Şahbulaq qalası Haqqinda Melumat - Vikipedia

Şahbulaq qalası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şahbulaq qalası

Ağdam rayonunda qala

Şahbulaq qalası və ya Tərnəküt qalasıQarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.[5]

Şahbulaq qalası
Şahbulaq qalasının görünüşü
Şahbulaq qalasının görünüşü
Xəritə
40°03′55″ şm. e. 46°54′21″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan[1]
Şəhər Ağdam[1]
Yerləşir Tərnəküt və ya Şahbulağı adlanan ərazi[1]
Aidiyyatı Qarabağ xanlığı[2]
Sifarişçi Pənahəli xan[3]
Tikilmə tarixi Əsası qoyulub: 1751 və ya 1752-ci il
İlk xatırlanma: XVIII əsr
Üslubu Arran memarlıq məktəbi[4]
Material çay daşı, yumurta sarısı, əhəng məhlulu
Vəziyyəti muzey
TipiQala
İstinad nöm.4047
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şahbulaq qalası (Ağdam rayonu)
Şahbulaq qalası
Şahbulaq qalası (Azərbaycan)
Şahbulaq qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şahbulaq

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir.[1]

Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. Son dövrlərdə ermənilər qaladan kilsə kimi istifadə edirlər.[6]

Tarixi redaktə

Tarixi-siyasi mühit redaktə

border=none  Əsas məqalə: Qarabağ xanlığı
 
Müasir rəssam Rizvan Qarabağlı tərəfindən çəkilmiş Qarabağ xanlığının qurucusu, sərkərdə Pənahəli xanın portreti.

Azərbaycan dövlətçilik tarixində özünməxsus yeri olan Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılmasından sonra yarandı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycanın xeyli hissəsini əhatə edirdi.[7] Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, TatevSisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, CavadŞamaxı xanlıqları ilə həmsərhəd idi.[8][9][10]

Qarabağ xanlığının banisi olan Pənahəli xan Köçəri Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Azərbaycanda hələ qədim dövrlərdə məskunlaşmış Cavanşirlər tayfasının başçıları XVI əsrdən başlayaraq Qarabağı irsi hakim hüququ ilə idarə edirdilər.[10] 1736-cı ildə Nadir şahın "şah" seçilməsinin əleyhinə çıxış edən digər tayfalar kimi, Cavanşirlər tayfası da Xorasana sürgün edilmişdi.[11] Bu dövrdə tayfaya başçılıq edən Pənahəli xan Nadir şahın ən nüfuzlu sərkərdələrindən birinə çevrilmişdi. Lakin sonralar Nadir şahla Pənahəli xan arasında münasibətlər gərginləşdi. Pənahəli xan Xorasandan Qarabağa üz tutmağa məcbur oldu və tezliklə müstəqil Qarabağ xanlığının əsasını qoydu.[12]

Qarabağ xanlığının vəziri olmuş tarixçi-salnaməçi Mirzə Camal Cavanşir öz Qarabağnamə əsərlərində bəhs edir ki,[10] "Mərhum Nadir şah Qarabağ, Gəncə, TiflisŞirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb inandığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları arasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında xan, Pənahəli bəy Sarıcalı Cavanşir adlı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada rəqiblərinə üstün gəlmiş Pənah xanı da öz yaxın adamına çevirmişdi."[8][12][13][14]

Qarabağ xanlığı yarananda onun ərazisində Gəncə, Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan, Dərbənd kimi şəhərlər olmamışdır.[10] Halbuki belə siyasi və iqtisadi mərkəzlərin olması xanlığın gələcək inkişafı üçün çox mühüm idi. Ona görə də yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənahəli xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.[13][14] Bu sahədə ilk addımlardan bir 1748-ci ildə Kəbirli mahalında Azərbaycan türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının inşası olur. Mirzə Camal Cavanşir yazır: "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdirdilər."[8]

Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Çələbi xanın Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır.[14] Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, "Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildiriblər ki, Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər bir xəta edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaq."[8] Nəticədə Hacı Çələbi xan Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır.[10] Lakin bir aylıq mühasirə heç bir nəticə vermir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: "Bu qalibiyyətdən sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi… Bayat savaşı eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxardı."[13]

1748-ci ilin sonunda Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Pənahəli xanı aradan götürmək üçün Bayat qalasına hücum edən Hacı Çələbi xan qala mühasirəyə alsa da, bir ay mühasirədə qalan qala təslim olmamışdı.[10] Pənahəli xan düşmənə qəfil həmlələr edirdi. Nəticəsiz mübarizədən sonra, Hacı Çələbi xan müttəfiqi ilə geri çəkildi. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq" deyə vurğuladı.[12][14][15]

İnşa edilməsi redaktə

 
Şahbulaq qalasının cənub tərəfindən görünüşü. Rusiya hərb tarixçisi Vasili Pottonun eskizi. 1901-ci il.

