Şatiranlu Haqqinda Melumat - Vikipedia

Şatiranlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şatiranlu (kürd. Şatranlû) — İranAzərbaycanda kürddilli tayfa. Onlar Ərdəbil ostanının Xalxal şəhristanında qəzasında yaşayırlar.[1] Tayfaların törəmələrinə Azərbaycanın AğdamAğcabədi rayonlarında məskunlaşmış Şotlanlılar daxildir. Ümumiyyətlə, Xalxal bölgəsinin şimal bölgələrində yaşayan kürdlərin burada 16 kəndi olmuşdur. Əksəriyyəti "Şatranlû" və "Xeştanlû" tayfalarının üzvləri olan Qırmanc və Şəqaqilər Xalxal Kürdlərindənin bir qismini təşkil etmiş, Şah Abbasın dövründə təxminən 50.000 nəfərlik bir kütləsi Anadoludan Tehran yaxınlığındakı Varamin düzünə sürgün edilmişdir. Kürdləri müxtəlif coğrafiyalara yayma siyasətini davam etdirən Şah Abbas daha sonra özbəklərin hücumlarına məruz qaldıqlarını əsas gətirərək Weramin düzündəki kürdləri Xorasan bölgəsinə sürgün etdi. İranda hakimiyyətə gələnlərin davam etdirdiyi bu sürgün siyasəti Avşarlı Nadir şahın dövründə pik həddə çatdı. Tarixi məlumatlara görə, bu dövrdə Xorasana 50–60 min kürd ailəsi, Bəxtiyari Lorlardan 13 min köçəri və Qurci tayfasından 6000 ailə sürgün edilmişdir. İranın şimalına — Gilan və Mazandarana sürgün edilən kürdlərin daha sonra 7 tayfası (Şatranlû, Xeştanlû, Klukişanlû, Huyranlû, Müntanlû, Nəsranlû və Daykanlû) İranın cənubuna geri göndərilmiş və burada — Xalxal və Ərdəbilə köçürülməyə məcbur edilmişdir. "İran Sosiologiyası" kitabının müəllifi Dr. Henri Fild bölgədəki kürdlər haqqında yazırdı: "Burada olan kürdlər öz yaşayış yerlərindən uzaqlaşaraq Qızıl Üzən bölgəsinin şimalındakı Xalxalda məskunlaşdılar".[2][3]

İstinadlar redaktə

  1. "Xalxal, Iranica". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-06.
  2. "Ağdamın Şotlanlı kəndi bu gün". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-06.
  3. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024