Şağan qalası Haqqinda Melumat - Vikipedia

Şağan qalası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şağan qalasıŞağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Abşeron qalalarından biri[1]. 1841-ci ildə baş vermiş güclü zəlzələnin nəticəsində qalanın çox hissəsi dağılıb. Hazırda yalnız bir bürcü salamatdır.[2]

Şağan qalası
Xəritə
40°29′51″ şm. e. 50°07′45″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Şağan
Aidiyyatı Şirvanşahlar dövləti
Tikilmə tarixi XII-XIII əsrlər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Material kirəc daşı
Vəziyyəti xarabalıqları qalıb
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The Caspian Shore Defensive Constructions
TipiMədəni
Təyin edilib2001
İstinad nöm.1573
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.94
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şağan qalası (Azərbaycan)
Şağan qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]

2001-ci ildə Şağan qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[4]

Qalanın tarixi redaktə

Şağan qalası XII-XIII əsrlərdə tikilib[5][6]. Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın hazırda 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Bu zəlzələ nəticəsində Şağan qalasına yaxın yerləşən Maştağa qalası tamamilə dağılıb. Uzun müddət dağıntı halında qalda yalnız 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb[7]. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib. Şağan qalası da Abşeronun digər qalaları kimi yeraltı yollara sahibdir. Qalanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb. Qala qəsəbənin hündür yerində inşa edildiyi üçün üstündən dənizin sahilini və Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür[2].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Davud Axundov. Архитектура древнего и раннесредневекового Азербайджана (PDF). Bakı: Azərnəşr. 1986. səh. 134. 2017-09-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-27.
  2. 1 2 "Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası" (az.). trend.az. December 10, 2017. October 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2022.
  3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 sentyabr 2022.
  4. Centre, UNESCO World Heritage. "The Caspian Shore Defensive Constructions". UNESCO World Heritage Centre (ingilis). unesco.org. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2022.
  5. "Dəniz qoxulu Şağan hekayəti..." (az.). Azadlıq. November 25, 2013. January 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2022.
  6. İradə Sarıyeva. "Tariximizin memarlıq abidələri – qalalar" (az.). Bakı xəbər. October 2, 2014. May 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2022.
  7. Orxan Əzim. "Tarixi Şağan qalası" (az.). report.az. January 7, 2015. May 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2022.

Saytda 194 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024