Şensi zəlzələsi (1556) Haqqinda Melumat - Vikipedia

Şensi zəlzələsi (1556) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şensi zəlzələsi (1556)

Şensi zəlzələsiYerdə tarixin ən dağıdıcı və ən dəhşətli zəlzələsi.

Şensi zəlzələsi
Tarix
Maqnituda 7,9 bal[1]
Hiposentrin dərinliyi 32 km
Episentrin yeri
Ölənlər
Xəritədə yeri
Şensi zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu zəlzələ 1556-cı il yanvarın 23-də qeydə alınıb[3].

O, Çinin Xua dağının ətrafında yerləşən Şensi şəhərinin yaxınlığında olub. Tarixin ən dağıdıcı zəlzələsi sayılan həmin yeraltı təkanın gücü 11 bala çatıb. Nəticədə Şensinin bir sıra rayonlarında 1 nəfər də olsun sağ insan qalmayıb. Ümumilikdə təbii fəlakət 830 min nəfərin həyatına son qoyub.

Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır[4].

Zəlzələ Şansi, Xenani, Qansu, Xebeya, Şanduna, Xubeya, Xunani, Tszyansu və Anhoya əyalətlərinin 97 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv etdi və nəticədə, təqribən, 830.000 insan həlak oldu. O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdırlar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb oldu[4].

Geoloji məlumatlara əsaslanaraq alimlər bu zəlzələni 11 bal gücündə qiymətləndirirlər. Bu, həlak olanların sayına görə tarixdə məlum olan ən dəhşətli zəlzələ və ümumiyyətlə, ən irimiqyaslı təbii fəlakətlərdən biri hesab edilir[4].

İstinadlar redaktə

  1. 1 2 (unspecified title). ISBN 90-6191-664-X
  2. (unspecified title). S. 317. ISBN 978-0-8160-6302-4
  3. "Ən dağıdıcı zəlzələ nə vaxt olub?". 2011-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  4. 1 2 3 Çində 1556-cı il zəlzələsi Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı.

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024