Şahmar Soltanlı Haqqinda Melumat - Vikipedia

Şahmar Soltanlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şahmar Soltanlı

İkinci Qarabağ müharibəsi iştirakçısı

Şahmar Qinyaz oğlu Soltanlı (20 fevral 1996, Şəki17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Şahmar Soltanlı
Şahmar Qinyaz oğlu Soltanlı
Şəxsi məlumatlar
Doğum adı Şahmar Qinyaz oğlu Soltanlı
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Suqovuşan, Tərtər, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
  • Şəki Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan Azərbaycanlı
Atası Qinyaz Bədirov
Anası Gülxar Bədirova
Təhsili
  • Şəki şəhəri 5 nömrəli tam orta məktəb[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 20182020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Suqovuşan döyüşü
 • Ağdərə döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

Həyatı redaktə

Şahmar Soltanlı 20 fevral 1996-cı ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə almışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı humanitar kollecinə qəbul olmuşdur. Atasının vaxtsız vəfatı və anasının sağlamlıq vəziyyəti ilə əlaqədar təhsilini tamamlamadan iş həyatına başlamışdır. Subay idi.

Hərbi xidməti redaktə

2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. 2020-ci ilin may ayında hərbi xidmətdən tərxis olmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı redaktə

 
Şahmar Soltanlının məzarı

İkinci Qarabağ müharibəsində SuqovuşanAğdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstəmişdir. 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Şəki Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024