İyirminci bahar (film, 1940) Haqqinda Melumat - Vikipedia

İyirminci bahar (film, 1940) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İyirminci bahar (film, 1940)

İyirminci bahar
Janr sənədli film
Rejissorlar Mikayıl Mikayılov
Vladimir Yeremeyev
Ssenari müəllifi Şamil Məlikyeqanov
Operatorlar Leon Aristakesov
Camal İsmixanov
İstehsalçı Azərfilm
İlk baxış tarixi 1940
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1940
Texniki məlumatlar 4 hissə
1304,8 metr
35 mm

Məzmun redaktə

Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir.

Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür.

Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır.

Filmin heyəti redaktə

Filmin üzərində işləyənlər redaktə

Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev
Ssenari müəllifi: Şamil Məlikyeqanov
Operator: Leon Aristakesov, Camal İsmixanov
Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev
Səs operatoru: Y.Qomerov
Rejissor assistenti: Lətif Səfərov

Mənbə redaktə

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67; 95.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər redaktə


Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024