Şəmşi bəy Yağləvəndli-Cavanşir Haqqinda Melumat - Vikipedia

Şəmşi bəy Yağləvəndli-Cavanşir Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəmşi bəy Yağləvəndli-Cavanşir

Şəmşi bəy Yağləvəndli-Cavanşir (1731, Yağləvənd oymağı, Qarabağ bəylərbəyliyi) — Qarabağ xanlığının sərkərdəsi, məaf. Əhəd Şəmsizadənin, Şəmsi Şəmsizadənin, Murad Şəmsizadənin, Heydər Şəmsizadənin, Fəxrəddin Səfərovun ulu babaları.

Şəmşi bəy Yağləvəndli-Cavanşir
Doğum tarixi 1731
Doğum yeri Yağləvənd oymağı, Cavanşir eli, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Uşaqları İsmayıl bəy, Səfi bəy və Səfəralı bəy

Həyatı redaktə

Şəmşi bəy 1731-ci ildə Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Qarabağ hakimi Pənahəli xana, sonra İbrahimxəlil xana xidmət etmişdi. Xanlığın apardığı əksər savaşların iştirakçısı olmuşdu. Kirs dağında onun adı ilə bağlı "Güney Şəmşi", "Quzey Şəmşi" isimli yaylaqlar, Yağlıvənd kəndində isə "Şəmşi dərəsi" adlı yurd yeri var. Şəmşi bəyin törəmələri Şuşa şəhərində və Füzuli bölgəsinin Araz Yağlıvənd kəndində yaşayırdılar.

Ailəsi redaktə

Şəmşi bəyin İsmayıl bəy, Səfi bəy və Səfəralı bəy adlı oğulları vardı.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Şəmşi bəyin şəcərəsindən bir şaxə. "Soy" dərgisi, № 1(3), Bakı, 2004;
  • Ənvər Çingizoğlu, Şəmsi bəyin şəcərəsindən daha bir şaxə, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 1, səh.3–15.

Həmçinin bax redaktə


Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024