Şirin bəy Mərdanbəyov Haqqinda Melumat - Vikipedia

Şirin bəy Mərdanbəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şirin bəy Mərdanbəyov

Şirin bəy Mərdanbəyov (1828-?)-Çar ordusunun zabiti, murov köməkçisi

ŞİRİN BƏY MURADBƏYOV
Doğum tarixi
Doğum yeri Qaraçorlu mahalı

Həyatı redaktə

Şirin bəy Əsəd bəy oğlu 1828-ci ildə Qaraçorlu mahalının Əliyanlı camaatının Kamallı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda hərbi xidmətə başlamışdı. 1863-cü ila aid məlumata görə praporşik rütbəsi almışdı. Sonrakı mənbələrdə poruçik rütbəsi aldığı göstərilir. Şirin bəy ordudan tərxis olduqdan sonra Şuşa qəzasının Zəhgəzur sahəsində murov (uçaskovıy zasidatel) köməkçisi kimi xidmət etmişdi. Qaçaqlar tərəfindən öldürülüb. Tarixçi Baharlı yazır: "Mirzə Ismayıl bəy (Mirzə İbrahim bəy oglu Baharlı-Ə. Ç.) belə nəql edirdi ki, o vaxt Ağa qapıdan çıxan vaxtda damın üstündən və ətrafdakılar iki yüz tüfəng atdılar ki, tamamən əlbəəl idi. Heç birisi Ağaya dəymədi, amma yoldaşını öldürdülər. Elə ki, Ağa bir tüfəng mənzili qaçdı (qaşdı) atın saxladı və Murova söyürdü və atışırdılar. Murovun pomoşniki (köməkçisi-Ə. Ç.) poruçik Şirin bəy Əlyanlı sakini Ağaya deyib: -A köpək oğlu, rus padşahı ilə padşahlıq edəcəksən? Niyə başını götürüb, bir yana getmirsən? Bu sözü deyib, bir güllə atıbdır. Güllə gedib Ağanın atının yalından dəyibdir. Və Ağa Şirin bəyə söyüb ki: — A köpək oğlu, elə güllə atmazlar. Al, gəldi. Bir güllə atıb, güllə gəlib, Şirin bəyin atının qarnından dəyib və at yıxılıb. Şirin bəy atın altında qalıb, həmin saat ölübdür".

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Əlyanlısan? Qanlısan!.., "Soy" dərgisi, 1 (33), 2010.

Həmçinin bax redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024