Şahin Cavadzadə Haqqinda Melumat - Vikipedia

Şahin Cavadzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şahin Cavadzadə

Şahin Yaşar oğlu Cavadzadə (15 mart 1995-ci il, Beyləqan- 03 aprel 2016-cı il Talış kəndi, Ağdərə rayonu) — Azərbaycan silahlı qüvvələri xidmətçisi, 2016-cı il aprel döyüşləri şəhidi.[1]

Şahin Cavadzadə
Şahin Yaşar oğlu Cavadzadə
Şəxsi məlumatlar
Doğum adı Şahin Yaşar oğlu Cavadzadə
Doğum tarixi
Doğum yeri Beyləqan, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi Gizir
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Şahin Cavadzadə 1995-ci ildə Beyləqan rayonunda anadan olub. 2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub. 2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub.

Həyatı redaktə

Cavadzadə Şahin Yaşar oğlu 15.05.1995-ci ildə Beyləqan rayonunda anadan olub.2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub.2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub.[2]

Hərbi xidməti redaktə

Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.[3].

Aprelin 9-zu isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Cavadzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.[4]

Şahin Cavadzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.[5]

İstinadlar redaktə

  1. "Şəhid Şahin Yaşar oğlu Cavadzadə". 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  2. "Beyləqanın əfsanəvi şahini -Şahin Cavadzadə". 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  3. "Şəhid Şahin Cavadzadə Yaşar oğlu". 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  4. "Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun Müddətdən Artıq Hərbi Xidmətçisi Cavadzadə Şahin Yaşar oğlu Beyləqan rayon Cərzis Peyğəmbər Ziyarətgahında dəfn olundu". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  5. Şəhid Şahin Cavadzadənin adını daşıyan sinifdə xatirəsi anılıb

Xarici keçidlər redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024