Şeyx Əbülhəsən Xərqani Haqqinda Melumat - Vikipedia

Şeyx Əbülhəsən Xərqani Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şeyx Əbülhəsən Xərqani

Şeyx Əbülhəsən Xərqani (963–1033)— sufi şair, arif.

Şeyx Əbülhəsən Xərqani
Doğum tarixi 963[1]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1033
Vəfat yeri

Həyatı redaktə

Bu görkəmli arif 351 ya 352-ci hicri ilində Qəleno kəndində anadan olub və 425-ci hicri ilində 73 yaşında anadan olduğu kənddə əbədiyyətə qovuşub. Şeyx Əbülhəsən Xərqaninin tanınmış şagirdlərindən olan Xacə Abdullah Ənsari 5-ci hicri əsrinin tanınmış ariflərindən olub.

Kəraməti redaktə

Maraqlı bir dastanda deyilir ki, Xərəqan vilayətində Şeyx Əbülhəsən Xərəqani adlı arif yaşayarmış. Onun şöhrəti yaxın və uzaq ətrafa yayılıbmış. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxin görüşünə gəlir. Şeyxin arvadı qapıya çıxıb yolçunun istəyini soruşur. Öz ziyarət qəsdini açıqlayan şəxs qadının təhqirlərinə mə᾽ruz qalır. Qadın hətta öz əri haqqında nalayiq sözlər işlədir. Yolçunun əl çəkmədiyini görüb şeyxin səhraya çır-çırpı yığmağa getdiyini deyir. Yolçu deyilən istiqamətdə yola çıxıb, bir müddət sonra şeyxin çır-çırpı ilə qayıtdığını görür. Şeyx Xərqani ilə görüş həyəcanı yolçunun bədənini lərzəyə salır. Amma şeyxə yaxınlaşdıqca onu dəhşət bürüyür, az qala gözləri hədəqəsindən çıxsın. Şeyxin topladığı çır-çırpını belində gətirən vəhşi şir yolçuya yuxu kimi görünür. Nəhayət, şeyx yerində donub qalmış yolçuya yetişir. Yolçu dodaqları əsə-əsə soruşur: "Ya şeyx, bütün gördüklərim məni heyrətə gətirir. Amma bir şeyə daha çox təəccüb edirəm: belə bir kəramət sahibi rəzil bir qadınla necə yaşayır?". Şeyx Xərqani gözlərini yerə dikmiş halda buyurur: "Allahın mənə əta etdiyi kəramətin səbəbi bu qadın qarşısında göstərdiyim səbrdir…".

İstinadlar redaktə

  1. Bibliothèque nationale de France Abū al-Ḥasan H̲araqānī // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024