Şri-Lanka adası Haqqinda Melumat - Vikipedia

Şri-Lanka adası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şri-Lanka adası

Şri-Lanka adası (sanskr. श्री लङ्का) — Hind okeanında yerləşən ada. Nəhəng adada eyni adlı Şri-Lanka dövləti yerləşir.

Şri-Lanka
sanskr. श्री लङ्का
Ümumi məlumatlar
Sahəsi 65610 km²
Hündür nöqtəsi 2524 m
Əhalisi 20.277.597 nəfər (2012-ci il)
Yerləşməsi
7°37′00″ şm. e. 80°46′00″ ş. u.
Ölkə  Şri-Lanka
Akvatoriya
Şri-Lanka xəritədə
Şri-Lanka
Şri-Lanka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın sahəsi 65 610 km²[1] təşkil edir. Adanın ən hündür nöqtəsi 2524 metr olan Pidurutalaqala dağıdır.

Qərbdən Hindustan yarımadasından Polk boğazı, PolkManar körfəzləri ilə ayrılır. Ada vaxtı ilə mövcud olmuş Adəm körpüsü adlı bərzəx mövcud olmuşdur. 1481-ci ildə güçlü zəlzələ zamanı bərzəx tamamən dağılmışdır. Ada şimal və şərq sahillərini Benqal körfəzinin suları ilə yuyulur.

Ada 1972-ci ilə qədər rəsmi olaraq Seylon (sanskr. सिंहल द्वीप «Sinxala dvipa», Sinhal adası) adlandırılırdı.

Çayları redaktə

 

Adanın ən uzun çayı Maxaveli-Qanqadır. Çay adanın daxili ilə şimal-şərqə axaraq Benqal körfəzinə tökülür. Digər iri çayları: Kelani, Kalu, Arivu-Aru.

Körfəzləri redaktə

Adanın ərazisində yerləşən körfəzlərin böyük qismi adanın şimal-şərq və şərq sahillərində yerləşir. Hansıkı ən irisi Cafna laqunudur. Laqun Cafna yarımadası ilə Benqal körfəzindən ayrılır. Putttalamdan Pottuvil şəhərinə qədər olan körfəzlər: Puttalam laqunu, Duti körfəzi, Portuqal körfəzi, Polk bişuxtası, Cafna laqunu, Kokkilay, Koddiayar, Periya-Kalapua, Karay-Kalapu, Tandiadi-Kalapu, Komari-Kalapu.

Yarımada və adaları redaktə

Adanın ən iri yarımadası şimalda yerləşən Cafna yarımadasıdır

Şri-Lanka afasının sahillərində çoxlu sayda kiçik adalar vardır: Analaytivu, Karaytivu, Velanay, Eluvaytivu, Mandaytivu, Paletivu, Erumaytivu, Kakkativu, Manar, Pulyantivu, Kalliaditivu.

Əhalisi redaktə

 
Adanın 1981-ci ilə olan etnik xəritəsi

Adanın əhalisi 20 277 597 nəfər təşkil edir. (2012).

Sinhallar ada əhalisinin 74,88 %[2], tamillər — 11,2 % təşkil edir. Tamillər əsasən adanın şimal və şərq rayionlarında yayılmışdır. Mavrlar isə cəmi 9,2 %, avropalılarla yerlilərin qarışığından olan byuqerlər 0,3 %, veddlər isə 0,3% olmaqla 1 000 nəfər sakinə malikdirlər 70,19 % əhali buddistdir[3][4], 12,61 % — induizm (tamillər), 9,71 % — islam, 7,45 — xristian[5] dininə etiqad edir.

82 % xristian katolik, yerdə qalanı Anqlikan kilsəsi və protestant məzhəbindədirlər[6].

İstinadlar redaktə

  1. "Şri-Lanka". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. "Sri Lanka Census of Population and Housing, 2011 – Population by Ethnicity" (PDF). Department of Census and Statistics, Sri Lanka. 20 April 2012. 2013-02-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-09.
  3. "Sri Lanka". International Religious Freedom Report 2007. Bureau of Democracy, Human Rights, and Labor. 14 September 2007. 2013-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  4. "Theravada: Buddhism in Sri Lankan". Buddhanet.net. 2013-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  5. "Sri Lanka Census of Population and Housing, 2011 – Population by Religion" (PDF). Department of Census and Statistics, Sri Lanka. 20 April 2012. 2013-02-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-09.
  6. "Sri Lanka – Christianity". Mongabay. 2013-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024