Şəhər əfsanəsi Haqqinda Melumat - Vikipedia

Şəhər əfsanəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəhər əfsanəsi

Şəhər əfsanəsi –(eng.urban legend ) çağdaş uydurma növü; ağızdan ağıza yayılan və doğruluğu şübhə doğuran müasir əfsanələrə verilən ad. Belə hekayələrin həmişə uydurma (gerçəklikdən uzaq) olduğunu söyləmək olmaz, ancaq onlar təhrif olunmuş, şişirdilmiş, həyəcan qatılmış hekayələrdir. Şəhər əfsanələrinin həqiqətə bənzəməsinin başlıca səbəbi, onların araşdırılması və yoxlanılması üçün xüsusi biliklərin tələb olunmasıdır. Lətifələrdən onunla fərqlənir ki, onlardakı yumor yükü (əgər varsa) hekayənin əsas məqsədi deyil. Şayələrdən fərqi isə, konkret insanlarla bağlı olmamasındadır. Adətən, hansısa şəxsin, nəql edənlə az əlaqəli olan kimsənin, “iş yoldaşının qohumunun tanışının” və s. başına gəlmiş hadisə kimi nəql olunur. Şəhər əfsanəsi şifahi ünsiyyətlə, yaxud İnternetlə ötürülən müasir folklorun bir hissəsir. Onun yayılmasında başlıca məqsəd isə “dəhşətli təhlükə” haqqında insanları xəbərdar etməkdir.

Həmçinin bax redaktə

Ədəbiyyat redaktə

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024