Şərqi Zəngəzur iqtisadi rayonu Haqqinda Melumat - Vikipedia

Şərqi Zəngəzur iqtisadi rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şərqi Zəngəzur iqtisadi rayonu

Azərbaycanda iqtisadi rayon

Şərqi Zəngəzur iqtisadi rayonuAzərbaycanın 14 iqtisadi rayonundan biri. Cəbrayıl, Kəlbəcər, Laçın, QubadlıZəngilan rayonlarını əhatə edir. Ərazisi 7448 km²-dir.

İqtisadi rayon
Şərqi Zəngəzur iqtisadi rayonu

39°39′33″ şm. e. 46°28′21″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 7 iyul 2021
Sahəsi 7.448 km²
Şərqi Zəngəzur iqtisadi rayonu
Şərqi Zəngəzur iqtisadi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1993–2020-ci illər arasında ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. İkinci Qarabağ müharibəsini sonlandıran 9 noyabr bəyanatından sonra tamamilə azad olunmuşdur.

Ərazisinin böyük hissəsi 2021-ci ilə kimi Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil idi. 7 iyul 2021-ci ildə Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən yaradılmışdır.[1]

2022-ci ildə Azərbaycanla İran arasında "İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" imzalanmışdır. Azərbaycan tərəfi bu layihəyə quru və dəmir yolları, həmçinin elektrik xətlərinin daxil olduğunu bildirmişdir.[2]

İqtisadiyatı redaktə

Rayonun əlvan metallurgiyanın inkişafı üçün potensialı vardır. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları vardır.

Rayon coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Tarixi memarlıq abidələri siyahısına Gəncəsər, Ağoğlan monastırları, Gürcülü, Məmmədbəyli türbələri, Xudafərin körpüsü və s. aiddir.

İstinadlar redaktə

  1. "Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib - FƏRMAN, apa.az". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-18.
  2. Tural Əsədi. "Hikmət Hacıyev: "İranla Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir"". apa.az. 11 mart 2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024