Şamil Şahməmmədov Haqqinda Melumat - Vikipedia

Şamil Şahməmmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şamil Şahməmmədov

Şamil Məmməd oğlu Şahməmmədov (7 avqust 1935, Kirovabad26 iyul 2021, Bakı) — Azərbaycan peşəkar jurnalistikasının tanınmış nümayəndəsi, "Şöhrət"[1]ordenli, Prezident təqaüdçüsü Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi. "AzərTAc"ın baş direktoru (1995–2002)[2]

Şamil Şahməmmədov
Doğum tarixi 7 avqust 1935(1935-08-07)
Doğum yeri
Vəfat tarixi 26 iyul 2021(2021-07-26) (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı "Qızıl qələm" mükafatı — 1970
"Şöhrət" ordeni

Həyat və fəaliyyəti redaktə

Şamil Məmməd oğlu Şahməmmədov 1935-ci ildə anadan olmuşdur. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi ikən məşğul olmağa başlamışdır. O, əvvəl radio ilə əməkdaşlıq etmiş, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülmüşdür. Burada Şamil Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçmişdir. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləmiş və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlmişdir. "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini və AzərTAc-da baş direktor olması vəzifəsinədək yüksəlmişdi. Bakıda 1960–1970-ci illərin ən möhtəşəm tikintilərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazmışdır. Onun Bakı şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri Yazıçılar İttifaqının "Azərbaycan" ədəbi-bədii jurnalında dərc olunmuşdur. Onun iyirmi il ərzində "idman jurnalisti" kimi "Kommunist", "Ədəbiyyat və incəsənət", Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə "Ulduz" jurnalında onlarla futbol icmalları dərc olunmuşdur. "İşıq" nəşriyyatı onun "Neftçi" futbol komandasından bəhs edən "Neftçi" kitabını çapdan buraxmışdır.[3]

Şamil Şahməmmədov 26 iyul 2021-ci ildə, 86 yaşında vəfat edib.[4]

Mükafatları redaktə

Milli mətbuatımızın inkişafında böyük xidmətləri olan Ş. Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilmişdir."Bakı" qəzetində çalışarkən ona respublikanın əməkdar mədəniyyət işçisi adı verilmiş və yüksək jurnalistika mükafatı olan "Qızıl qələm" laureatı olmuşdur. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Şamil Şahməmmədov bu yüksək dövlət mükafatını Azərbaycanda alan ilk jurnalist olmuşdur Prezident təqaüdçüsüdür.[1][2]

Xatirəsi redaktə

2022-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş "Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd" kitabı çap olunmuşdur[5].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 "Ş. M. Şahməmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2019-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  2. 1 2 "Ustad jurnalistə ehtiram". 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  3. "JURNALİSTİKAMIZIN TANINMIŞ NÜMAYƏNDƏSİ ŞAMİL ŞAHMƏMMƏDOV". 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  4. "AZƏRTAC-ın keçmiş baş direktoru vəfat edib". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
  5. AzərTAc. "Tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib" (az.). Youtube.com. 25.07.2022. İstifadə tarixi: 2022-07-25.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:România_liberă_1880-08-13,_nr._0959.pdf Fayl:Adevărul_1888-09-29,_nr._0039.pdf Kinoizlruevynosimaya-tytrhest-ogromnogo-talanta-the-unbearable-weight-of-massive-talru Fayl:Report_of_the_Auditor_General_for_the_year_ending_31st_March,_1921,_Volume_II,_Parts_K_to_SS._( enxebermilli-meclise-yeni-qiymetlendirme-fealiyyeti-haqqinda-qanun-layihesi-daxil-olub.html Fayl:A_critical_analysis_of_unit_costing_and_the_introduction_of_a_recruiter_bonus_inctrtive_model_( Fayl:PSM_V01_D225_Ivory_fossil.jpg WhatLinksHereFarah Pahlavi, 1960s.jpg Fayl:The_enrichment_of_prayer_(IA_enrichmentofpra00por).pdf Fayl:Man_getting_a_nipple_piercing.jpg Fayl:Report_of_the_Auditor_General_to_the_House_of_Commons_(IA_reportofauditorg01cana_9).pdf Türkiyənin_trerji_və_təbii_qaynaqlar_ntrirləri xeberzelzeleden-180-gun-sonra-mezarlari-tapilan-ana-ve-qizinin-fotolari.html Fayl:The_ctrise_of_the_Corwin_journal_of_the_Arctic_expedition_of_1881in_search_of_De_Long_and_the_J Fayl:A_memoir_of_John_Conolly,_M._D.,_D._C._L.,_comprising_a_sketch_of_the_rueatment_of_insane_in_Eu xeberbu-demir-yolu-muessisesinde-ozbasinaliq-isciler-sazbe-ve-btrar-ise-cagirilirlar-sok-video.html Fayl:Compendium_of_the_history_of_doctrines._(IA_compendiumofhist01hage_0).pdf Fayl:Processing_oilseeds,_oil,_and_meal_-_a_list_of_publications_and_patruts_for_1968_of_the_Norther Fayl:An_analysis_of_rapid_technology_enansfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt
Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024