Şükriyyə Axundzadə Haqqinda Melumat - Vikipedia

Şükriyyə Axundzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şükriyyə Axundzadə

Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı.

Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batumoktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı.

Şükriyyə Axundzadə
Doğum tarixi 1902
Doğum yeri
Vəfat tarixi oktyabr 1993
Vəfat yeri
Həyat yoldaşı

1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib.

1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb.

Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub.

Haqqında redaktə

Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub.[1] Burada qızlar gimnaziyasını bitirib.[2]

Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb.[3] Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub. Onunla ailə qurmaq üçün elçi getsə də Şükriyyə xanımın atasına buna razılıq verməyib. Nəticədə Şükriyyə xanım Əhməd Cavadla qaçır və onlar Gəncədə ailə qururlar.[4]

1920-ci ildə Aprel işğalından sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir.[5] Şükriyyə Cavad da ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə köçür.[6] 1922-ci ilə qədər burada yaşayırlar. Daha sonra isə Bakıya köçürlər.[7]

1937-ci il iyunun 3-dən 4-nə keçən gecə Əhməd Cavad və həyat yoldaşı Şükriyyə xanım həbs olunurlar.[8][9] Bir neçə gün sonra Şükriyyə xanım həbsdən buraxılır.[8] 1937-ci il oktyabrın 27-də onu təkrar həbs edirlər.[10][11] Əhməd Cavad həbs olunduqdan sonra Şükriyyə Cavada təklif olunur ki Əhməd Cavaddan boşanıb qızlıq soyadına qayıtsın.[12] Bununla da ona toxunmayacaqlarını, əks təqdirdə isə sürgün edəcəklərini deyirlər.[13] Şükriyyə Cavad isə boşanmaq tələbini rədd edir.[14] Bir neçə müddət həbsxanada saxlanıldıqdan sonra dekabrın 9-da Şükriyyə xanıma 8 il həbs cəzası verilir.[15][11] Onu "xalq düşməninin ailə üzvü" kimi əmək düşərgəsinə göndərirlər.[11] Cəzasını çəkmək üçün 1938-ci il fevralın 2-də Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə çatıb.[11][16]

1945-ci il oktyabrın 14-də[11] həbs müddəti bitdikdən sonra azadlığa çıxıb və Azərbaycana qayıdıb. Bakıda yaşamasına icazə vermədiklərinə görə Şəmkirə köçüb.[17] Sürgündən qayıtdıqdan sonra bir neçə il Əhməd Cavadın hələ sağ olduğunu düşünüb. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, SSRİ Nazirlər Sovetinin sədrinə belə müraciət edib. Yalnız 1955-ci ildə ona Əhməd Cavadın 1937-ci ildə öldürüldüyünün xəbərini veriblər.[2][18]

1955-ci ilin dekabr ayında bəraət qazanıb.[4]

1993-cü il oktyabr ayında Şəmkirin Çinarlı kəndində dünyasını dəyişib.[19]

Xatirəsi redaktə

1917-ci ildə Əhməd Cavad Şükriyyə xanıma "Şükriyyəm üçün" şeirini həsr edib. Daha sonra Emin Sabitoğlu bu şeirə musiqi bəstələyib və bu mahnı bir çox müğənnilər tərəfindən "Şükriyyə taleyim" adı ilə ifa olunub.

2018-ci ildə yazıçı Sevinc Ədalətqızı tərəfindən yazılmış "Cavad və Şükriyyə dastanı" adlı kitabın təqdimatı baş tutub.[20]

2019-cu ildə Bakıda açılmış "Siyasi Repressiya Qurbanları Muzeyi"-ndə repressiya qurbanı olan qadınlara həsr olunmuş guşədə Şükriyyə Axundzadənin həbsi və cəzası ilə bağlı olan sənədin surəti saxlanılır.[21]

2021-ci ildə yazıçı Ülviyyə Tahir Şükriyyə Axundzadə haqqında, onun sürgündə keçən həyatı haqqında "Şükriyyə taleyim" adlı tarixi roman yazıb.[22][23]

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub.[24][25] Tamaşada Şükriyyə Cavadın faciəli həyatına da yer verilib.[26]

2023-cü il iyunun 30-da Akademik Milli Dram Teatrında "Şükriyyə" tamaşasının premyerası keçirilib[27][28]. Tamaşa Cavid Zeynallının "Şükriyyə" pyesi əsasında hazırlanıb və Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.[29]

Ailəsi redaktə

Atası Süleyman bəy Bejanidze acar knyazlarının nəslindən olub. Əsilləri Zendidi kəndindəndir. Burada onların ailə qəbiristanlıqları var, mülkləri və limanları da olub.[30]

Şükriyyə Cavad və Əhməd Cavadın 5 övladı olub. Niyazi, Aydın, Tuqay, Yılmaz adlı oğulları və Almaz adlı qızları. 1936-cı ildə qızları Almaz 16 yaşında sarkoma xəstəliyindən dünyasını dəyişib.[31]