Bayat döyüşündən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır.[16] Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi.[17] Buna görə də Pənahəli xan Ağdamın 5–6 kilometrliyində[17] yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı.[17][18] Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: "Bundan sonra Pənah xam düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi."[15][17]

Mirzə Adıgözəl bəyin yazdığına görə Pənahəli xan bu işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) bitirərək oranı özünə iqamətgah etdi.[19] Əhməd bəy Cavanşirin yazdığına görə Şahbulaq qalası 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında inşa edilmişdir.[17] Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulaq qalasına 1752-ci ildə köçürdüyünü yazır.[20]

Mirzə Adıgözəl bəy yazır ki, Məhəmmədhəsən xan Qacarın Qarabağa yürüşündən sonra Pənahəli xan və bəzi digər xanlar Hacı Çələbiyə qarşı vuruşmaq üçün II İraklinin düşərgəsinə getmiş və həbs olunmuşdular.[21] Burada tarixçi hadisələrin ardıcıllığını bir qədər qarışdırmışdır.[22] XVIII əsr tarixçilərinin qeydlərindən məlum olur ki, Pənahəli xanın Bayat qalasından Şahbulaq qalasına köçməsi 1751-ci il, onun hiylə ilə II İrakli tərəfindən tutulması, Hacı Çələbi tərəfindən isə azad edilməsini isə 1752-ci il olaraq qəbul edirlər. Qarabağnamələrin müəllifləri də bu tarixləri də olduğu kimi təsdiq edirlər.[23]

Mirzə Camal Şahbulaq qalasının 1751–1752-ci illərdə (1165-ci hicri ilində) inşa olunduğunu yazaraq Pənahəli xanın üç dörd il orada yaşadığını qeyd edir.[24] Mir Mehdi Xəzani isə yanlış olaraq Şahbulaq qalasının 1761–1762-ci ildə inşa olunduğunu yazır.[25] Mir Mehdi Xəzanı Pənahəli xanın ilk iqamətgahının köçürülməsinin səbəbini daha dəqiq izah edərək yazır ki, "Bayat qalası aranda yerləşdiyinə görə yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köçdüyünə görə zərurət olanda onlara əl yetişmirdi." Abbasqulu ağa Bakıxanov yazır ki, "Şahbulaq adlı yerdə vaxtilə Səfəvi şahı I Şah Abbas qışlamışdı."[26][27]

Rzaqulu bəy yazır: "Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi."[28]

XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulağında mülki və dini binaların inşa edilməsi haqqında məlumatlara Mirzə Yusif QarabağiMirzə Camal Cavanşir Qarabağinin əsərlərində rast gəlmək mümkündür.[17] M.C.Cavanşir "Qarabağ tarixi" adlı əsərindəki "Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında" adlı bölmədə qeyd edir: "Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir." İnşaat işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.[17]

 
Şahbulaq qalasının XIX əsrə aid görünüşü.

Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir.[29] Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır.[30] Lakin, bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir.[29]

Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, Ağdamda salınmış yeni qala-şəhərin adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür.[19] Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Şahbulaq qalası Şuşa qalasının salınmasından sonra, sadəcə Şahbulaq iqamətgahı, bir müddət sonra isə qala tipli qəsr kimi fəaliyyət göstərmişdir.[19][31]

Şahbulaq qalasının da coğrafiya mövqeyi də əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın tərəfləri sıldırımlı qayalarla hərtərəfli örtülmüşdü. Qala təhlükəsiz yer idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi, Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yer idi. Şuşa qalası hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Pənahəli xan çox təhlükəsiz bir ərazi istəyirdi. Buna görə də o paytaxtı Şahbulaqdan Şuşaya köçürmüşdü.[32][33]

