Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası Haqqinda Melumat - Vikipedia

Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası

Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası (çin. 東亞研究型大學協會, ing. Association of East Asian Research UniversitiesAEARU) — Şərqi Asiya ərazisində yerləşən ölkələrin bəzi tədqiqat universitetlərinin regional təşkilatı.

Tarixi redaktə

Assosiasiya 1996-cı ilin yanvar ayında Şərqi Asiya ərazisində yerləşən ölkələrin doqquz ali məktəbi tərəfindən təsis edilmişdir.

Məqsədi redaktə

Təşkilatın əsas məqsədi bura üzv olan ali məktəblər – tədqiqat universitetləri arasında tədqiqat nəticələri bölüşmək üçün forum açmaq, həmçinin onlar arasında qarşılıqlı mübadilənin təşviqidir.

Rəhbərlik redaktə

Assosiasiyanın İdarə Heyətinə sədr rəhbərlik edir.[1] Bundan başqa bu təşkilatda vitse-sədr də fəaliyyət göstərir.[1] İdarə Heyətinə həmçinin beş seçilmiş digər üzvlər də daxildir.[1] Ümumiyyətlə isə İdarə Heyəti beş ölkənin hər birindən olan bir və ya iki üzvdən ibarətdir.[1] Səmərəli biznes məsələləri həyata keçirmək məqsədilə AEARU Katibliyi sədrlə eyni universitetdə yerləşir.[1] Təşkilatın eksklüziv katibi müxtəlif AEARU fəaliyyətini əlaqələndirir və həmçinin təşkilatın saytlarını idarə edir.[1]

Fəaliyyəti redaktə

Bütün üzv universitetlərin iştirakı ilə hər il Assosiasiyanın ümumi yığıncağı keçirilir.[1]

AEARU-nun fəaliyyətinə müxtəlif növ seminarlar, tələbə yay düşərgələrinin, tələbə müsabiqələrinin, beynəlxalq simpoziumların təşkili daxildir.[1] Bu kimi fəaliyyətlər fikir və qarşılıqlı məlumat mübadiləsinin təşviq edilməsi və üzv universitetlər arasında sıx münasibətlərin inkişaf etdirilməsi üçün il ərzində mütəmadi olaraq keçirilir.[1]

Üzvləri redaktə

2015-ci ilin noyabr ayına olan məlumata görə Assosiasiyaya hazırda 5 ölkədən 17 ali məktəb üzvdür.[2]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 About AEARU Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine. aearu.org  (ing.)
  2. 17 Members Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. aearu.org  (ing.)

Xarici keçidlər redaktə

  • aearu.org — Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının rəsmi saytı

Saytda 209 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024