Şandor Brodi Haqqinda Melumat - Vikipedia

Şandor Brodi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863[1], Eqer[2]12 avqust 1924[1][2], Budapeşt[2]) — Macarıstan yazıçısı və jurnalisti.

Şandor Brodi
mac. Bródy Sándor
Doğum tarixi 23 iyul 1863(1863-07-23)[1]
Doğum yeri
Vəfat tarixi 12 avqust 1924(1924-08-12)[1][2] (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kozma küçəsindəki yəhudi qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı, jurnalist, dramaturq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələrromanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur.

Əsərləri redaktə

  • "Regénytárgyak", nağıllar, 1892;
  • "A kétlelkű asszony", roman, 1893;
  • "Az Egri diákok", 1894;
  • "Nyomor", stories, 1884;
  • "Faust orvos", roman, 1888–90;
  • "Don Quixote kisasszony", roman, 1888;
  • "Emberek", hekayələr, 1888;
  • "Színészvér", hekayələr, 1891;
  • "Hófehérke", roman, 1894;
  • "Apró regények", 1895;
  • "Két szőke asszony", roman, 1895;
  • "Éjszaka", hekayələr, 1895;
  • "Rejtelmek", hekayələr, 1895;
  • "Az asszonyi szépség", 1897;
  • "Tündér Ilona", novel, 1898;
  • "Az ezüst kecske", de luxe edition, 1898;
  • "Egy férfi vallomásai", 1899;
  • "Fehér könyv", 1900–01.

Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 Броди Шандор // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər redaktə


Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024