Əhməd Cavadın öldürülməsi və Şükriyyə Axundzadənin sürgün edilməsindən sonra 2 yaşlı Yılmaz körpələr evinə verilmiş,[6] 14 yaşlı Tuqay çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulmuş yetimxanaya, 16 yaşlı Aydın isə Keşlə həbsxanasına göndərilmişdi.[32][33]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Ахунд-Заде Шукурия Сулейман Кизы" (az.). Жертвы политического террора в СССР. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  2. 1 2 "Təhdidlərə baxmayaraq Əhməd Cavaddan boşanmadı, 8 il sürgündə oldu, ərinin ölümünü on beş ildən sonra öyrəndi – Şükriyyə Axundzadə haqqında maraqlı faktlar" (az.). kulis.az. 2023-02-23. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  3. Əyyub Qiyas. "Anar AXUNDZADƏ: "67 ildən sonra Əhməd Cavadın əmanəti bizə çatdı"" (az.). Ədəbiyyat qəzeti. 2020-10-19. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  4. 1 2 Həmidə Nizamiqızı. "Dözümün lal sükutu, Kabus illərin salnaməsi və ya zəncirlənmiş son ümid" (az.). Mədəniyyət qəzeti. 2012-08-03. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  5. О.Буланова. "Ахмед Джавад: Поэт независимости, жертва красного террора" (rus). azerhistory.com. 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
  6. 1 2 "Azərbaycanın İstiqlal şairi - Əhməd Cavad - Nəsiman YAQUBLU". Edebiyyatqazeti.az. 2022-07-05. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  7. tərtibçi A.Məmmədova. Əhməd Cavad – 130 (PDF). Bakı: Azərbaycan Milli Kitabxanası. 2022. səh. 7. 2023-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-24.
  8. 1 2 Cəlal Qasımov . Siyasi repressiya həyatda və ədəbiyyatda (1920-1950-ci illər) (PDF). Bakı: Elm və təhsil. 2020. səh. 395. 2023-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-19.
  9. tərtibçi A.Məmmədova. Əhməd Cavad – 130 (PDF). Bakı: Azərbaycan Milli Kitabxanası. 2022. səh. 9. 2023-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-24.
  10. "Ахунд-Заде Шукурия Сулейман Кизы (1902)" (rus). openlist.wiki. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  11. 1 2 3 4 5 "Книга памяти репрессированных бакинцев: А" (rus). ourbaku.com. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
  12. Nəsiman Yaqublu. "Əhməd Cavad haqqında Şükriyyə xanımla söhbətlərim..." (az.). aqreqator.az. 2020-05-05. 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  13. Leyla Sarabi. "Əhməd Cavadın nəticəsi sirləri açdı: Bağırov tövsiyə edirmiş ki, Cavad ailəsinin..." (az.). publika.az. 2021-02-24. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  14. Mais Əmrahov. 1937-1938-ci il Repressiyaları Sovet Dövlətinin Azərbaycan Xalqına Qarşı Soyqırımı Siyasətinin Davamı. Akademik Tarih ve Düşünce Dergisi. 2022. səh. 814. Archived from the original on 2023-07-19. İstifadə tarixi: 2023-09-09.
  15. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 356. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  16. İlahə Əhmədova. "ALJİR- Akmola siyasi repressiya qurbanları düşərgəsində 44 azərbaycanlı qadın sürgün həyatı yaşayıb" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2017-10-26. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  17. Abuzər Bağırov. Жертва красного террора (PDF). Bakı: IRS Heritage. 2020. səh. 14. 2023-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-19.
  18. Tahir, Ulviyya. [[Şükriyyə taleyim (roman) |Şükriyyə Taleyim]] (az.). Baku: Parlaq İmzalar Nəşriyyatı. 2021. 250. ISBN 9789952525922.
  19. moderator.az. "Əhməd Cavad haqqında Şükriyyə xanımla söhbətlərim... - Nəsiman Yaqublu". moderator.az (az.). İstifadə tarixi: 2023-10-23.
  20. "Əhməd Cavad haqqında kitablar təqdim edilib" (az.). medeniyyet.az. 2018-07-06. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  21. ""Siyasi repressiya qurbanlari" muzeyi". web.archive.org. 2023-02-03. Archived from the original on 2023-02-03. İstifadə tarixi: 2023-10-13.
  22. Tükəzban Məmmədli. ""Şükriyyə taleyim"" (az.). yeniavaz.com. 2022-12-20. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  23. Ceylan Mumoğlu. "Ülviyyə Tahirin Şükriyyə Taleyim romanı haqqında müzakirə" (az.). academia.edu. 2021-04-04. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  24. ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  25. "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  26. ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  27. Əli Nəcəfxanlı. "Repressiya qurbanı – "Şükriyyə" - Yeni tamaşa" (az.). sia.az. 2023-07-05. 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  28. "Состоялась премьера спектакля «Шукрия»" (rus). furor.az. 2023-07-04. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  29. ""Şükriyyə" tamaşasının premyerası olub" (az.). trend.az. 2023-07-01. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  30. "Ахмед Джавад. Судьба человека" (rus). Nargis jurnalı. 2022-07-25. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  31. ""Cavad adını mənə Şükriyyə nənəm verib, o dünyasını dəyişəndə 13 yaşım vardı..."" (az.). ednews.net. 2021-11-27. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  32. İrəvanlı, Mürsəl. "Gəlin Əhməd Cavad Axundzadəni xatırlayaq" (PDF). Türküstan qəzeti (az.). Bakı. 2021-02-16. 11. 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-24.
  33. Abbaslı, Tahir. "Əhməd Cavad - Ümumtale-tariximizdə ilk Milli Mənlik doğuluşumuzun - Cümhuriyyətimizin Baş poetik vəsfkarı..." Mədəniyyət qəzeti. 2018-05-04. 12. 20180-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.

Xarici keçidlər redaktə


Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024