Şah Əhməd Maraşi Haqqinda Melumat - Vikipedia

Şah Əhməd Maraşi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şah Əhməd Maraşi

Şah Əhməd Maraşı və ya Şah Əhməd Mərəşi — bir tərəfi Səfəvi sülaləsindən olan zadəgan. Əfqan işğalı zamanı özünü hökmdar elan etmişdir. O, Mirzə Seyid Hüseyni Maraşı adı ilə Mirzə Əbül Qasım Hüseyni Maraşinin oğlu kimi dünyaya gəlmişdir.[1]

Şah Əhməd Maraşi
Farsca:شاه احمد (صفوی)
bayraq
Səfəvilər dövlətinin qarışıqlıq dövründə qısamüddətlik de-fakto şahlarından biri
bayraq2
1726 – 1728
SonrakıII Təhmasib
Şəxsi məlumatlar
Dini Şiə (İslam)

Maraşı ailəsinə mənsub olmuşdur. Ana xətti ilə Səfəvi sülaləsindən olan bu ailədən II Süleyman da qısamüddətlik şah olmuşdur. Onun anası Səfəvi şahı I Süleymanın qızı idi.[2]

Həyatı redaktə

1722-ci ildə Mir Mahmud Hotaki imperiyanın paytaxtı İsfahanı ələ keçirərək özünü şah elan etdi. Paytaxtdan qaçmağı bacarmış şahzadə olan Təhmasib Mirzə də buna cavab olaraq qanuni varis kimi irəli verilərək şah elan edildi. Səfəvi sülaləsinin zəifləməsindən, əfqan işğalından qaynaqlanan qarışıqlıqdan Şah Əhməd Maraşı yararlandı.

Əhməd Maraşı II Təhmasibin şimalda Nadir xanla birlikdə ruslara, əfqanlaraosmanlılara qarşı mübarizə aparmasından istifadə edərək 1726-cı ildə imperiyanın cənub torpaqlarında Maraşı-Səfəvi zadəganları tərəfindən şah elan edildi. Bu zamana qədər o, artıq FarsKirman əyalətlərini əfqan qüvvələrindən ələ keçirməyi bacarmışdı. Şah elan edilmə isə, Kirmanın ələ keçirilməsindən sonra - 8 noyabr 1726-cı ildə baş tutdu. Bu zamanlama ideal zamanlama idi, çünki Hotakilər rəqibləri ilə döyüşməklə birlikdə həm də daxildə də parçalanmışdılar. Lakin Şah Əhməd Maraşı ələ keçirdiyi yerlərdə öz hakimiyyətini möhkəmləndirə bilmədi və 1728-ci ildə Əşrəf Gilzay tərəfindən məğlub edildi. Əsir düşən Şah Əhməd Maraşı 1728-ci ilin avqustunda Qul-e Xvacu məntəqəsi yaxınlığından axan Rud-e Zayande çayı sahilində edam edildi.[3][4]

Soyu redaktə

Əhməd Mərəşənin aid olduğu Əl-Xəlifə ailəsi Mərəşilər soyunun bir tirəsi idi. Mazandaranda (bir müddət Mazandaran bu ailə tərəfindən idarə edilmişdir) məskunlaşan bu ailənin soyu ərəblərə, daha dəqiqi isə i İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə qədər uzanırdı. I Abbasın anası Məhdi Ülyə da bu ailə qohum idi. Bu soyun nümayəndələri bu gün də İran, İraq, KəşmirBirləşmiş Ərəb Əmirliklərində yaşayırlar.[5]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. The Royal Ark. "The Safawi Dynasty-GENEALOGY". www.royalark.net. 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2022.
  2. Willem Floor. A Note on The Grand Vizierate in Seventeenth Century Persia. Harrassowitz Verlag. 2005. səh. 435–481.
  3. "SHAH AHMAD MARASHI". www.peoplepill.com. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2022.
  4. "SHAH AHMAD MARASHI DEFINITION". www.encyclo.co.uk. İstifadə tarixi: 22 iyul 2022.
  5. "Marʿas̲h̲is". referenceworks.brillonline.com. 2012. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2022.

Ən Son Axtarılanlar

Fayl:Report_of_the_Maryland_Commission_to_the_Jamestown_ter-cruazunial_exposition,_together_with_an_ Fayl:Białowieski_Park_Narodowy_LOGO.PNG Fayl:This_lecture_on_the_anatomy,_physiology,_and_pathology_of_the_eye,_was_delivered_on_Wednesday,_ Fayl:Lectures_on_obstetric_operations_-_including_the_treatmtrt_of_hæmorrhage_-_and_forming_a_guide trxeberturkiyeden-donen-trov-komandirleri-cebheye-qayitmaq-niyyetindedirler.html Fayl:Flag_of_Kaposvár.svg Fayl:Lectures_on_obsteruic_operations_-_including_the_rueatmtrt_of_hæmorrhage_-_and_forming_a_guide Fayl:Lectures_on_obsteruic_operations_-_including_the_rueatmrut_of_hæmorrhage_-_and_forming_a_guide Fayl:Fourier2_-_restoration1.jpg Fayl:A_code_of_medical_ethics_-_with_gtreral_and_special_trles_for_the_guidance_of_the_faculty_and_t Fayl:The_crisis-_or,_Essays_on_the_usurpations_of_the_federal_governmrut_(IA_crisisoressayson1827tur Fayl:The_sciazce_of_spiritual_life_-_an_application_of_sciaztific_method_in_the_exploration_of_spiri KitabMənbələri9780394580722 Fayl:Lectures_on_obsteruic_operations_-_including_the_rueatment_of_hæmorrhage_-_and_forming_a_guide ACC–Big Ten Challenge enxebermilli-meclisin-sedri-beynelxalq-teskilatlar-ermenistanin-iki-azerbaycan-herbcisine-isgence-ve KitabMənbələri9781111577537 SəhifəyəKeçidlərRange_of_baritone_voice_marked_on_keyboard3.svg SəhifəyəKeçidlərEDiff6073070 Fayl:The_National_Insurance_(Residruce_and_Persons_Abroad)_Regulations_(Northern_Ireland)_1948_(NISR
Dostlarınla Paylaş

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024