Şirin Şükürov Haqqinda Melumat - Vikipedia

Şirin Şükürov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şirin Şükürov

Şükürov Şirin Ağabala oğlu (21 mart 1910, Zubovka21 sentyabr 1987, Əli-Bayramlı) — Sovet İttifaqı Qəhrəmanı[1].

Şirin Şükürov
Doğum tarixi 21 mart 1910(1910-03-21)
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 1987(1987-09-21) (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Döyüş xidmətlərinə görə" medalı

Həyatı redaktə

1910-cü ildə Azərbaycanın Əli Bayramlı şəhərində anadan olmuşdur[2]. 1941-ci ildə cəbhəyə yollanmışdır. Krımda, Qafqazda, Voronejdə, Belorusiyada və Polşada vuruşmuşdur. 12 yanvar 1945-ci tarixində Vislada düşmənin müdafiə xəttini yaran döyüşçülər arasında məhz Şükürovun vzvodu birinci idi. Lakin elə bu vaxt düşmən cəbhədən gələn pulemyot atəşi sovet ordusunu bir anlıq geri çəkilməyə, yerə yatmağa vadar elədi. Elə bu vaxt Şirin Şükürov "Yoldaşlarım, irəli" sözlərilə ayağa qalxıb düşmənə sarı cumdu. Qranat və atvomatlarla düşməni məhv edərək irəliləyərkən, başından və ayağından yaralanmasına baxmayaraq 3 cərgə faşist dəstəsəni dəf eləyə bildi.

1945-ci ilin 27 fevralında SSRİ Ali Sovetinin əmrilə Şirin Şükürova Visladakı qəhərmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adı verildi[3].

İstinadlar redaktə

  1. "Шукюров Ширин Агабала оглы". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
  2. "Шукюров Ширин Агабала оглу, Рядовой, пулеметчик". 2007-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
  3. "9may.az. Qəhrəmanlar". 2010-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-13.

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024