Şıxməzid xanəgahı Haqqinda Melumat - Vikipedia

Şıxməzid xanəgahı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şıxməzid xanəgahı

Şıxməzid xanəgahıAğsu rayonunun Şıxməzid kəndi ərazisində yerləşən XIV-XVII əsrlərə aid sufi xanəgahı.

Şıxməzid xanəgahı
Ölkə  Azərbaycan
Şəhər Ağsu
Yerləşir Şıxməzid (indiki Ağsu şəhəri) kəndi
Aidiyyatı Sufizm
Tikilmə tarixi XIV-XVII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
KateqoriyaXanəgah
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Tarixi redaktə

Ehtimal edilir ki, Şıxməzid xanəgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmaniyə aiddir. Şıxməzid türbəsi yerli sakinlər tərəfindən “Narlı pir” adlandırılır. Şirvan xanlarının şəcərəsində ailənin bəzi üzvlərinin məhz Şıxməzid kəndində “Narlı pir” qəbiristanlığında dəfn edildiyi yazılır. Mənbələrdə Şeyx İzzəddinin qəbrinin üzərində narın bitdiyi və onun meyvələrindən, tikanlarından xəstəliklərin müalicəsində istifadə edildiyi qeyd olunur. Tarixi mənbələrdən Şeyx İzzəddinin Əmir Teymurla görüşdüyü də bəllidir. Şıxməzid xanəgahının qalıqları 2012-ci ildə Ağsu ekspedisiyası tərəfindən üzə çıxarılıb. Buradakı səhəng örtüklü müsəlman qəbirləri nadir rast gəlinən qəbir tiplərindəndir.[1]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024