Şəmsəddin Abbasov Haqqinda Melumat - Vikipedia

Şəmsəddin Abbasov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəmsəddin Abbasov

Şəmsəddin Bəhlul oğlu Abbasov (27 may 190620 sentyabr 1975, Bakı)[1] — Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Şəmsəddin Abbasov
Doğum tarixi 27 may 1906(1906-05-27)
Vəfat tarixi 20 sentyabr 1975(1975-09-20) (69 yaşında)
Vəfat yeri
Uşağı
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qırmızı əmək bayrağı" ordeni — 1946

Həyatı redaktə

1906-cı ilin mayın 27-də Bakı qəzasının Sayadlar kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bakıda rus-tatar məktəbində, sonra politexnikumda təhsil almış, 1926 – 1927-ci illərdə Politexnik İnstitutunda oxumuşdur. 1923-cü ildən "Yeni fikir", "Kommunist" və "Gənc işçi" qəzetlərində əməkdaşlıq etmişdir. Bu dövrdə "Məhşər günü" hekayəsi ilə ədəbi aləmə daxil olmuşdur.

Yaradıcılığı redaktə

1926-cı ilin iyun ayından "Gənc işçi" qəzeti redaksiyasında məsul katib vəzifəsində işləmiş, eyni zamanda "Komsomol" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir. Gənc yazıçılar birliyinin – "gənc qızıl qələmlər"in yaradıcılarından biri olmuşdur. 1929-cu ildən "Kommunist" qəzetinin məsul katibi işləmişdir. 1938 – 1939-cu illərdə M. F. Axundov adına Opera və Balet Teatrının direktoru kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1939-cu ilin sentyabrında Bakı kinostudiyasının direktoru işləmişdir. O, ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Rus dilindən ədəbi ssenarilər ("Stalinqrad döyüşü", "Musoqorski"), pyeslər ("Ulduzcuğaz", "Xmelnitski", "Saatsaz və toyuq"), roman və hekayələr (S. Babayevski "Yer üzərində işıq", A. P. Çexovun vodevilləri) tərcümə etmişdir. Özu də ssenari və pyeslər yazmışdır: "Babək" (1940), "Qələbə" (1931), "Qana qan" (1944), "Əsgər və Simuzər" (1945), "Fərhadın ailəsi" (1950), "Mister Uoll-trit" (1951). 1942-ci ilin avqust ayından Azərbaycan KP MK aparatına işə dəyişdirilmişdir. Burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləmişdir. Azərbaycan nümayəndələri ilə dəfələrlə ön cəbhədə olmuşdur.

Şimali Qafqaz və Uzaq Şərq cəbhələri hərbi şuraları ona yaxşı işinə görə təşəkkür etmişdir. O, "Qafqaz müdafiəsi uğrunda" və "1941 – 1945-ci illər İkinci Dünya müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. 1944-cü ilin yanvarında Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunmuşdur. 1946-cı ildə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı olmuşdur. 1951-ci ilin oktyabrından Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.

1975-ci il sentyabrın 20-də vəfat etmişdir.

Mənbə redaktə

  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Şəmsəddin Abbasovun rəsmi saytı
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 61–66.

İstinadlar redaktə

  1. Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.25

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024