İxlas Haqqinda Melumat - Vikipedia

İxlas Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İxlas— Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq mənasını verir.[1] İxlasla, ixlas ilə şəklində zərf kimi, ixlas göstərmək şəklində feil kimi istifadə olunur.

İxlasla, ixlas ilə – sədaqətlə, səmimi qəlblə, ürəkdən, ixlas göstərmək – yaltaqlanmaq, kiminsə xeyrinə çıxış etmək deməkdir.

İxlas sözü ərəb mənşəli alınma sözdür, Azərbaycan dilində sərbəst söz kimi işlənir; eləcə də, Azərbaycan dilinə fars dilindən keçmiş, əsasən sözdüzəldici şəkilçi - suffiks rolunu oynayan "kar", "keş" ilə birləşərək, yeni ixlaskar, ixlaskeş sözlərinin tərkibində də iştirak edir.

İxlas sözü Azərbaycan klassik ədəbiyyatında, Mirzə Fətəli Axundovun (Axundzadə) ( Nuxalılar: Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz, ”Hekayəti Molla İbrahim-Xəlil Kimyagər“; Mirzə Möhsün: Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam, „Aldanmış kəbakib”), Nəcəf bəy Vəzirovun əsərlərində (Mirzə Həbib: Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var, "Təzə əsrin ibtidası"[2]) və s., eləcə də dini xarakterli mətnlərdə (İman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz[3], Emeli saleh olmasi ucun Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır[4]) rast gəlinir.

  1. Azərbaycanca-rusca lüğət, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1985.
  2. Nəcəf bəy Vəzirov. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 304 səh.
  3. "Arxivlənmiş surət". 2020-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  4. https://ok.ru/teqvavegoz/topic/65668433316849

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024