Şərur döyüşü Haqqinda Melumat - Vikipedia

Şərur döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şərur döyüşü

Resim

Şəril döyüşüAğqoyunlu Əlvənd mirzəŞah İsmayıl Səfəvinin qoşunları arasında həlledici döyüş.[1]

Şərur döyüşü
Tarix Avqust 1501
Yeri Şərur düzənliyi
Nəticəsi Səfəvilər dövləti qalib gəldi
Münaqişə tərəfləri

Səfəvilər dövləti

Ağqoyunlu

Komandan(lar)

Şah İsmayıl
Əmir Bayram xan Qaramanlı
Lələ Hüseyn bəy

Əlvənd mirzə
Qaraçaqay bəy

Tərəflərin qüvvəsi

7000

30000

Arxa plan redaktə

1500-cü ilin sonunda Şirvanda Gülüstan qalasından bir qədər aralı Cabanı adlı yerdə Şirvanşah Fərrux Yasara qalib gələn, 1501-ci ilin yazın da isə, Bakını tutan İsmayıl Səfəvi Gülüstan qalasını hələ də mühasirədə saxlayarkən, Ağqoyunlu Əlvənd Mirzənin böyük bir qoşunla onun üstünə gəldiyindən xəbər tutur. İsmayıl təcili qaydada mühasirəni götürüb, Əlvənd Mirzənin ordusunu Şirvana buraxmamaq üçün tədbirlər gördü və Naxçıvana doğru hərəkət etdi. Kür çayını keçmək niyyəti baş tutmayan Əlvənd Mirzə İsmayıla məktub göndərib, Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etsə də, rədd cavabı aldı. Belə olduqda, o, Naxçıvandan çıxıb şm.-q.-ə doğru getdi və Şərur düzündə dayanaraq qəti döyüşə hazırlaşmağa başladı.[2]

Döyüş redaktə

İsmayıl Arazın cənub sahili boyunca hərəkət edərək, Naxçıvan bölgəsində çayı keçdi və düşməni qarşılamağa tələsdi. Tarixi qaynaqlarda ağqoyunluların ordusunun sayı 10.000–30.000, qızılbaşların isə 7 minlik ordusu var idi. Rocer Savoriyə görə, Ağqoyunlu dövlətinin ordusu say etibarilə Səfəvilərdən 4 dəfə çox olmuşdur.

1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş baş verdi. Döyüşdə İsmayıl yüksək sərkərdəlik məharəti və hünər nümayiş etdirərək, ağqoyunlu sərkərdələrinin bir neçəsini şəxsən qılıncdan keçirdi. Öz sərkərdələrinin başlarını qızılbaşların nizələrində görən ağqoyunlu qoşunları vahimə içərisində qaçmağa başladılar. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər. Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan edərək Azərbaycan Səfəvilər dövlətinin əsasını qoydu.[3][4]

İstinadlar redaktə

  1. Sümer, Faruk. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü. Ankara. 1976.
  2. ROGER M. SAVORY. "ESMĀʿĪL I ṢAFAWĪ". iranicaonline.org. 2019-07-25 tarixində arxivləşdirilib.
  3. Woods, J. E. The Aqquyunlu: Clan, Confederation, Empire. Minneapolis and Chicago. 1976.
  4. Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti XVI əsrdə, Bakı, 1993.

Mənbə redaktə


Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024