Şahverdi xan Qaradağlı Haqqinda Melumat - Vikipedia

Şahverdi xan Qaradağlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şahverdi xan Qaradağlı

Şahverdi xan Qaradağlı (?-1589) — qızılbaş sərkərdəsi, vali.

Şahverdi xan Qaradağlı
bayraq
Qaradağ əyaləti
bayraq2
1583 – 1589
Şəxsi məlumatlar
Doğum yeri Əhər, Qaradağ vilayəti, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Əhər
Vəfat səbəbi edam
Fəaliyyəti hərbi lider[d]
Atası Ənsar xəlifə Qaradağlı

Həyatı redaktə

Şahverdi bəy Ənsar xəlifə oğlu Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Atası Ənsar xəlifə Qaradağlı Şirvan əyalətinə bəylərbəyi təyin ediləndə onu Qaradağ vilayətinə hakim təyin etdilər. 1583-cü ildən 1589-cu ilədək Qaradağa rəhbərlik etmişdi. Osmanlı ordusu Qızılbaşlar məmləkətinə hücum edəndə Şahverdi xan heç bir dirəniş göstərmədən tabe oldu. I Şah Abbas Qaradağı geri alandan müfəttişlərinə Qaradağ əhvalatını təftiş etməyi tapşırdı. Şahverdi xanın xəyanəti üzə çıxdı. O, 1589-cu ildə öldürüldü.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax redaktə


Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024