İylənmiş corab Haqqinda Melumat - Vikipedia

İylənmiş corab Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İylənmiş corab

İylənmiş corab və ya qoxumuş corab – uzun müddət istifadə olunduqdan sonra spesifik xoşagəlməz qoxuya malik corablar. Qoxuya səbəb ammonyak, yağ turşuları (xüsusilə, izovalerian turşusu)[1]süd turşusu qarışığıdır. İylənmiş corablar it və ağcaqanad kimi bəzi heyvanları özünə cəlb edir.[2]

İylənmiş corabların qadağan olduğunu bildirən nişan.

İylənmiş corab qoxusunu tez-tez ayaqla əlaqələndirsələr də, insan ayağının süd məhsulları, pendir, sosiska, balıq kimi qidalarla təması nəticəsində yaranır, eləcə də, təbiətdə bəzi bitkilər də iylənmiş corab qoxusuna malikdir.[3][4][5][6] Bəzən iylənmiş corab qoxusuna binaların və avtomobillərin hava təmizləmə sistemlərində də təsadüf olunur və bu hal "iylənmiş corab sindromu" adlanır.

İylənmiş corab qoxusunu azaltmaq üçün corabın hazırlandığı parçalara xüsusi materiallar daxil etməyi təklif edən yeni texnologiyalar təklif olunmuşdur.

Analiz redaktə

Uzun müddət istifadə olunmuş corabdan gələn spesifik iyin bu birləşmələrdən qaynaqlandığı düşünülür:

Tibb redaktə

İylənmiş corab qoxusu izovalerik asidoz xəstəliyinin əlamətlərindən biridir. 2-ci növ diabeti müalicə etmək üçün istifadə olunan metformin maddəsindən bənzər qoxu gəldiyi üçün pasiyentlər bu dərmandan imtina edirlər.[8] Yaponiyada istifadə olunan qoxubilmə testlərinin biri "tərli corab" iyisini müəyyən etməyə əsaslanıb.[9]

Alkil nitritlər yeni olduqda meyvə qoxusu versə də, vaxt keçdikcə onlardan iylənmiş corab iyisi gəlir.[10]

Mübarizə redaktə

 
İylənmiş corab qravilleyası.

İylənmiş corablardakı spesifik qoxu ilə mübarizə aparmaq üçün bir neçə həll yolu təklif edilmişdir.

İngiltərənin Brayton şəhərindəki bir polis məntəqəsində həbs olunan şəxslərin corablarını saxlamaq üçün qoxukeçirməz şkaf quraşdırılıb.[11]

Corabların iylənməsinin qarşısını almaq üçün yeni növ texnoloji parçalar inkişaf etdirilib. 1997-ci ildə Britaniya alimləri corabın iylənməməsi üçün xüsusi parça ixtira etmişdilər.[12] İyin qarşısını almaq üçün gümüş nanoparçaları ilə dizenfeksiya variantı da təklif edilmişdir.[13] Hətta 2009-cu ildə ABŞ Hava Qüvvələri Akademiyası antimikrob gümüş lif texnologiyası ilə hazırlanmış corablar istədiyini bildirmişdir.[14] Lakin Arizona Universitetində aparılmış araşdırma zamanı gümüş nanohissəciklərinin corabların yuyulması zamanı çıxa biləcəyi və təbiətə ziyan vuracağı bildirilmişdir.[15] 2000-ci ildə Kaliforniya Universiteti corablara halamin birləşmələri daxil etməklə qoxunun qarşısını almaq üçün layihə başlatmışdır.[16] 2005-ci ildə Dow Corning şirkəti alkoksilanları təklif etmişdir.[17]

2011-ci ildə Corciya Universitetinin komandası corabların antimikrob təmizlənməsi üçün yeni üsul təklif etmişdir.[18]

Canlılara təsiri redaktə

İylənmiş corab qoxusu ən çox ağcaqanadları özünə cəlb edir.[19] Buna görə malyariya ilə mübarizə zamanı iylənmiş corab qoxusundan ağcaqanadları idarə etmək üçün istifadə olunur.[20] Hətta Vaqeninqen Universitetində sintetik corab qoxusu istehsal olunmuşdur. Şərqi Afrikada yaşayan Evarcha culicivora növündən olan hörümçəklər ağcaqanadlarla qidalandığı üçün onlar da iylənmiş corab qoxusuna yaxınlaşırlar.[21] İylənmiş corab qoxusu ayı kimi təhlükəli heyvanları da özünə cəlb edir.[22] Maralları uzaqlaşdırmaq üçün iylənmiş corabdan istifadə olunur.[23]

Grevillea leucopteris növündən olan bitki növünün çiçəkləri iylənmiş corab qoxusuna bənzər qoxuya malik olduğu üçün bu növü "iylənmiş corab qrevilleyası" və ya "köhnə corablar" adlandırırlar.[24] İylənmiş corab qoxusuna malik digər bitki növü isə müşk sürvəsidir.[25] Amanita cinsindən olan göbələklər də bənzər qoxuya malikdirlər.[26]

