Şəlvə sövməəsi Haqqinda Melumat - Vikipedia

Şəlvə sövməəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəlvə sövməəsi

Şəlvə sovməəsiLaçın rayonunun Şəlvə kəndinin ərazisində, Şəlvə kəndinin mərkəzində yerləşən və XV əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovməə tipli alban məbədləri sırasına daxildir. Sovməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycanın 27 sentyabrdan etibarən keçirdiyi uğurlu əməliyyat nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən 1 dekabr 2020-ci iltarixindən etibarən Azərbaycan Respublikasının nəzarətinə keçmiş qədim Alban məbədidir[1]

Şəlvə sovməəsi
Ölkə  Azərbaycan
Şəhər Laçın
Yerləşir Şəlvə
Tikilmə tarixi XV əsr
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şəlvə sovməəsi (Azərbaycan)
Şəlvə sovməəsi

Haqqında redaktə

Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir. Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq quruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. Dörd pəncərənin üçü sövməənin şərq divarında, biri isə qərb divarındadır. Sövməəyə giriş tikilinin qərb tərəfindəndir. Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sövməə içəridən yaxşıca suvanmışdı. Şimal divarında yuxarıda ənənəvi qaydaya uyğun olaraq tarixçə yazılsada onu oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır. Sövməənin bir çox yerində oxunması mümkün olmayan yazılar aşkar edilmişdir. Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbii daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür.[2]

Memarlıq quruluşu redaktə

Kəndin ərazisində XV əsrdə inşa edilməsi təxmin edilən Şəlvə sovməəsi daha çox diqqəti cəlb edir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan bir nefli, mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq qruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın apsisinin hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sovməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. 4 pəncərənin üçü sovməənin şərq divarında, biri isə qərb divarındadır. Sovməəyə giriş tikilinin qərb tərəfindəndir. Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sovməə içəridən yaxşıca suvanmışdı. Şimal divarınıda yuxarıda ənənəvi qaydaya uyğun olaraq tarixçə yazılsada onu oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır.[3] Sövməənin giriş qapısının üzərində timpanının üzərində olan yazı isə yoxdur. Daha doğrusu eroziyaya düçar olaraq müəyyən dəyişikliklərə uğramış və oxunmaz hala düşmüşdür. Həmçinin sövməənin şərq divarında, orta pəncərənin alt hissəsinə hörülmüş qəbirüstü daş üzərində də oxunması mümkün olmayan bir neçə yazı aşkar edilmişdir. Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbbi daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarı hesab edilsə də, əslində bu tikililərin ilk inşa tarixi bizim eranın xristianlıqdan xeyli əvvəlki dövrünə aid olan uçub-dağılmış (uçurulmuş) hər hansı bir tikilinin təməli üzərində yenidən inşa edilməsi ilə nəticələnmişdir. Sovet hakimiyyəti illərində sovməədən müxtəlif vaxtlarda kolxoz və ya sovxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi əhəmiyyətli sövməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 №-li invetar kimi qeydiyyata alınmışdır. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına adı əlavə edilmiş Şəlvə sövməəsinin XV əsrdə inşa edilməsi qeyd edilir. Yetərincə dəyərli memarlıq abidələri sırasına daxil olan sovməənin ərazisində təəssüf ki, heç bir vaxt hansısa xırdaca bir arxeoloji qazıntı işləri aparılmamışdır.[4]

Tarixi məlumatlar redaktə

Şəlvə sövməəsi və ona yaxın ərazilərdə inşa edilmiş bu tip digər sövmələrin nədən hər hansı yaşayış məskəninin ərazisində deyil, məhz qədim qəbristanlıqların ərazisində, həmçinin hər hansı qədim bir tikilinin özülü üzərində inşa edilməsi daha çox düşündürür. BU sövməələrin bu ərazilərdə tikilməsinin əsas səbəbi bu yerlərə çox da yaxın olmayan ərazilərdə baş verən amansız müharibələrdən canını qurtaran xristianların uca dağların əlçatmaz yamaclarının keçilməz sıx meşəlik hissəsinə sığınaraq türklərlə birgə yaşamaları oldu. Getdikcə sayı artan xristian əhali qədimdən qalma irili-xırdalı bütün qeyri-xristian məbəd və tikililəri xristianlaşdırdılar. Türk əhali isə həm yaylağa və arana edilən köçlər, həm də tez-tez baş verən müharibələr səbəbindən nə bu prosesə qarşı çıxırdı, nə də onlara maneəçilik törətmirdilər. Bu proses zamanı qəbristanlıqların ərazisinin seçilməsi isə tikintinin asan və ucuz başa gəlməsi ilə yanaşı din pərdəsi altında apaılan tikinti işlərinə haqq, bəraət qazandırmaq olmuşdur. Tikinti işlərində təkcə tikinti qalıqları deyil, ərazidə ki, məzar daşlarından da istifadə edilirdi. Bu cür tikinti işləri XVI əsrin sonu XVII əsrin əvvəllərində son həddə çatdı. Uzun sürən müharibə və qarətlərdən təngə gəlmiş yerli türklərin bir çoxu artıq qışı yaylaqda qalır, qışlağa dönmürdü. Bu səbəbdən də xristian əhali yavaş-yavaş bu əraziləri tərk etməyə başladı. XVIII əsrin ortalarında Qarabağ xanlığının yaranması bu ərazilərdə yaşayan xristian əhalinin (etnik mənşəcə albanlar) dağları tərk etməsi işini bir azda sürətləndirdi. Xanlığın tam möhkəmlənməsi və vergilərin toplanmasına başladıqdan sonra bu proses demək olar ki, başa çatdı. Və bundan sonra yerli türklərin islam dininə qulluq etməsindən məharətlə istifadə edən haylar bu sahibsiz qalmış kilsələri özününküləşdirərək, özləri üçün saxta tarix yaratmağa üstünlük verdilər. XVIII əsrin ortalarından başlayaraq Rusiyanın himayəsi altında ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarına köçürülməsinə başlandı. Bu köçürmələrdən qaynaqlanan erməni dövlətinin yaradılması heç də təsadüfi hadisə deyildir. Əsrlərlə davam edən bu siyasət hal-hazırda da davam edir. 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonu, o cümlədən Şəlvə kənd ərazisində hayların qeyri-qanuni məskunlaşdırılması bugünkü yerli hay mətbuatında yetərincə etiraf edilir. Belə ki, Ermənistan KİV-nin verdiyi məlumata əsasən kənd ərazisinə yeni məskunlaşan hayların sayı həm köçürülmə, həm də doğum nəticəsində durmadan artır.[5]

İstinadlar redaktə

  1. ""Qarabağ – mədəniyyətimizin beşiyi": Şəlvə sövməəsi". mct.gov.az. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.05.2021.
  2. "Şəlvə sövməəsi". portal.azertag.az. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.05.2021.
  3. "Şəlvə sovməəsi". /modern.az. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.05.2021.
  4. "ə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrinin Siyahısı" (PDF). mct.gov.az. 2021-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 04.05.2021.
  5. "Şəlvə sovməəsi". modern.az. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.05.2021.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 244 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024