Şeyx Səfi xalçası Haqqinda Melumat - Vikipedia

Şeyx Səfi xalçası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şeyx Səfi xalçası

Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı
Bu məqalə Ərdəbil xalçası haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın.

"Şeyx Səfi xalçası"[2][5][6] və ya "Ərdəbil xalçası"[7]Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 m², 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri.

Xalça
Şeyx Səfi
"Ləçəktürünc" kompozisiyası
"Ləçəktürünc" kompozisiyası
Xalça haqqında məlumatlar
Tam adı Şeyx Səfi xalçası
Məktəbi Təbriz xalçaçılıq məktəbi
Növü Xovlu
Ölkə Cənubi Azərbaycan
Şəhər Təbriz
Toxunması haqqında məlumatlar
Tarixi XVI əsr (1539-cu il) [1]
Sifarişçi I Təhmasib[2]
Üslubu Səfəvi dövrü incəsənəti[3]
Digər məlumatlar
Sahəsi 56,12 [2]
Uzunluğu 10,51 m[2]
Eni 5,34 m[2]
Material Yun
Saxlanıldığı yer
Vəziyyəti Şeyx Səfi kompleksi üçün toxunulmuşdur. 1893 cü ildə ingilislər alaraq Londona aparmışlar. Muzey eksponatıdır.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbriz xalçalarının özünəməxsusluğu və səciyyəviliyi bir də ondadır ki, bu xalçalarda Azərbaycan memarlığının Göy məscid, Ucaytu Sultaniyyə kimi abidələrin təsviri verilir. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi — "Təxti-Cəmşid"in xarabalıqları, Şeyx Səfi məqbərəsinin, görkəmli din xadimlərinin və Şərq ədəbiyyatı dahilərinin portretləri canlandırılıb.[8]

1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunmuşdur.

1891-ci ildə tavanı çökmüş namaz otağını və məscidi təmir etmək üçün böyük maliyyə vəsaitinə ehtiyac olduğuna görə Şeyx Səfi məscidinin rəhbərliyi İngiltərənin xalça ticarəti ilə məşğul olan "Vincent Robinson & Co." şirkətinə muzeyin ekisponatı olan iki xalça satır. Onlardan biri Şeyx Şəfi xalçası idi. 1892-ci ildə Londonda "Vincent Robinson & Co." şirkəti tərəfindən Londonda ticarət evində Şeyf Səfi (Ərdəbil) xalçası satışa cıxarılmışdır. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulur. Viktoriya və Albert muzeyinin dizayneri Vilyam Morrisin təşəbbüsü ilə muzey rəhbərliyi tələb olunan pulu toplamaq üçün londonlulara müraciət edir, xalçanın İngiltərədə qalmasını xahiş edir. Qısa müddət ərzində, 1893-cü ildə pul toplanır (2000 funt sterlinq) və xalça həmin dövrdə Con Henri Middletonun (1893–1896-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyi Viktoriya və Albert muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilir.

Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.[2]

"Viktoriya və Albert" muzeyi, Şeyx Səfi xalçası

Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalçanın təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.[9]

Qalereya redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə.781.
  2. 1 2 3 4 5 6 Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə.780.
  3. https://iranicaonline.org/articles/ardabil-carpet-persian-carpet-acquired-by-the-victoria-and-albert-museum-in-1893.
  4. https://collections.vam.ac.uk/item/O54307/the-ardabil-carpet-carpet-unknown/.
  5. Azərbaycan tarixi (yeddi cilddə), III cild, Bakı, 2007, səh 563
  6. Rasim Əfəndi – Azərbaycan İncəsənəti, Bakı, 2008, səh 326
  7. "The Ardabil Carpets". 2007-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-27.
  8. Savalan Fərəcov. "Milli xalça sənətimiz". medeniyyet.az (az.). 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  9. "İradə Sarıyeva, "Azərilmə" müxtəlif yollarla xaricə aparılmış xalçalarımızın təkrar nüsxələrini toxuyur, Bakı xəbər, səh. 15, 17 fevral 2011". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə 780–781.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024