Qala daxilində bulaqların çoxluq təşkil etməsi məlumatı o dövr müəlliflərinin əsərlərində yer alır. Şahbulaq qalası Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini təşkil edirdi. Xanlığın mərkəzi olacaq qalanın burada salınması hər cəhətdən əlverişli idi. Çünki qalada quyu qazılmasına ehtiyac o qədər də yox idi. Adından göründüyü kimi, qala Şahbulağı adlanan ərazidə inşa edilmişdi.[34]

Şahbulaq qalasının mürəkkəb müdafiə planı güclü hazırlanmışdı. Bir neçə dəfə hücumlara məruz qalan qalanın inşasına dəfələrlə yüksək məbləğdə pullar ayırılmışdır. Abbas Mirzə başda olmaqla bir neçə hökmdarın qalaya hücumu uğursuzluqla nəticələnmişdi.[35] Vasili Potto bildirir ki, "Şahbulaq qalasının müdafiə planı güclü hazırlansa da, Şuşa qalasının müdafiə planı çox güclü hazırlanmışdı. Bu və digər səbəblərdən paytaxt Şuşa edilmişdi. Şahbulaq qalasında hər üç tərəfi ordu baxımından gücləndirilmişdi. Çünki Pənah xan əlçatmaz, əlverişli, gücləndirilmiş mərkəz istəyirdi."[19][36]

1805-ci ilin mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan Rusiya ilə Kürəkçay müqaviləsi imzalamışdı.[37] Bunu görən Qacar şahzadəsi Abbas Mirzə 1805-ci ilin iyunun ortalarında Qarabağa daxil oldu. Qacar qoşunu tərəfindən Şahbulaq qalasını mühasirəyə alındı. Rus qoşunu təslim olmadı. Bunu görən Abbas Mirzə geri çəkilməyə məcbur oldu. Rusiya hərb tarixçisi Vasili Potto Qacar şahzadəsinin bu yürüşündən sonra yazırdı ki, "Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdür. Bu vəziyyətdə olmasına baxmayaraq qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdır. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz və memarlıq strukturu da yaxşıdır."[19]

Hazırkı vəziyyəti redaktə

Tədqiqatçıların qənaətinə görə Şahbulaq qalası memarlıq üslubu Qarabağ xanlığındakı inşa edilən bir sıra tikililərin, o cümlədən Qarabağın mərkəzi Şuşa şəhərinin inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir.[29] Bu memarlıq abidəsi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.[38]

Ağdam rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edilmişdir. Şahbulaq qalası da rayonun daxilində idi. Erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıdıblar. Hal-hazırda Şahbulaq qalası təmir edilmiş, ermənilər tərəfindən kilsə kimi istifadə edilir.[39]

Burada aparılan qazıntı işlərinin maliyələşdirilməsi Ermənistan hökuməti tərəfindən, İrəvandakı ictimai təşkilatların birliyi statusunu daşıyan "Erkir" təşkilatının vasitəsi ilə 2005-ci ildən maliyyələşdirilir.[39]

Memarlıq xüsusiyyətləri redaktə

1751–1752-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağının üstündə Avropadakı orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası inşa edilmişdir. Bu qala tipli saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleks güclü mühafizəyə malik olduğundan onu "qıfıl" (kilid) adlandırmışdılar. Kompleksin mühafizə divarları yaxınlığında Qarabağ xan sarayı yerləşirdi.[39]

Qala inşa planına əsasən düzbucaqlı formada inşa edilmişdir. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindirik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Qalanın divarlarının hündürlüyü 7 metr, qüllənin hündürlüyü isə 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Qalanın şimali qərbində bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan Şahbulaq məscidi də inşa edilmişdi.[39][40]

 
Qalanın girşinin daxildən görünüşü. Şəkil erməni işğalından sonraya aiddir.

