4. Hastings, p. 3
  5. Stannard, Vol. I pp. 22–25
  6. Stannard, Vol. II p. 357
  7. Waugh, Auberon. "Waugh, Alexander Raban [Alec] (1898–1981)". Oxford Dictionary of National Biography, online edition. 2007. İstifadə tarixi: 12 May 2016.
  8. Note in Catherine Waugh diary, quoted by Hastings, p. 17
  9. Patey, p. 4
  10. Hastings, pp. 19–20
  11. Waugh, A Little Learning, pp. 34–35
  12. Stannard, Vol I pp. 34–35
  13. Hastings, pp. 27–28
  14. 1 2 3 Stannard, Vol. I p. 40
  15. Waugh, A Little Learning, p. 86
  16. Hastings, p. 44
  17. Hastings, pp. 30–32
  18. Hastings, p. 33
  19. 1 2 Stannard, Vol I pp. 42–47
  20. 1 2 Waugh, A Little Learning, pp. 44–46
  21. "WAUGH, EVELYN (1903–1966)". English Heritage. Archived from the original on 20 August 2014. Retrieved 4 August 2012.
  22. Gallager (ed.), pp. 6–8
  23. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Stannard, Martin. "Evelyn Arthur St John Waugh (1903–06)". Oxford Dictionary of National Biography, online edition. 2007. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2010.
  24. BBC Radio,https://www.bbc.co.uk/programmes/b01qmbsc
  25. Waugh, A Little Learning, pp. 160–61
  26. "Portrait of a Head", first published in The Observer, 17 October 1965, reprinted in Gallagher (ed.), pp. 638–39
  27. Sykes, p. 25
  28. Sykes, pp. 32–33
  29. Slater (ed.), pp. xvi and 535–47
  30. Sykes, p. 35
  31. Amory (ed.), p. 7
  32. Stannard, Vol. I pp. 67–68
  33. Waugh, A Little Learning. p. 182
  34. Gallagher (ed.), p. 640
  35. Amory (ed.), p. 10
  36. Hastings, p. 85
  37. Lebedoff, David. The Same Man: George Orwell and Evelyn Waugh in Love and War. Random House Publishing Group. 2008. səh. 30. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
  38. Stannard, Vol. I pp. 83–85
  39. Waugh, A Little Learning, pp. 179–81
  40. Stannard, Vol. I p. 90
  41. Waugh, "A Little Learning", p. 175
  42. Stannard, Vol. I pp. 76–77
  43. Sykes, p. 45
  44. Amory (ed.), p. 12
  45. Hastings, p. 112
  46. Stannard, Vol. I pp. 93–96
  47. Waugh, A Little Learning, pp. 210–12
  48. Hastings, pp. 116–34
  49. Stannard, Vol. I p. 112
  50. Waugh, A Little Learning, pp. 228–30
  51. Hastings, pp. 148–49
  52. Stannard, Vol. I pp. 145–47
  53. Patey, pp. 19–20
  54. Stannard, Vol. I p. 505
  55. Doyle, Paul A. "Some Unpublished Waugh Correspondence III". Evelyn Waugh Newsletter. 5 (1). Spring 1971. 10 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010.
  56. Sykes, pp. 73–75
  57. Waugh diaries, 3 and 4 September 1927: Davie (ed.), p. 289
  58. 1 2 Hastings, pp. 168–70
  59. Sykes, pp. 72–73
  60. Hastings, pp. 152–53
  61. Hastings, pp. 164–65
  62. Hastings, pp. 160–61
  63. Sykes, p. 84
  64. Hastings, pp. 175–76
  65. Stannard, Vol. I p. 157
  66. Hastings, pp. 177–79
  67. Hastings, pp. 180–82
  68. Davie (ed.), pp. 305–06
  69. Sykes, p. 96
  70. 1 2 Amory (ed.), p. 39
  71. 1 2 3 4 5 Patey, pp. 33–34
  72. Stannard, Vol. I p. 203–04
  73. Patey, pp. 35–39
  74. Waugh diaries, 22 December 1926: Davie (ed.), p. 237
  75. Waugh diaries, 20 February 1927: Davie (ed.), p. 281
  76. Sykes, p. 107
  77. "Come Inside", first published in The Road to Damascus (1949), ed. John O'Brien. London, W.H. Allen, reprinted in Gallagher (ed.). pp. 366–68
  78. Patey, p. 91
  79. Sykes, p. 109
  80. Stannard, Vol. I pp. 276, 310
  81. Hastings, pp. 272–81
  82. Hastings, pp. 296, 306
  83. Amory (ed.), pp. 72–78
  84. Stannard, Vol. I pp. 367–74
  85. Patey, p. 126
  86. Hastings, pp. 324–25
  87. Deedes, p. 15
  88. Davie, p. 391
  89. 1 2 Deedes, pp. 35–36
  90. Patey, p. 141
  91. Stannard, Vol. I p. 406
  92. Hastings, p. 263
  93. Hastings, p. 191
  94. Byrne, p. 155
  95. Hastings pp. 284–87
  96. Hastings, pp. 290–93
  97. Byrne, pp. 240–41
  98. Amory (ed.), pp. 103–05
  99. Byrne, pp. 260–61
  100. "Person Page". www.thepeerage.com. 6 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2016.
