Şəmsəddin Hacıyev Haqqinda Melumat - Vikipedia

Şəmsəddin Hacıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəmsəddin Hacıyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri

Şəmsəddin Hümmət oğlu Hacıyev (8 noyabr 1950, Lək, Ucar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (2004–2014)[1], Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri[2].

Şəmsəddin Hacıyev
2005 – 2015
Seçki dairəsi2005 89 saylı Göyçay-Ağsu
2010 89 saylı Göyçay-Ağsu
2005 – 2010
2010 – 2015
3 noyabr 2004 – 5 Mart 2014
ƏvvəlkiƏli Abbasov
SonrakıƏdalət Muradov
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1950(1950-11-08) (73 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi İqtisadçı
Elmi dərəcəsi İqtisad elmləri doktoru
Elmi adı Professor

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı redaktə

1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur. 1993–1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996–2000-ci illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edir.

Fəaliyyəti redaktə

1980-ci ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q. V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999–2001-ci illərdə T. Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.2014. — "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.

1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər kitab, 4 dərslik və dərs vəsaiti, 60-dan çox elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 15 iqtisad elmləri namizədi, 1 elmlər doktoru hazırlanmışdır. Hazırda 7-dən çox aspirant və dissertantın elmi rəhbəri və 3 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir.

Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidenti olmuşdur.

3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuşdur və 5 mart 2014-cü il tarixinə kimi bu vəzifədə çalışmışdır[3].

Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının sədri, Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur.

2010-cu ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Evlidir, 1 övladı var.

İstinadlar redaktə

  1. "Ş. H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 5 mart 2014-cü il". 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-05.
  2. VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine  (az.)
  3. "Şəmsəddin Hacıyev Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən çıxarıldı". 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-08.

Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023