Şamil Mahmudbəyov (rejissor) Haqqinda Melumat - Vikipedia

Şamil Mahmudbəyov (rejissor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şamil Mahmudbəyov (rejissor)

Şamil Fəraməz oğlu Mahmudbəyov (6 fevral 1924, Naxçıvan, Naxçıvan Muxtar Diyarı18 may 1997, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist,[1] filmlərin bədii rəhbəri, Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).[2]

Şamil Mahmudbəyov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Həyat yoldaşı Tamella xanım Mehdi qızı İrəvanski
Atası Fəraməz Mahmudbəyov
Anası Şövkət xanım Kazımbəyova
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1955-ci ildən
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976 Azərbaycan SSR Dövlət mükafatı — 1970
IMDb ID1190203

Həyatı redaktə

Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur.[3] O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib.

Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od. Səma", "Həyat bizi sınayır", "Skripkanın sərgüzəşti", "Dörd bazar günü", "Dərviş Parisi partladır" (K.Rüstəmbəyovla birlikdə), "Bayquş gələndə", "Od içində", "Tənha narın nağılı" (H.Turabovla birlikdə) filmlərini çəkmişdir. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olmuşdur.[4] Film Azərbaycanın Qızıl Fonduna daxil edilib. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülmüşdür. Film Böyük Vətən Müharibəsindən sonraki ilk illərdən bəhs edir.

Şamil Mahmudbəyov eyni zamanda aktyor olmuş "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Fəryad" bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa etmişdir. Ağır xəstəliyə tutulmuş rejissor "Divar" və "İnsan" adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir.[5]

Ş.Mahmudbəyov 1997-ci ildə Bakıda dünyasını dəyişmişdir.

Xatirəsi redaktə

Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqıDövlət Film Fondu tərəfindən sənətkarın anadan olmasının 90 və 95 illiyinə həsr edilmiş tədbirlər təşkil edilib.

Təltif və mükafatları redaktə

Filmoqrafiya redaktə

 
"Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunda
 
"Fəryad" filmində Samvel rolunda
 
"Fransız" filmində Dayı rolunda

İstinadlar redaktə

  1. Əhmədalılar, T. "Qaraca qız"adək və sonra…: Kadrarxası "qaranlıq"ların ən işıqlılarından biri – [filmin rejissoru və ssenaristi Şamil Mahmudbəyovdur] //Mədəniyyət.- 2014.- 3 dekabr.- S.13.
  2. Yusif, M. Təvazökar insan, gözəl rejissor: Şamil Mahmudbəyov: [Əməkdar incəsənət xadiminin həyat və ya-radıcılığı haqqında] //Ekran-efir.- 2012.- 7 dekabr.- S. 9.
  3. ""Qaraca qız"adək və sonra…". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  4. "Şamil Mahmudbəyov öz filmlərində yaşayır". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  5. "Onun həyat filmi Şamil Mahmudbəyov yad edildi". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  6. Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı

Mənbə redaktə

  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
  • Mükərrəmoğlu, M. "Bir ömrün yadigarları" [Dekabrın 5-i xalq artisti, kinorejissor Şamil Mahmudbəyovun doğum günü idi] //Xalq.- 2002.- 7 dekabr.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Saytda 229 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024