Şükür Həmidov Haqqinda Melumat - Vikipedia

Şükür Həmidov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şükür Həmidov

Azərbaycanın Milli Qəhrəmanı

Şükür Nəriman oğlu Həmidov (1 aprel 1975, Armudlu, Qubadlı rayonu22 oktyabr 2020[1], Qubadlı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki;[2] Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini; İkinci Qarabağ müharibəsi şəhidi.

Şükür Həmidov
Şəxsi məlumatlar
Doğum adı Şükür Nəriman oğlu Həmidov
Doğum tarixi
Doğum yeri Armudlu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Mahmudlu, Qubadlı rayonu, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Könül Əliyeva
Uşaqları Əzizə, Nurlan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə 2-ci Ordu Korpusu
Xidmət illəri 1993—2020
Rütbəsi Polkovnik
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri
"Qızıl Ulduz" medalı
"Zəfər" ordeni — 2021 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.

Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, FüzuliQubadlıda gedən döyüşlərdə savaşıb[3], oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[4]

Həyatı redaktə

Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur.[2][5] Atası — Nəriman Həmidov ibtidai sinif müəllimidir.[6] Anası — Şərqiyyə Həmidova isə evdar qadındır.[6] Şükür Həmidov ailənin doqquzuncu övladı idi.[7] Şükür Həmidovun ailədə altı bacısı və üç qardaşı olmuşdur.[7] 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayırlar.[6]

Təhsili redaktə

 
Şükür Həmidov müdavim olan zaman (1995-ci il)

Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır.[7] 80-ci illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur.[8] Müharibənin yeni-yeni alovlandığı 1990-cı ildə Şükür Həmidov sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir.[7] 1993-cü ildə oradan məzun olan Şükür Həmidov, həmin ildəcə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.[7]

Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olmuşdur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.

2006-cı ilin avqustundan isə Şükür Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurmuşdur.

Ailəsi redaktə

Şükür Həmidov 2003-cü il avqustun 11-də Könül Əliyeva ilə ailə həyatı qurmuşdur.[6] 2005-ci il təvəllüdlü Əzizə adında qızı və 2008-ci il təvəllüdlü Nurlan adında oğlu yadigar qalmışdır.[6]

Hərbi xidməti redaktə

1995-ci ildə ali hərbi təhsilini başa vuran Şükür Həmidov, Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilmişdir və 11 il orada xidmət etmişdir.[6]

Şükür Həmidov 1995-ci il iyunun 7-dən 1999-cu il iyunun 22-nə qədər Culfa şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət etmişdir.[7] Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən "leytenant" hərbi rütbəsi verilmişdir.[6]

Daha sonra o, 1999-cu il iyunun 22-dən 2002-ci il sentyabrın 1-nə qədər Şahbuz şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Bölüyün Komandiri vəzifəsində xidmət eləmişdir. 3 il ərzində ona 2 dəfə yeni hərbi rütbə verilmişdir — 1999-cu il iyunun 30-da "baş leytenant" hərbi rütbəsi, 2002-ci il iyunun 30-da isə "Kapitan" hərbi rütbəsi almışdır.[6]

2002-ci il sentyabrın 1-də Şükür Həmidov Şahbuz şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini vəzifəsinə təyin edilmişdir. 2003-cü il sentyabrın 25-nə qədər bu vəzifədə xidmət edən Şükür Həmidov, 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.[6]

2005-ci il iyunun 30-da "mayor" hərbi rütbəsi almasından 15 gün sonra isə o, həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilmişdir. 2006-cı il avqustun 10-na qədər həmin vəzifədə xidmət edən Şükür Həmidov, 2006-cı ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurmuşdur.[6]

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrində 11 il qüsursuz xidmət edən Şükür Həmidov, 2008-ci il iyunun 25-də Ağcabədi rayonunda "N" saylı hərbi hissədə 1-ci Taborun Komandiri vəzifəsində xidmət eləməyə başlamışdır. 2009-cu il sentyabrın 10-na qədər bu vəzifədə xidmət edən Şükür Həmidov, növbəti dörd il ərzində müxtəlif hərbi hissələrdə Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.[6]

2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində "N" saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət edən Şükür Həmidov, qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə "polkovnik-leytenant" hərbi rütbəsi almışdır. Daha sonra o, 2011-ci il iyunun 18-dən 2012-ci il fevralın 12-nə qədər Beyləqan rayonunda "N" saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi, 2012-ci il fevralın 12-dən 2013-cü il yanvarın 18-nə qədər isə Ağcabədi rayonunda "N" saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.[6]