  101. Hastings, pp. 358–59
  102. Hastings, pp. 336 and 392
  103. Stannard, Vol. i pp. 470–71
  104. Sykes, p. 184
  105. Hastings, pp. 384–86
  106. Sykes, pp. 273–76
  107. Hastings, pp. 391–92
  108. Stannard, Vol. I pp. 490–501
  109. Stannard, Vol. II, p. 2
  110. Stannard, Vol. II p. 9
  111. Stannard, Vol. II p. 15
  112. 1 2 Stannard, Vol. II pp. 16–20
  113. Amory (ed.), p. 141
  114. Hastings, pp. 421–22
  115. Sykes, pp. 215–16
  116. Patey, p. 171
  117. Stannard, Vol. II pp. 66–67
  118. Hastings, p. 442
  119. Stannard, Vol. II p. 24
  120. Hastings, pp. 445–46
  121. Sykes, pp. 229–30
  122. Hastings, pp. 454–62
  123. Patey, p. 296
  124. Stannard, Vol. II pp. 113–14
  125. Stannard, Vol. II pp. 116–21
  126. Hastings, pp. 468–73
  127. Hastings, pp. 485–91
  128. 1 2 3 Hastings, pp. 494–95
  129. Patey, p. 224
  130. Gallagher (ed.), pp. 289–90
  131. Hastings, pp. 462 and 494–97
  132. Stannard, Vol. II p. 168
  133. 1 2 Patey, p. 251
  134. Sykes, pp. 338–42
  135. 1 2 Hastings, p. 554
  136. Waugh's article on the Goa visit, "Goa, the Home of s Saint" is reprinted in Gallager (ed.), pp. 448–56
  137. Patey, p. 289
  138. Stannard, Vol. II pp. 5, 82, 340
  139. Hastings, p. 553
  140. Hastings, pp. 531 and 537
  141. 1 2 Patey, pp. 153–54
  142. Davie (ed.), p. 658
  143. Patey, p. 324
  144. Amory (ed.), p. 415
  145. Brown, Mark. "Waugh at the BBC: "the most ill-natured interview ever" on CD after 55 years"". The Guardian. 15 April 2008. 9 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2010.
  146. Patey, p. 325
  147. Donaldson, pp. 56–61
  148. Patey, pp. 326, 338–41
  149. Edwin Newman, Strictly Speaking 134 (Indianapolis: Bobbs-Merrill Co., Inc. 1974).
  150. "Awake, My Soul, It Is a Lord", published in The Spectator, 8 July 1955, reprinted in Gallagher, (ed.), pp. 468–70
  151. Amory (ed.), p. 636
  152. Stannard, Vol. II pp. 385–86
  153. Stannard, pp. 382–83
  154. Amory (ed.), p. 477
  155. 1 2 Patey, pp. 339–41
  156. Wykes, p. 194
  157. 1 2 Hastings, pp. 591–92
  158. Stannard, Vol II pp. 254–55
  159. Stannard, Vol II pp. 415–16
  160. Patey, pp. 346–47
  161. Hastings, pp. 594–98
  162. Patey, p. 359
  163. Stannard, Vol. II p. 477
  164. Willett, John. "A Rake Raked Up". The Times Literary Supplement. 14 November 1963: 921.
  165. Stannard, Vol. II p. 480
  166. Amory (ed.), pp. 514–15
  167. "An Appreciation of Pope John" first published in the Saturday Evening Post, 27 July 1963, reprinted in Gallagher (ed.), pp. 614–18
  168. Hastings, pp. 616–20.
  169. Stinson, John J. "Evelyn Waugh and Anthony Burgess: Some Parallels as Catholic Writers". Evelyn Waugh Newsletter and Studies. 38 (2). September 2008. İstifadə tarixi: 12 May 2016.
  170. "More of the same, Please", first published in The Spectator 23 November 1962, reprinted in Gallagher (ed.), pp. 602–09.
  171. Amory (ed.), p. 633
  172. Stannard, Vol. II p. 485
  173. Hastings, pp. 620–24.
  174. Unpublished letter to John McDougall, 7 June 1965, quoted in Hastings, p. 622
  175. 1 2 Wykes, pp. 209–11
  176. Stannard, Vol. II p. 487
  177. Wilson, Scott. Resting Places: The Burial Sites of More Than 14,000 Famous Persons, 3d ed.: 2 (Kindle Location 49889). McFarland & Company, Inc., Publishers. Kindle Edition
  178. Hastings, pp. 625–26
  179. Lees-Milne, p. 169
  180. Auberon Waugh, p. 43
  181. Byrne (postscript), pp. 4–5
  182. Hastings, pp. 504–05
  183. Patey, p. 336
  184. Hastings, pp. 517–18
  185. Hastings, pp. 567–68
  186. Byrne, pp. 117–18
  187. Sykes, p. 185
  188. Hastings, p. 495. Clement Attlee led the post-war Labour government, 1945–51; Sir Stafford Cripps was Chancellor of the Exchequer, 1947–50.
