Şəkili (Ağdaş) Haqqinda Melumat - Vikipedia

Şəkili (Ağdaş) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəkili (Ağdaş)

ŞəkiliAzərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Şəkili
40°42′35″ şm. e. 47°23′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şəkili xəritədə
Şəkili
Şəkili

Tarixi redaktə

Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi.[2] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi.[3] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir.

Coğrafiyası və iqlimi redaktə

Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır. Kənd Qoşaqovaq bələdiyyəsinin mərkəzindən 4 km, Ağdaş rayon mərkəzindən 10 km, Bakıdan 243 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.

Kənd dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşir.

Kənddə havanın orta illik temperaturu +15,0 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.

Əhalisi redaktə

1886-cı ildə kənddə 459 nəfər yaşayırdı, hamısı azərbaycanlı, dini etiqadına görə 372 müsəlman sünni, 87 müsəlman şiə idi. 2009-cu il üçün əhalisi 1069 nəfərdir.

Şəhidləri redaktə

  • Nəsirov Şükür Yolçu oğlu (1974–1994)
  • Nəsirov Əlisahib Oruc oğlu (1975–1994)
  • Məmmədov Kamil Zaman oğlu (1974–1994)
  • Cəbrayılov Ömər Məzahir oğlu (1997–2016)

İqtisadiyyatı redaktə

Kənddə orta məktəb yerləşir.[4]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  2. "Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  3. "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  4. "Məktəblər". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.

Həmçinin bax redaktə


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024