Müdafiə Nazirliyinin 18 yanvar 2013-cü il tarixli əmrinə əsasən Şükür Həmidov Tərtər rayonunda "N" saylı hərbi hissənin Komandiri vəzifəsinə təyin edilmişdir. 2014-cü il fevralın 15-nə qədər bu vəzifədə çalışan Şükür Həmidov, daha sonra 9 ay ərzində Bərdə rayonunda "N" saylı hərbi hissədə xidmət eləmişdir. O, 2014-cü il fevralın 15-dən 2014-cü il mayın 9-na qədər əməliyyat şöbəsi (N) rəisinin qoşun xidmətinə nəzarət üzrə baş yardımçısı, 2014-cü il mayın 9-dan 2014-cü il noyabrın 27-nə qədər isə əməliyyat şöbəsi (N) rəisinin müavini vəzifəsində çalışmışdır.[6]

Daha sonra Şükür Həmidov yenidən cəbhə bölgələrində xidmətini davam eləmişdir. O, 2014-cü il noyabrın 27-dən 2015-ci il fevralın 3-nə qədər Goranboy rayonunda "N" saylı hərbi hissəsində Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət eləmişdir. Ardınca isə 2015-ci il fevralın 3-dən 2015-ci il iyulun 15-nə qədər Horadiz şəhərində "N" saylı hərbi hissəsində Komandirin müavini — Qərargah rəisi vəzifəsinə, həmin il iyulun 15-də isə "N" saylı hərbi hissənin Komandiri vəzifəsinə təyin edilmişdir.[6]

Aprel döyüşləri redaktə

border=none  Əsas məqalə: Aprel döyüşləri
 
Azərbaycan Prezidenti İlham Əliyev Aprel döyüşlərinin ildönümü münasibətilə hərbçiləri qəbul edən zaman
Soldan sağa: Ş. Həmidov, M. Bərxudarov, Z. Həsənov, İ. Əliyev, N. Sadıqov, H. Həsənov

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şükür Həmidov Horadiz şəhərində "N" saylı hərbi hissənin Komandiri idi. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.[9]

Polkovnik-leytenant Şükür Həmidova Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığının yerinə yetirən zaman göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilmişdir.[10] Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilmişdir.[11]

Şükür Həmidov 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təntənəli hərbi parad zamanı Azərbaycan Ordusunun 2016-cı ilin aprelində Füzuli, CəbrayılTərtər rayonlarının 800 ha.-dan çox ərazisinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin və 2018-ci ilin mayında Naxçıvan MR ərazisində 10 000 ha.-dan çox ərazinin işğaldan azad edilməsində fərqlənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrin döyüş bayrağlarının olduğu bayraq qrupunun rəhbəri olmuşdur.[7][12][13]

İkinci Qarabağ müharibəsi redaktə

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[14] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[15]

2-ci Ordu Korpusunun Komandir müavini olan Şükür Həmidov, cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri idi. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılmışdır. Müharibənin birinci günündə AzərbaycanErmənistan bölmələri arasında təmas xətti yarılmışdır və qısa müddət ərzində Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, QaraxanbəyliQərvənd işğaldan azad edilmişdir.[16] Strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır.[17] 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir.[18] Bundan sonra Füzuli rayonu istiqamətində ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, QaraqolluXatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edilmişdir.[19][20]

 
Şükür Həmidov İkinci Qarabağ müharibəsi zamanı əsgərləri ilə çiyin-çiyinə döyüşən zaman

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olmuşdur və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur.[17] 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı QüvvələrinDaxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, PirəhmədliQoçəhmədli işğaldan azad edilmişdir.[17][21] Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur.[17][21] Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir.[17] O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.[17]

20 gün ərzində davam edən Arazboyu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun Araz boyunca yerləşən yaşayış məntəqələrinin işğaldan azad edilməsi nəticəsində Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonuna hücum əməliyyatı hazırlamışdır.[22][23][24][25][26] Oktyabrın 20-də 2-ci Ordu KorpusuDövlət Sərhəd Xidmətinin qatıldığı Zəngilanın azad edilməsi nəticəsində qısa müddət ərzində Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan, Zərnəli, həmçinin Zəngilan şəhəri işğaldan azad edilmişdir.[27]

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləndi. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun da şəxsən qatıldığı döyüşlər başlamışdır. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur.[28] Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mahmudlu istiqamətində döyüşmüşdür.[29] Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə həlak olmuşdur.