Qalanın içərisində divar boyunca tikilmiş birmərtəbəli otaqların dami xarici hücumlardan müdafiə üçün əlverişli pilləkan rolunu oynayırdı. Otaqların örtük konstruksiyası baş tağbəndlərdir.[41] Bütünlüklə yarıyonulmuş daşdan tikilmiş Şahbulaq qalası Azərbaycan xanlıqları dövrünün hərbi memarlığının sadə nümunələrindən biridir. Şahbulaq qalası Qarabağın tarixi ilə maraqlanan bütün müəlliflərin (yerli və xarici daxil olmaqla) əsərlərində adı vurğulanır və bu abidənin tarixi dəqiqliklə xatırlanır.[42]

XVIII əsrin əvvəllərində Azərbaycan xanlıqlarının formalaşması ərəfəsində Naxçıvan, Gəncə, Şamaxı kimi böyük ənənəvi memarlıq məktəbi mərkəzləri tənəzzül dövrünü yaşayırdılar. Azərbaycanın kiçik ərazilərə parçalandığı həmin dövrdə bu memarlıq mərkəzləri öz təsir gücünü itirmişdi.[43] Yeni paytaxt şəhərlərdə isə saraylar, qəsrlər və müdafiə qalalarının inşasına ehtiyac var idi. Buna görə də feodal hakimlər yerli kənd memarlarını şəhər inşaatına cəlb etməyə məcbur olurlar. Buna görə də, həmin memarların dəsti-xətti Azərbaycanda XVIII əsrin ortalarında inşa edilən yeni şəhərlərin memarlığına əhəmiyyətli təsir edir. Həmin şəhərlərin əsas tikililəri üçün orta əsrlərdə inşa edilmiş binalarda müşahidə edilən monumentallığın olmaması, inşaat materiallarının yaxşı yonulmamış daşlar olması xarakterikdir.[43][44]

Bununla yanaşı az məşhur olan memarların şəhər inşaatına cəlb edilməsinin böyük bir müsbət cəhəti var idi: onlar yerli inşaat materiallarına yaxşı bələd idilər və onları necə tikintidə tətbiq etməyi yaxşı bilirdilər.[45] Yeni şəhərlərin memarlığında keçmiş memarlıq məktəblərinin ənənələrini xalq memarlarının yaradıcılığı ilə birləşdirirdi. Bu dövrün ən maraqlı sintezləri ŞəkiQarabağ xanlıqlarının memarlıqlarında müşahidə olunur.[43]

Şahbulaq qalasında daşdan tikilmiş məscid, hamam, şəhər evləri və bazar yerləşirdi. Şahbulaqda iki qəsr-içqala və xarici qala var idi. İçqəsr təpənin üstündə gur bulağın yanında salınmışdı.[44] Pənahəli xanın iqamətgahı yonulmamış daşlardan düzbucaqlı, 8 pilləli şəkildə tikilmişdi. İqamətgahın möhkəm və hündür divarları vardı. Şahbulaq qala kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra qalanın daxilindəki məscid, hamam, xan sarayı və bəzi yaşayış evləri sokülüb dağıdılmışdır. Yalnız qala kompleksin mühafizə divarları saxlanılmışdır.[39]

İç-qəsr düzbucaqlı şəklində idi, hər küncdə bir qüllə, şərq tərəfı istisna olmaqla hər bir tərəfin ətrafında bir yarımdairəvi formalı qüllə vardı. Xarici qüllələr və divarların yuxarı hissəsi diş-diş idi. Bütün divarlar və qüllələr boyu döyüş mazğalları, mazğalların altında birmərtəbəli binalar mövcud vəziyyətdə idi. Qəsrin girişi şərq tərəfdən idi və ikimərtəbəli prizmaşəkilli tikili ilə müdafiə olunurdu. Giriş kiril əlifbasındakı "Г" hərfi formasında idi. Prizmatik tikili, səkkizinci, əsas qüllə idi və bütün Şahbulaq qalası üzərində yüksəlirdi.[39][46]

