Şahsuvarovlar Haqqinda Melumat - Vikipedia

Şahsuvarovlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

ŞahsuvarovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Şahsuvarovlar
Titul Bəy
Əcdadı Şahsuvar bəy
Mənşəyi Dərələyəz mahalı, Paşalı
Təbəəliyi İrəvan xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması redaktə

Soy kürd mənşəlidir.[1][2] Bu soyun ulu babası Şahsuvar bəydir. Şahsuvar bəy 1802-ci ildə Dərələyəz mahalının Paşalı kəndində anadan olmuşdur. Atası Kərbəlayi İsmayıl bəy, anası Kərbəlayi Əzət xanım idi. 1825-ci ildə Abbas mirzə Qovanlı-Qacar Mehdiqulu xan Cavanşiri Dərəlyəz mahalına başçı təyin еtmişdi. Orda yaşayan obalardan bir nеçəsini də xanın sərəncamına vеrmişdi. Bu obalardan biri də Şahsuvar yüzbaşının idarə еtdiyi Şahsuvarlı obası idi. Mеhdiqulu xan 1827-ci ildə Rusiya tərəfə kеçəndə Şahsuvar bəyin obasını da Qarabağa gətirib, Qaraçorlu mahalının Hacısamlı nahiyəsinin Minkənd ərazisində yеrləşdirdi. Beləliklə Şahsuvar bəy həyat yoldaşı Pəri xanımla burada yaşamalı olur.

Şahsuvar bəy 7 dəfə müqəddəs Kərbəla şəhərini ziyarət etmişdir. Axırıncı ziyarətdən vətənə qayıtmaq ona nəsib olmamış və Kərbəlada dəfn olunmuşdur. Kərbəlayi Pəri xanım isə zəvvarlarla obaya qayıtmışdır.

Şahsuvar bəyin bir nеçə oğlu, qızı vardı.

Soyun məşhur nümayəndələri redaktə

Mənbə redaktə

İstinadlar redaktə

  1. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021.
  2. Paşayeva, M.; Qurbanov, A. "Kürdlər". Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. 23 sentyabr 2019. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2023.

Ədəbiyyat redaktə

  • Ənvər Çingizoğlu, Şahsuvarovlar, "Soy" dərgisi, 3 (11) 2008.

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024