Şənol Günəş Haqqinda Melumat - Vikipedia

Şənol Günəş Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şənol Günəş (1 iyun 1952[1], Trabzon) — Türkiyəli köhnə futbolçu və məşqçi. Türkiyə yığmasının keçmiş baş məşqçisi

Şənol Günəş
türk. Şenol Güneş
Ümumi məlumatlar
Tam adı Şənol Günəş
Doğum tarixi 1 iyun 1952(1952-06-01)[1] (71 yaş)
Doğum yeri
Vətəndaşlığı Türk
Boyu 1,79 m
Mövqeyi Qapıçı
Vəzifəsi Baş Məşqçi
Karyerası
Gənclik karyerası
1967–1968 Türkiyə Ərdoğdu Gənclik
1968–1969 Türkiyə A.Sebatspor
1969–1970 Türkiyə Trabzonspor
Klub karyerası[* 1]
1969–1972 Türkiyə A.Sebatspor 57 (0)
1972–1993 Türkiyə Trabzonspor 413 (0)
Cəmi 470 (0)
Milli yığma[* 2]
1976–1987 Türkiyə Türkiyə 31 (0)
Məşqçisi olduğu klublar
1986 Türkiyə Trabzonspor
1988—1989 Türkiyə Trabzonspor
1989—1990 Türkiyə Boluspor
1990—1992 Türkiyə Boluspor
1992–1993 Türkiyə İstanbulspor
1993–1997 Türkiyə Trabzonspor
1997—1998 Türkiyə Antalyaspor
1998—1999 Türkiyə Sakaryaspor
2000–2004 Türkiyə Türkiyə
2005 Türkiyə Trabzonspor
2007—2009 Cənubi Koreya Seul
2009—2013 Türkiyə Trabzonspor
2014–2015 Türkiyə Bursaspor
2015—2019 Türkiyə Beşiktaş
2019–2021 Türkiyə Türkiyə

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub Karyerası redaktə

Futbolçuluq karyerası redaktə

Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-ci ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da qapıçılıq edib. "Trabzonspor"un heyətində 1975–2011 arasında yeddi dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib. Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur.

Məşqçilik karyerası redaktə

Futbol klublarındakı karyerası redaktə

Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987–1988 "Trabzonspor", 1988–1991 "Boluspor", 1991–1992 "İstanbulspor", 1992–1996 yenidən "Trabzonspor", 1996–1997 "Antalyaspor", 1997–1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı. Daha sonra o, bu postdan istefa edib.

Məşqçilik karyerası zamanı 1 Türkiyə kuboku, 1 Baş nazir kuboku, 1 Prezident kuboku əldə edib.

Milli yığmadakı karyerası redaktə

16 avqust 2000-ci ildə Türkiyə milli futbol komandasının rəhbərliyinə təyin olunub və milli komandanın 48 illik fasilədən sonra FİFA Dünya Kuboku uğrunda mübarizəyə qatılmasında böyük rol oynayıb.

İstinadlar redaktə

  1. 1 2 Senol Günes // Transfermarkt (çd.). 2000.

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024