  189. Donaldson, p. 15
  190. "Aspirations of a Mugwump", first published in The Spectator, 2 October 1959, reprinted in Gallagher (ed.), p. 537. A "mugwump" is defined in Collins English Dictionary (2nd ed. 2005), p. 1068 as a politically neutral or independent person.
  191. Unpublished letter to Edward Sackville-West, 2 July 1948, quoted in Hastings, p. 503
  192. Hastings, pp. 503–09
  193. Cooper (ed.), p. 88
  194. Unpublished letter from Nancy Mitford to Pamela Berry, 17 May 1950, quoted in Hastings, p. 505
  195. Patey, pp. 320–21
  196. Gallagher (ed.), p. 5
  197. Amory (ed.), p. 214
  198. Lebedoff, p. 161–62, 175–77
  199. Pritchett, V.S. "Poison Pens". The New York Times. 9 May 1997. 6 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2018.
  200. Wykes, p. 82–83
  201. Hitchens, Christopher. "The Permanent Adolescent". The Atlantic Monthly. May 2003. 2014-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25. (Hitchens is quoting Orwell)
  202. "People Who Want To Sue Me", Daily Mail, 31 May 1930, in Gallagher, pp. 72–73
  203. 1 2 3 Slater, p. xii
  204. James, p. 799
  205. Roberts, pp. 331–32
  206. 1 2 Hollis, pp. 5–7
  207. "The War and the Younger Generation", first published in The Spectator, 13 April 1929, reprinted in Gallagher, pp. 63–65
  208. Hollis, p. 8
  209. Gallagher, p. 155
  210. 1 2 Patey, p. 157
  211. Hollis, pp. 14–15
  212. 1 2 "Fan Fare", first published in Life magazine, 8 April 1946, reprinted in Gallagher (ed.), pp. 300–04
  213. Sykes, p. 319
  214. Patey, pp. 328–29
  215. Quoted from "Scott-King's Modern Europe" in Buckley, William F. "Evelyn Waugh R.I.P." National Review. 3 May 1966. 13 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2016.
  216. Hollis, pp. 35–36
  217. Unpublished letter to Ann Fleming, December 1962, reproduced in Slater, p. 487
  218. Stannard, Vol. I p. 158
  219. Hastings, pp. 313–14
  220. Stannard, Vol.I pp. 375–77
  221. Wykes, p. 112
  222. Hastings, p. 345
  223. Stannard, Vol. II pp. 72–73
  224. Stannard, Vol. II p. 148
  225. Osborne, John W. "Book Review: Christianity and Chaos". Evelyn Waugh Newsletter and Studies. Lock Haven, Pa.: Lock Haven University. 36 (3). 2006. 28 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 May 2016.
  226. Conor Cruise O'Brien in "The Pieties of Evelyn Waugh", reprinted in Stannard: Evelyn Waugh: The Critical Heritage, pp. 255–63. (O'Brien used the pen-name "Donat Donnelly").
  227. Patey, pp. 262–63
  228. Macaulay, Rose. "The Best and the Worst II: Evelyn Waugh". Horizon. December 1946: 360–76.
  229. Carpenter (ed.), p. 288
  230. Hastings, p. 492
  231. From Waugh's preface to the revised edition, published by Chapman and Hall, 1960.
  232. Hastings, pp. 538–41
  233. Stannard, Vol. II pp. 382–85
  234. Patey, p. 309
  235. Stannard, Vol. II p. 306
  236. Stannard, Vol. II pp. 438–39
  237. Patey, p. 343
  238. Amory (ed.), p. 571
  239. Hastings, p. 567
  240. Review by Geoffrey Wheatcroft of The Letters of Evelyn Waugh, Spectator, 11 October 1980. Reprinted in Stannard: Evelyn Waugh: The Critical Heritage, pp. 504–07
  241. 1 2 Hastings, p. 627
  242. Review by Philip Larkin of The Letters of Evelyn Waugh, The Guardian, 4 September 1980. Reprinted in Stannard: Evelyn Waugh: The Critical Heritage, pp. 502–04
  243. "100 Best TV Shows of All Time". Time. 27 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 November 2010.
  244. Stannard, Vol. II p. 492
  245. "The Beauty of His Malice". Time. 22 April 1966. 6 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 November 2010.
  246. Quoted in Byrne, p. 348

Mənbə redaktə

Xarici keçidlər redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024