Şekeleş Haqqinda Melumat - Vikipedia

Şekeleş Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Şekeleş
Heroqliflərdə
SA
A
k
A
rw
Z1
SAT14N25

ŞekeleşYeni padşahlıq dövrünə aid bir sıra Qədim Misir mənbələrində haqqında məlumat verilən və mənşəyi tarixçilər arasında hələ də mübahisə mövzusu kimi qalan antik dövrün "dəniz xalqları"ndan biri.

Mənşəyi və məskunlaşması redaktə

"Şekeles" adı çox vaxt "sikiler" kimi transkripsiya edilir və buna görə də onların Siciliyada yaşamış sikanlar və ya sikullar olduğu güman edilir.[1] Eyni zamanda, Qədim Misir mənbələrində onlar Egey adalarından, Kiprdən və ya Yunanıstandan gələn dəniz quldurları kimi xarakterizə olunur. Fələstin ərazisində Mikena və ya Kipr-Mikena mədəniyyətlərinə aid arxeoloji tapıntılar göstərir ki, burada olan şekellər, görünür, Mikena tacirləri kimi fəaliyyət göstərirdilər. Buna baxmayaraq, başqa bir versiyaya görə, bu tapıntılar onu göstərir ki, onlar Fələstinin bəzi sahilyanı şəhərlərini ələ keçirərək bir müddət hakimiyyətdə qalmışdılar. Bəzi İsrail arxeoloqlarına görə, "Şekeleş" Karmel sahillərində və Şaron vadisinin şimalında məskunlaşmışdı.

Mənbə redaktə

İstinadlar redaktə

  1. История древнего Востока. Ч. 2. Передняя Азия. Египет. М. 1988.

Əlavə ədəbiyyat redaktə

  • Ephraim Stern: Dor, Ruler of the Seas. Israel Exploration Society, Jerusalem 2000. ISBN 965-221-042-0
  • Abraham Malamat: The Egyptian decline in Canaan and the Sea-Peoples. Massadah, Tel-Aviv 1971.
  • N. K. Sandars: The sea peoples, warriors of the ancient Mediterranean 1250—1150 BC. Thames and Hudson, London 1985. ISBN 0-500-27387-1
  • H. R. Hall: The oldest civilisation of Greece. Studies of the Mycenean Age. London/Philadelphia 1901.

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024