Şəmşir Həziyev Haqqinda Melumat - Vikipedia

Şəmşir Həziyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəmşir Həziyev

Şəmşir Həziyev — polkovnik-leytenant,

Şəmşir Həziyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1978(1978-02-27) (46 yaş)
Doğum yeri
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik-leytenant
Döyüşlər
Təltifləri "Vətən müharibəsi iştirakçısı" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Bioqrafiyası redaktə

Həziyev Şəmşir Bəxtiyar oğlu 1978-ci il fevral ayının 27-də Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1985-ci ildə Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbinə daxil olub, 1993-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü ildən 1995-ci illə qədər təhsilini C. Naxcıvanski adına Hərbi Liseydə davam etdirib[1].

1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi tank taqım komandiri ixtisası üzrə bitirib. 1999-cu il sentyabr ayından 2001-ci il oktyabr ayına qədər 888 saylı hərbi hissədə tank taqım komandiri, 2001-ci ilin oktyabr ayından tarixdən 052 saylı hərbi hissədə ezam olub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən 052 saylı hərbi hissədə 2002-ci ilin noyabr ayından 2003-cü il noyabr ayına qədər qrup komandirinin müavini vəzifəsində, 2003-cü il noyabr ayından 2008-ci ilin iyul ayına qədər qrup komandiri vəzifəsində, 2008-ci ilin iyul ayından Xüsusi Təyinatlı Alayın Əməliyyat Bölmə Rəisinin Baş köməkçisi vəzifəsində, 2014-cü ilin mart ayından 2014-cü ilin dekabr ayınadək kəşfiyyat bölmə rəisinin məlumatların toplanması və analizi üzrə köməkçisi vəzifəsində, 4 dekabr 2014-cü il tarixdən kəşfiyyat bölmə rəisi-kəşfiyyat rəisi vəzifəsinə, xidmət edir.

44 günlük vətən müharibəsində hərbi hissənin kəşfiyyar rəisi kimi Kəlbəcər, Cəbrayıl, Xocavən və Şuşa uğurunda döyüşlərdə aktiv iştirak edib. 7 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması zamanı gedən döyüşlərdə ağır yaralanmışam. İki gün yaralı vəxiyyətdə Şuşa şhərində yaralıqaldıqdan sonra 9 noyabr 2020-ci il tarixində təxliyyə olunaraq Fizuli rayonunun Qaradiz qəsəbəsində ilkin tibbi yardım aldıqdan sonra Bakı Mərkəzi hərbi hospitalına təxliyyə olub.

Qeyd olunmuş rayonların azad olunmasına görə medalı ilə təltif olunub və eyni zamanda "Qarabağ ordeni" ilədə təltif olub.

Mükafatları redaktə

"Vətən müharibəsi iştirakşısı medalı", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı, Qüursuz xidmətlərə görə 1-ci,2-ci və 3-cü dərəcəli medallar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi meadlı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi meadlı, Azərbaycan Respublikası Silahlı 95 illiyi meadlı, Azərbaycan Respublikası Silahlı 100 illiyi meadlı[2]

İstinadlar redaktə

  1. "Şəmşir Həziyev" (az.). azerbaijan-news.az. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fev 2024.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 09 dekabr 2020. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fev 2024.

Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024