Şazda Bağı (Təbriz) Haqqinda Melumat - Vikipedia

Şazda Bağı (Təbriz) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şazda Bağı (Təbriz)

Bağ-i Şimal və ya Şazda Bağı (Farsça: باغشمال), bu şəhərin cənub-şərqində yerləşən Təbrizin tarixi və məşhur bağ və xiyabanlarından biridir. Bu bağ Yaqub Ağqoyunlunun əmri ilə tikilmiş və Səfəvi və Qacar ​​dövründə şahzadələr məclislərini orada keçirmişlər. Abbas Mirzə və digər Qacar ​​şahzadələri hakimiyyəti dövründə Bağ-i Şimalda müxtəlif binalar və saraylar tikərək ona ən çox firavanlıq və inkişaf bəxş etdilər ki, bu bağ Abbas Mirzədən sonra "Şazda bağı" kimi tanındı.

Şazda Bağı Təbriz

Qacaq sülaləsinin devrilməsindən sonra Rza Pəhləvi dövründə Bağ-i Şimal Tehran hökuməti tərəfindən ələ keçirildi ​​və nəhayət zamanla bütün binalar və saraylar məhv edildi.[1].[2].

İstinadlar redaktə

  1. Hamid Məlikoğlu. "Məcid Araz: Təbrizdə tarixi binaların təxribi sistemli xarakter daşıyır" (az.). Amerikanın səsi. 22 Sentyabr 2021. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Sentyabr 2021.
  2. Məcid Araz. "Təbrizdə yox edilən tarixi yaddaşımız – FOTOLAR" (az.). Ovqat.com. 05 Sentyabr 2020. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 Sentyabr 2020.

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024