Qalereya redaktə



İstinadlar redaktə

  1. 1 2 3 4 Аббас-Кули-Ага Бакиханов, "Гюлистан-и Ирам", Период V.
  2. "Karabakh Foundation - Shusha" (ingilis). karabakhfoundation.org. 4 oktyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  3. War Against Azerbaijan - Targeting Cultural Heritage. 2007. ISBN 978-9952-8091-4-5. 9 sentyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  4. Тофик Кочарли. К истории Карабахского вопроса. səh. 29. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  5. Мирза Адигезаль-Бек. Карабаг-Наме. Главы 1–6.
  6. Afterwards in 1165/1755 Panah Khan found a better spot for new fortress Shahbulagh in Tarnakiut and came there to build it on the slope of a hill. He designed the project of its buildings, mosques, markets, and bathhouses, and built a safe refuge Mirza Yusuf Nersesov. A Truthful History[ölü keçid](ing.)
  7. Mustafazadə Tofiq, 2009. səh. 30
  8. 1 2 3 4 Camal Mustafayev, 2015
  9. "Qarabağ xanı Pənahəli xan Cavanşir (1693-1763)" (az.). Portal.Azertag.az. 2 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  10. 1 2 3 4 5 6 "Qarabağ xanlığı" (az.). tarix.info. 2019-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  11. Mustafazadə Tofiq, 2009. səh. 32
  12. 1 2 3 Mustafazadə Tofiq, 2009. səh. 33
  13. 1 2 3 Fazil Qaraoğlu, 2017
  14. 1 2 3 4 Фаиг Исмайылов, 2009. səh. 112
  15. 1 2 Mustafazadə Tofiq, 2009. səh. 33-34
  16. Фаиг Исмайылов, 2009. səh. 112-113
  17. 1 2 3 4 5 6 7 Авалов, 1977. səh. 10
  18. Qarabağnəmələr.III kitab, 2006. səh. 82
  19. 1 2 3 4 5 Фаиг Исмайылов, 2009. səh. 113
  20. Zemfira Hacıyeva, 2007. səh. 46
  21. Фаиг Исмайылов, 2009. səh. 113-114
  22. Mustafazadə Tofiq, 2009. səh. 34
  23. Zemfira Hacıyeva, 2007. səh. 47
  24. Фаиг Исмайылов, 2009. səh. 114-115
  25. Mustafazadə Tofiq, 2009. səh. 35
  26. Zemfira Hacıyeva, 2007. səh. 47-48
  27. Фаиг Исмайылов, 2009. səh. 115
  28. Qarabağnamələr. II kitab., 2006. səh. 248
  29. 1 2 3 Авалов, 1977. səh. 15
  30. Авалов, 1977. səh. 16
  31. Авалов, 1977. səh. 17
  32. Джеваншир, Ахмедбек. История Карабахского ханство (с 1747 по 1805 год). Баку. 1961. 8.
  33. Джеваншир Карабахский, Мирза Джамал. История Карабаха. Баку. 1959. 72.
  34. Mustafazadə Tofiq, 2009. səh. 114-115
  35. Mustafazadə Tofiq, 2009. səh. 115
  36. "Şahbulaq qalası" (az.). kataloq.gomap.az. 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  37. Qarabağnamələr. III kitab., 2006. səh. 103-104
  38. Tapper, Richard. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press. 1997. 114–115. ISBN 0-521-47340-3.
  39. 1 2 3 4 5 6 Фаиг Исмайылов, 2009. səh. 114
  40. Qarabağnamələr. II kitab., 2006. səh. 126
  41. Mustafazadə Tofiq, 2009. səh. 116
  42. "Erməni vandalizmi: Əsirlikdə olan Azərbaycan abidələri. Ağdam rayonu" (az.). armenianvandalism.az. 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  43. 1 2 3 Авалов, 1977. səh. 22
  44. 1 2 Yunis Hüseynov. «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı: "Mütərcim". 2007. 34. ISBN 5-8066-1708-4.
  45. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 171.
  46. Авалов, 1977. səh. 23

Ədəbiyyat redaktə

  • Mustafazadə, Tofiq. Qarabağ xanlığı. Bakı: "Sabah". 2009. 333 səh. ISBN 5-86106-016-0.
  • Mustafayev, Camal. Qarabağ xanlığı. Bakı: "Azərbaycan Xəbərləri". 2015.
  • Qaraoğlu, Fazil. Tarixdə iz buraxanlar: Pənahəli xan. Bakı: "Bakı Xəbər". 2017.
  • Hacıyeva, Zemfira. Qarabağ xanlığı: sosialiqtisadi münasibətlər və dövlət quruluşu. Bakı: "Təhsil". 2007. 254 səh.
  • Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. II kitab. Bakı: "Şərq-Qərb". 2006. 288 səh.
  • Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab. Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
  • Авалов, Элтуран В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм". 1977.
  • Исмайылов, Фаиг. Принудительная арменизация. Баку: "Элм". 2009.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024