Şaiq Vəli Haqqinda Melumat - Vikipedia

Şaiq Vəli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü[1]

Şaiq Vəli
Doğum tarixi
Doğum yeri Yuxarı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Sumqayıt, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair

Həyatı redaktə

Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub[2].

Şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib[3].

O, 1990–1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib[4].

Azərbaycan Yazıçılar Birliyinin üzvü[1] olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub[5].

1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk etmişdir[4].

Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib[2].

Ailəsi redaktə

Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmişdir. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb. Nəticə etibarilə yazarın ailəsi dağlıb. Bundan sonra ikinci dəfə evlənən Ş. Vəlinin üç övladı olub[4].

Yaradıcılığı redaktə

Şaiq Vəlinin ilk şeirlər kitabı çap prosesindədir, – şair öz kitabını görmədən həyata vida etdi… Onun kitabının belə gec çapa hazırlanması da, şeirə-sənətə sərt ölçülərlə yanaşmasından, kitab çıxarmağa tələsməməsindən qaynaqlanırdı[3].

İstinadlar redaktə

  1. 1 2 "Şair Yazıçılar Birliyinə 10 gün vaxt verdi". 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.
  2. 1 2 "Şaiq Vəlini itirdik". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.
  3. 1 2 "ŞAİQ VƏLİ HƏYATA VƏDA ETDİ…". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.
  4. 1 2 3 Şair YAP-dan istefa verdi [ölü keçid]
  5. "Şaiq Vəlinin şeyirləri". 2013-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024