Ölümü və dəfn mərasimi redaktə

Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də səhər radələrində Qubadlı rayonu istiqamətində döyüş zamanı ön xətdə həlak olmuşdur.[30][31]

Oktyabrın 22-də axşam saatlarında Şükür Həmidovunun nəşi yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Dəfn mərasimi isə bir gün sonra baş tutmuşdur. Oktyabrın 23-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olan polkovnik Şükür Həmidovla vida mərasimi baş tutmuşdur. II Fəxri Xiyabanda baş tutan vida mərasimində müdafiə naziri Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı Mədət QuliyevRövşən Əkbərov, ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermişdir.

Dəfn mərasimində çıxış edənlər Şükür Həmidovun həyat və döyüş yolları barədə məlumat vermişdir. Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Şükür Həmidov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınmışdır.

Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onun ailəsinə təqdim etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Həmidov ölümündən sonra "Zəfər" ordeni ilə təltif edildi.[32]

Azərbaycanın Füzuli rayonunun, Cəbrayıl rayonununQubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[33][34][35]

Şəhid Şükür Həmidovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna şəhidin qohumu, muzeyin əməkdaşı Zümrüd İsmayılova vasitəsi ilə təhvil verilib.[36]

Təltifləri redaktə

 
Azərbaycan Prezidenti İlham Əliyev Şükür Həmidova "Qızıl Ulduz" medalını təqdim edən zaman (22.04.2016)

İrsi və xatirəsi redaktə

2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Şükür Həmidovun həyatı və döyüş yolundan bəhs edən 2017-ci ildə "Aprel yüksəkliyi" adlı kitab işıq üzü gördü.[6]

2019-cu il fevralın 26-da Nizami Kino Mərkəzində Şükür Həmidovun döyüş yoluna həsr olunan "Aprel yüksəkliyi" sənədli filmi təqdim olunub.[44] Filmi "Salnaməfilm" studiyası lentə alıb. Sənədli filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov idi.[45][46]

Şükür Həmidovun şəhid olmasından bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev onun atası Nəriman Həmidovla telefonla danışıb. İlham Əliyev Şükür Həmidovun şəhid olması ilə bağlı başsağlığı verib və onun Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olduğunu bildirmişdir. İlham Əliyev Şükür Həmidovun doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.

2021-ci il aprelin 2-də İctimai TV-də Şükür Həmidova həsr olunan sənədli filmi təqdim olunmuşdur. 20 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.[47]

2021-ci ildə Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun adı verilmişdir.[48][49]

Haqqında yazılmış şeirlər redaktə

  • Tapdıq Əlibəyli. "Qəhrəman polkovnik Şükür Həmidov" ; "Payız çöhrəsində yazdı 44 gün", 2021-ci il (kitab)[50]

