Şəfa Hüseynova Haqqinda Melumat - Vikipedia

Şəfa Hüseynova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəfa (müğənni)

(Şəfa Hüseynova səhifəsindən istiqamətləndirilmişdir)

Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR4 dekabr 2005) — azərbaycanlı müğənni.

Şəfa Hüseynova
Şəfa Səyyad qızı Hüseynova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Vətəndaşlığı Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR (1975-1988)
Azərbaycan Azərbaycan SSR (1989-1991)
Azərbaycan Azərbaycan (1991-2005)
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Təhsili

Həyatı redaktə

Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib.[1]

Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib.

Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüşdür.

Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.[2][3][4]

Kliplər redaktə

  1.  Ölə Bilərəm[5]
  2.  Geri Dön[6]
  3.   Sevgi Qatarı[7]

İstinadlar redaktə

  1. "Şəfa Səyyad qızı — azərbaycanlı müğənni". Haqqinda.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  2. "Həyatdan vaxtsız köçən azərbaycanlı məşhur". oxu.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  3. ""Ölümündən 24 saat əvvəl": Şəfa Hüseynova". Anspress.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  4. "Qəfil ölümü ilə yadda qalan - Şəfa Hüseynova 2005". Qafqazinfo.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  5. "Şəfa Hüseynova Ölə bilərəm". www.youtube.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  6. "Geri Dön - Şefa Hüseynova". www.youtube.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  7. "Müğənni Şəfa hüseynova - Sevgi Qatari". www.youtube.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024