Şirin Kükü Haqqinda Melumat - Vikipedia

Şirin Kükü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şirin Kükü

Qəzvin bölgəsinə aid yemək

Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri.[1]

Şirin Kükü

Lazım olan ərzaqlar redaktə

  • 500 qram qaynadılmış kartof
  • 4 ədəd yumurta
  • 30 qram dilimlənmiş badam
  • 30 qram dilimlənmiş püstə
  • 15 qram zirinc
  • Lazım olan miqdarda əridilmiş zəfəran
  • 1 çay qaşığı qabartma tozu
  • 3 yemək qaşığı qatıq
  • 1 stəkan şəkər tozu
  • 4 yemək qaşığı gülab
  • 100 qram yağ
  • Yarım stəkan su
  • Lazım olan miqdarda duz və istiot

Hazırlanma qaydası redaktə

Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin. Sonra şərbət maddələrini kükünün üzərinə tökün ki, qızardıldığı zaman şərbət kükü qırıntılarına girsin. Tavanın qapağını tərləməməsi üçün bağlamayın, odunu çox aşağı salın ki, kükü yavaş bişsin. Kükünü xiyar, pomidor, bibər və Limon ilə də süfrəyə verə bilərsiniz.

İstinadlar redaktə

Şor Şirin

  1. "Nəmnak". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024