İstinadlar redaktə

  1. Ilham Aliyev had a phone conversation with Nariman Hamidov, father of National Hero Shukur Hamidov who became a martyre in the liberation of Gubadli district.
  2. 1 2 Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  3. AzTV. "Milli Qəhrəman Şükür Həmidovun anım günüdür" (az.). Youtube.com. 22.10.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  4. Azərbaycan Televiziyası. "Şükür Həmidov şəhid oldu". www.youtube.com (  YouTube portalı / "AZTV" səhifəsi) (az.). 28.10.2020. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.10.2020.
  5. Anar Kəlbiyev. "Şükür Həmidov arzusuna çatdı... - FOTOLAR". www.azvision.az ("AzVision" İnformasiya Agentliyi). 22.10.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.10.2020.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Güləmail Murad. "Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov haqda "Qəhrəmanlıq Yüksəkliyi"" (PDF). www.anl.az (Azərbaycan Milli Kitabxanası). 18.01.2021. 2021-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18.01.2021.
  7. 1 2 3 4 5 6 7 "Belə Belə İşlər" səhifəsi. "Milli Qəhrəman Şükür Həmidovun döyüş yolu". www.youtube.com (  YouTube portalı / "Belə Belə İşlər" səhifəsi) (az.). 01.11.2020. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2020.
  8. İctimai TV. "Qubadlıda dünyaya göz açıb, o torpaqda da şəhid olan Şükür Həmidovdan qalan xatirələr". www.youtube.com (  YouTube portalı / "İCTİMAİ TV" səhifəsi) (az.). 30.10.2020. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.10.2020.
  9. İctimai TV. "Aprel döyüşlərinin əsgərlərimizə yaşatdığı Zəfər anı". www.youtube.com (  YouTube portalı / "İCTİMAİ TV" səhifəsi) (az.). 04.04.2019. 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.04.2019.
  10. Müdafiə Nazirliyi. "Müdafiə naziri cəbhə xəttində olub". www.mod.gov.az (az.). 10.05.2016. 2021-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.05.2016.
  11. "Modern.az" İnformasiya Agentliyi. "Müdafiə naziri cəbhə xəttində olub". www.modern.az (az.). 10.05.2016. 2021-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.05.2016.
  12. Müdafiə Nazirliyi. "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təntənəli hərbi parad baş tutub". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 26.06.2018. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.06.2018.
  13. Azərbaycan Prezidentinin rəsmi saytı. "İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə baş tutan təntənəli hərbi paradda olub". www.president.az (az.). 26.06.2018. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.06.2018.
  14. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  15. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  16. Müdafiə Nazirliyi. "Azərbaycan Ordusu işğal altında olan bir sıra yaşayış məntəqələrimizi azad edib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  17. 1 2 3 4 5 6 Azərbaycan Prezidentinin rəsmi saytı. "İlham Əliyev xalqa müraciət edib". www.president.az (az.). 17.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2020.
  18. Şəfiqə Nazimqızı. "İlham Əliyev: "Hadrut qəsəbəsi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 09.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.10.2020.
  19. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Azərbaycan Ordusu daha 8 Kəndi işğaldan azad elədi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 14.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.10.2020.
  20. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Daha 6 Kənd işğaldan azad edildi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 15.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2020.
  21. 1 2 Xəbərlər şöbəsi. "İlham Əliyev: "Füzuli şəhəri və rayonun daha bir neçə Kəndi işğaldan azad olunub azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 17.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2020.
  22. Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
  23. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Biz haqq yolundayıq"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2020.
  24. Xəbərlər şöbəsi. "Prezident İlham Əliyev daha bir neçə qələbə xəbərini elan etdi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 05.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2020.
  25. Emin Məmmədov. "Ali Baş Komandan: "Xudafərin Körpüsünün üzərində Azərbaycan bayrağı qaldırılıb"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 18.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.10.2020.
  26. Anar Tağıyev. "Azərbaycan Prezidenti: "Cəbrayılın 13 Kəndi azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 19.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.10.2020.
  27. Xəbərlər şöbəsi. "Prezident: "Zəngilan şəhəri və rayonun 6 Kəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 20.10.2020. 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.10.2020.
  28. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Qubadlının 4 Kəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 23.10.2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
  29. Xəbərlər şöbəsi. "Qubadlı şəhəri işğalçılardan azad edilib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 25.10.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.10.2020.
  30. Azərbaycan Televiziyası. "Prezident Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verib". www.aztv.az (Azərbaycan Televiziyasının rəsmi saytı) (az.). 23.10.2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
  31. "Prezident şəhid Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb". www.medeniyyet.az ("Mədəniyyət" nəşri) (az.). 23.10.2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
  32. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  33. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  34. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  35. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  36. "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  37. 1 2 3 4 5 6 7 8 9 "Azərbaycanın Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidovun tərcümeyi-halı" (PDF). www.anl.az (Azərbaycan Milli Kitabxanası). 10.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10.12.2020.
  38. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 20 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamı". www.e-qanun.az. 20.04.2016. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2016.
  39. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  40. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  41. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  42. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  43. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  44. Mirmehdi Ağaoğlu. ""Aprel yüksəkliyi" sənədli filminin təqdimatı baş tutub". www.apa.az ("APA" İnformasiya Agentliyi) (az.). 27.02.2019. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.02.2019.
  45. Xəbərlər şöbəsi. ""Aprel yüksəkliyi" filmi təqdim olundu". www.moder.az ("Modern.az" İnformasiya Agentliyi) (az.). 26.02.2019. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.02.2019.
  46. Mədəniyyət Nazirliyi. ""Aprel yüksəkliyi" sənədli filminin təqdimatı baş tutub". www.medeniyyet.gov.az (Mədəniyyət Nazirliyinin rəsmi saytı) (az.). 26.02.2019. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.02.2019.
  47. "Heç kim unudulmur, heç nə yaddan çıxmır - Şükür Həmidov - 02.04.2021". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  48. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  49. "Polad Həşimov, İlqar Mirzəyev və Şükür Həmidovun adı məktəblərə verilib". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  50. ""Payız çöhrəsində yazdı 44 gün"" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-13.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024