İstinadlar redaktə

  1. "In Short: Taste & Smell". Johns Hopkins University. 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.
  2. Kent Mensah, "Smelly socks to fight malaria", Africa News, 21 June 2010, 27 June 2010 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 20 August 2021
  3. Stephanie Clark; Michael Costello; Floyd Bodyfelt; MaryAnne Drake, The sensory evaluation of dairy products, シュプリンガー・ジャパン株式会社, 2008, səh. 114, Bibcode:2009sedp.book.....C, ISBN 978-0-387-77406-0, 2021-08-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  4. Patrick F. Fox; P. F. Fox; Timothy M. Cogan; Timothy P. Guinee, Fundamentals of cheese science, Springer, 2000, səh. 220, ISBN 978-0-8342-1260-2, 2021-08-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  5. Yiu H. Hui; Y. H. Hui, Handbook of food and beverage fermentation technology, CRC Press, 2004, səh. 408, ISBN 978-0-8247-4780-0, 2021-08-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  6. Pham, A.J.; Schilling, M.W.; Yoon, Y.; Kamadia, V.V.; Marshall, D.L., "Characterization of Fish Sauce Aroma-Impact Compounds Using GC-MS, SPME-Osme-GCO, and Stevens' Power Law Exponents", Journal of Food Science, 73 (4), 2008: C268–74, doi:10.1111/j.1750-3841.2008.00709.x, PMID 18460121
  7. 7,0 7,1 7,2 7,3 7,4 7,5 Chamila J. Denawaka, Ian A. Fowlis, John R. Dean, "Source, impact and removal of malodour from soiled clothing", Journal of Chromatography A, 1438, 18 March 2016: 216–225, doi:10.1016/j.chroma.2016.02.037, PMID 26898151
  8. "Regimens: Pungent Pills". New York Times. 2010-02-15. 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
  9. Shiga, Hideaki; Miwa, Takaki; Tsukatani, Toshiaki; Kinoshita, Yayoi; Saito, Sachiko; Kobayakawa, Tatsu; Deguchi, Yuichi; Furukawa, Mitsuru, "Olfactory Disturbance Screening with the Odor Stick Identification Test (OSIT-J) in Executive Checkups", Nippon Jibiinkoka Gakkai Kaiho, 110 (8), 2007: 586–91, doi:10.3950/jibiinkoka.110.586, PMID 17874540, 2018-10-30 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  10. Substance Use and Misuse: Nature, Context, and Clinical Interventions Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine. G. Hussein Rassool[ölü keçid]. Wiley-Blackwell, 1998. ISBN 0-632-04884-0. p.48
  11. "Scent to jail", Sunday Mirror, Jun 5, 2005, November 4, 2012 tarixində orijinalından arxivləşdirilib
  12. The Mirror, February 1997, Smelly socks get the boot.
  13. Roger Highfield, Slivers of silver solve the problem of smelly socks, The Daily Telegraph, 25 Jun 2003, 20 August 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: 20 August 2021
  14. "USAF Academy Cadet Socks". Federal Business Opportunities. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-14.
  15. "Nanotechnology Law Report" (PDF). Porter Wright Morris & Arthur LLP. səh. 5. 2011-07-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.
  16. "New Invention Creates Odor-Free Socks, Infection-Fighting Scrubs". University of California. 2000-10-03. 2016-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-14.
  17. "A New, Durable Antimicrobial Finish for Textiles" (PDF). texbac.de. 2022-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-07-14.
  18. Moskvitch, Katia. "New solution can help 'permanently get rid of germs': A new anti-microbial treatment that can make clothing - including smelly socks - permanently germ-free has been developed by US scientists". BBC News. BBC. July 7, 2011. September 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2011.
  19. L. Patricia Kite, Insect Facts and Folklore, 2001-01-01, ISBN 978-0-7613-1822-4, 2021-08-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  20. Dixon, Robyn. "Smelly socks could help curb malaria". Los Angeles Times. August 14, 2011. September 27, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  21. Victoria Gill, Mosquito-eating spider likes smelly socks, BBC, 16 February 2011, 8 April 2012 tarixində arxivləşdirilib, İstifadə tarixi: 20 August 2021
  22. Dave Smith, Backcountry Bear Basics: The Definitive Guide to Avoiding Unpleasant Encounters, 2006, səh. 119, ISBN 978-1-59485-028-8, 2022-05-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  23. Conners, Maureen. "Not even the deer like old, smelly socks". The Sun. August 5, 2001. İstifadə tarixi: 2010-07-07.[ölü keçid]
  24. Don Burke, The complete Burke's backyard, 2005-11-01, ISBN 978-1-74045-739-2, 2022-05-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  25. Rosemary Alexander, The Essential Garden Design Workbook, 2009-05-27, səh. 210, ISBN 978-0-88192-975-1, 2021-08-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20
  26. William C. Roody, Mushrooms of West Virginia and the Central Appalachians, April 2003, səh. 50, ISBN 978-0-8131-9039-6, 2021-08-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-20

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023